Icma.az
close
up
RU
Miqrantlara qarşı mübarizə güclənir...

Miqrantlara qarşı mübarizə güclənir...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ tarixin ən böyük kütləvi deportasiya əməliyyatına başlayır

Müasir dünyanın ən mühüm problemlərindən və acı reallıqlarından biri olan qeyri-qanuni miqrasiya məsələsi yenidən gündəmə gəlir. Belə ki, Donald Trampın rəsmi şəkildə prezident səlahiyyətlərinə başlaması ilə ABŞ-da qeyri-qanuni miqrasiyaya qarşı tədbirlər kəskinləşir. Xatırladaq ki, Tramp həm seçki kampaniyası dövründə, həm də andiçmə mərasimindəki çıxışında miqrantlara qarşı kəskin addımların atılacağı ilə bağlı fikirlər irəli sürmüşdü.

Son məlumata əsasən isə ABŞ-də miqrasiya ilə mübarizə üzrə genişmiqyaslı əməliyyat çərçivəsində terrorda şübhəli bilinən şəxs də daxil olmaqla 538 qanunsuz miqrant saxlanılıb və yüzlərlə miqrant deportasiya edilib. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt sosial şəbəkələrdə məlumat verib. “Qanunsuz miqrantlar arasında cinayətkarlar, o cümlədən terrorda şübhəli bilinən şəxslər saxlanılıb. Həmçinin yüzlərlə cinayətkar deportasiya edilib. Tarixdə ən böyük kütləvi deportasiya əməliyyatı tam gücü ilə davam edir”, - o bildirib. Mətbuat katibi miqrantların hara deportasiya edildiyini açıqlamayıb.

Bayden hakimiyyəti dövründə 8 milyon miqrant gəlib

Vurğulandığı kimi, günümüzün acı reallıqlarından biri sayılan qeyri-qanuni miqrasiyanın əsas marşurutu qismində ABŞ və Avropa İttifaqı hər zaman aktuallıq kəsb edib. Təsadüfi deyil ki, təkcə 2023-cü il oktyabrın 1-dən 2024-cü il mayın 28-nə kimi 57 min 200 qanunsuz miqrant ABŞ-ın cənub sərhədini keçərək Kaliforniya ştatına çatmağa cəhd edib. Bəzi miqrantlar ABŞ-da daha yaxşı həyat axtardıqlarını söyləyiblər.

2023-cü ildə isə ABŞ-ın cənub-qərb sərhədinə 2.5 milyondan çox miqrant gəlib. Onların əksəriyyəti ölkəyə daxil olmağı bacarıb. Göründüyü kimi, ABŞ-da miqrasiya göstəriciləri son illərdə xüsusilə artıb - 2021-2023-cü illər arasında illik “xalis miqrasiya” - ölkədən gedənlər ölkəyə daxil olanların sayından çıxılmaqla - orta hesabla 2,4 milyon nəfər təşkil edib. Əldə edilən məlumata görə, Cozef Baydenin hakimiyyəti dövründə ABŞ-a 8 milyondan çox insan gəlib.

Deportasiya siyahısına Fransa başçılıq edir

Analoji problem Aİ üçün də aktuallıq kəsb edir. Son illərdə Avropa İttifaqı qeyri-qanuni miqrasiyanın artması ilə üzləşib və buna qarşı mübarizəni daha da kəskinləşdirib. Məsələn, 2022-ci ildə Aİ-yə qeyri-qanuni yollarla daxil olan miqrantların sayı 330 min nəfəri keçib. Bu artım Aİ-ni qeyri-qanuni miqrasiyaya qarşı tədbirlərini gücləndirməyə vadar edib. Aİ qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün müxtəlif strategiyalar həyata keçirib və keçirməkdə davam edir. Məsələn, Aİ Tunisə qeyri-qanuni miqrasiya ilə mübarizə üçün 900 milyon avro maliyyə yardımı ayırıb. Bu məbləğin 100 milyonu dənizdə miqrantların olduğu qayıqları aşkar edərək onları evlərinə göndərmək üçün nəzərdə tutulub. Bu da təsadüfi deyil. 2024-cü ilin yanvar-may aylarında Şimali Afrikadan İspaniya sahillərinə uzanan qeyri-qanuni miqrasiya marşrutunda 5054 nəfər həyatını itirib. 2023-cü ildə bu rəqəm 6007 olub. Bu ilin ilk beş ayında Kanar adaları yolunda 47 qayıq batıb, qəzaların heç birində sağ qalan olmayıb.

Paralel olaraq Aİ həm də deportasiya tədbirlərini gücləndirir. Son illərdə Aİ-də deportasiya göstəricilərində artım müşahidə olunur. 2024-cü ilin birinci rübündə Aİ-də qeyri-Aİ vətəndaşlarına qarşı 30 min 570 deportasiya həyata keçirilib. Bu, əvvəlki ilə nisbətən 11,4 faiz artım deməkdir. Ən çox deportasiya həyata keçirən ölkələr arasında Fransa (4 min 205), Almaniya və İsveç ön sıralardadır. Deportasiya edilən şəxslərin vətəndaşlığına gəldikdə, Əlcəzair və Mərakeş vətəndaşları ən çox deportasiya olunanlar sırasındadır. Onları Türkiyə, Suriya və Gürcüstan vətəndaşları izləyir.

Yeni direktiv fevralda təqdim olunacaq...

Avropa özünün deportasiya siyasətini məcburən daha da “təkmilləşdirir”. Ötən ilin son ayından etibarən Avropa Komissiyası (AK) Danimarka, İtaliya və Polşanın qeyri-qanuni miqrasiya probleminin həllinə kömək etmək çağırışlarına cavab olaraq miqrantların deportasiyası ilə bağlı yeni direktiv üzərində işləməyə başlayıb.  “Politico” nəşrinin adı açıqlanmayan avropalı diplomatlara istinadla yaydığı bu xəbərdə bildirilir ki, AK Avropa dövlətlərinin yeni direktivə baxışını aydınlaşdırmaq üçün onlarla məsləhətləşmələr aparır. Sənəd layihəsinin bu ilin fevralında Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndəliklərinə təhvil veriləcəyi gözlənilir. Yeni qaydalar milli hakimiyyət orqanlarına “Aİ ölkələrindən birində qalmaq üçün qanuni imkanları tükənmiş” miqrantların hərəkət azadlığını məhdudlaşdırmağa, xüsusən də onları miqrasiya mərkəzlərində qeydiyyatdan keçməyə məcbur etməyə imkan verəcək. Qəzet yazır ki, Avropa İttifaqının (Aİ) bir sıra ölkələri qeyri-qanuni miqrasiya ilə mübarizə üçün daha qətiyyətli tədbirlər tələb edir. Belə ki, Aİ-nin miqrasiya ilə mübarizə tədbirləri kifayət deyil. Aİ-nin miqrasiya və sığınacaqla bağlı imzaladığı və özündə bütün müvafiq normaların sərtləşdirilməsini ehtiva edən pakt isə yalnız iki ildən sonra qüvvəyə minəcək.

SADİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Yanvar 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see805

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see319

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see302

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see288

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see270

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see260

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see241

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see237

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see212

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see202

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see194

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see193

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see188

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see188

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see187

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see185

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see181

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see179

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see176

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri