Icma.az
close
up
RU
Miqrasiya Məcəlləsi qarşılılıq prinsipini rəhbər tutur

Miqrasiya Məcəlləsi qarşılılıq prinsipini rəhbər tutur

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbyacan Respublikasının Miqrasiya Məcəlləsinin 20.1-ci maddəsinə   edilən və artıq qüyyəyə minmiş dəyişikliyə əsasən "xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə bu Məcəllədə Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müəyyən edilmiş müvəqqəti olma müddətləri ilə bağlı fərqli qaydalar tətbiq edildikdə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qarşılıqlı olaraq fərqli qaydalar müəyyən edilə bilər". Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2024-cü il tarixli Fərmanına əsasən Miqrasiya Məcəlləsinin 20.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. 

Yuxarıda qeyd edilən miqrasiya qaydalarına edilən dəyişiklik beynəlxalq praktikada - istər dövlətlərarası diplomatik münasibətlərdə, istərsə də beynəlxalq-hüquqi təcrübədə tətbiq edilən qarşılılıq prinsipindən irəli gəlir. 
Belə bir fundamental yanaşmanın əsasını müəyyən etmək üçün bir sıra hüquqi sənədlərə müraciət etmək olar. Məsələn, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsi dövlətlərin suveren bərabərliyi və əməkdaşlıq prinsipini təsbit edir və bu müddəadan çıxış edərək hər bir dövlət qeyd edilən bərabərliyin təmin edilməsi üçün dövlətdaxili və beynəlxalq hüquqi instrumentlərdən istifadə edə bilər.  Əgər hər hansı bir dövlət Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə ölkəmizin tətbiq etdiyi qaydalardan fərqli normalar müəyyən edirsə, bu halda imperativ jus cogens xarakteri daşıyan suveren dövlətlərin bərabərlik prinsipindən çıxış edərək, milli qanunvericilikdə analoji yanaşma müəyyən olunmalıdır və Miqrasiya Məcəlləsinin 20.1-ci maddəsinə edilən dəyişiklik buna hüquqi təminat yaradır. 
Qarşılılıq prinsipi beynəlxalq-hüquqi təcrübədə bir çox sahələrdə - cinayət törətmiş şəxslərin verilməsi, ekstradisiya və cinayət işlərinə dair hüquqi yardım sahəsındə, beynəlxalq xüsusi hüquqda, dövlətlərin yürisdiksiya immunitetlərinin tətbiqi məsələlərində və sairə müstəvidə özünü biruza verir. Digər sözlərlə, qarşılılıq prinsipi iki və ya daha çox dövlətin biri biriləri ilə münasibətlərində əlverişli hüquqi rejimin tətbiq olunmasını nəzərə tutur və hüquqi müstəvidə qarşılıqlı maraqlar balansını təmin edir. 
Qeyd edilən prinsipin miqrasiya sahəsində istifadəsi əhəmiyyətli xarakter daşıyır və Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə digər dövlətlər tərəfindən tətbiq edilən rejimlər həmin dövlətlərin vətəndaşları üçün analoji qaydada qüvvədə olacaq.
Məsələn, Rusiya Federasiyasının 8 avqust 2024-cü il tarixli 260 saylı federal qanununa uyğun olaraq, 1 yanvar 2025-ci ildən əcnəbilərin Rusiya ərazisində vizasız olma müddəti il ərzində 90 qünə bərabərdir. Əvvəllər isə bu müddət 180 qün ərzində 90 qün nəzərdə tutulurdu və yeni qaydaya uyğun həmin müddət iki dəfə azaldıldı. Belə olan halda eyni qaydaların Azərbaycan ərazisinə daxil olan Rusiya vətəndaşları üçün müəyyən edilməsi barəbərlik və qarşılılıq prinsipinin mahiyyətindən irəli gəlir. Ümümiyyətlə ölkəmizin ərazisində hər hansı bir dövlətin vətəndaşlarına münasibətdə müvafiq miqrasiya qaydalarının tətbiqi bizim vətəndaşlarımız üçün həmin dövlətlər tərəfindən müəyyən  edilən hüquqi rejimə mütanasib xarakter daşıyacaq. 
Həmçinin xatırlatmaq istərdim ki, hazırda Müstəqil Dövltlər Birliyinin vətəndaşları ölkəmiz tərəfindən 6 may 1997-ci il tarixində müvafiq qeyd-şərtlə qoşulduğu 9 oktyabr 1992-ci ildə Bişkek şəhərində imzalanan Sazişin 1-ci maddəsinə əsasən şəxsiyyəti və ya vətəndaşlığı təsdiq edən sənədlər əsasında iştirakçı dövlətlərin ərazilərinə vizasız daxil ola, hərəkət edə və bu əraziləri tərk edə bilərlər. Ancaq, dövlətin ərazisində vizasız olma müddətlərinin müəyyən edilməsi Saziş iştirakçılarının səlahiyyətlərinə aiddir və Azərbaycan Respublikası öz süveren kompetensiyasından beynəlxalq təcrübədə qəbul edilmiş prinsiplərə əsasən və milli maraqlarımıza uyğun olaraq istifadə hüququnu özündə saxlayır. 

Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Yanvar 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri