Icma.az
close
up
RU
Mirasla bağlı mülki mübahisələrə son

Mirasla bağlı mülki mübahisələrə son

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, Prezident İlham Əliyev Torpaq, Mülki Prosessual, Mülki məcəllələrində, "Notariat haqqında" və "İcra haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, Azərbaycanda miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş şəxslərin də hüquqları təmin ediləcək. Bununla yanaşı, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərəcək. Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən yuxarıda nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil ediləcək. Bundan başqa, vərəsənin mirasın siyahıya alınmasını tələb etməsinə dair qaydalar dəyişib. Dəyişikliyə əsasən, vərəsə mirasın qəbulundan imtina üçün yuxarıdakı müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə biləcək. Həmçinin, irsi transmissiya mirasın qəbul müddətləri ilə məhdudlaşdırılmayacaq. Dəyişikliklə yuxarıda göstərilən müddət şərti aradan qaldırılır.

Əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçəcək. Ölmüş vərəsənin vərəsəsinin mirasın qəbulundan imtina üçün müəyyənləşdirilmiş müddəti üç aydan az olarsa, həmin müddət üç ayadək uzadılacaq.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev hesab edir ki, edilən dəyişikliklər bütün vərəsələrin hüquqlarının qorunması məqsədi daşıyır: "Qanun layihəsinə əsasən, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin, miras şəriklərinin də mirasdan onlara çatacaq paylarını müəyyən edəcək və bunu həmin şəhadətnamədə göstərəcək. Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən vərəsələr və onların payları barədə məlumat müvafiq reyestrə daxil ediləcək. Hər bir miras şəriki yuxarıda müəyyən edilmiş payına da vərəsəlik şəhadətnaməsi ala bilir. Bu, vərəsələrin hüquqlarının tanınmasıdır. Çünki bəzən belə hallar olurdu, vərəsələr mirasdan xəbərsiz olur, hansısa vərəsə mirası yalnız öz adına rəsmiləşdirir, müəyyən vaxt keçdikdən sonra digər vərəsə mirasdan pay tələb etdikdə, bildirilir ki, bu, mümkün deyil artıq. Amma qanun layihəsində vərəsələrə miras payı üçün müraciət etmək müddəti artırılır. Vərəsə məhkəmə qaydasında müraciət edib haqqını tələb edə biləcək. Qanun layihəsinə görə, nəzərdə tutulmuş miras şəriklərinin miras paylarına sərəncam vermək hüquqları olacaq. Həmin şəxslər vərəsəlik şahadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə biləcəklər. Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılacaq və vərəsəlik şəhadətnaməsində yekun payı göstəriləcək. Mövcud qanunvericiliyə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Bu, müsbət haldır, o baxımdan ki  bütün vərəsələrin hüquqları tanınır".

Əliməmməd Nuriyev qeyd edib ki, Mülki Məcəllənin müvafiq maddəsində nəzərdə tutulmuş miras şəriklərinin miras paylarına sərəncam vermək hüquqları var. Həmin şəxslər vərəsəlik şahadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə bilərlər: "Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılır və vərəsəlik şəhadətnaməsində yekun payı göstərilir. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya bütün vərəsələr mirasdan imtina edibsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilibsə, vərəsələri olmayan əmlak dövlətə keçir. Əgər miras qoyan şəxs sosial xidmət müəssisələrinin təminatında olubsa, qanunla dövlət mülkiyyətinə keçməli olan daşınar əmlak istisna olmaqla həmin şəxslərə məxsus daşınar əmlak onların mülkiyyətinə keçəcək. Bundan başqa, mirasın qəbul edilməsinin xüsusi müddəti və mirasın qəbul edilməsi vaxtının uzadılması ilə bağlı maddələr ləğv edilib".

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, yeni dəyişikliklər ilə son illər daha çox müşahidə edilən miras ilə bağlı mülki mübahisələrin və eləcə də məhkəmə işlərinin kəskin azalacağı gözlənilir. Son illər dünyasını dəyişmiş şəxsən övladları arasında bir sıra hallarda mirasa, yəni əmlaka və sərvətə sahib olmaq ilə bağlı mübahisələrin sayında artımlar müşahidə olunurdu. Bəzən bu mübahisələr övladlar arasında nəsil çəkişmələrinə belə səbəb olurdu. Sözügedən bütün qanunverici aktlarda edilən dəyişikliklərə əsasən mirasdan imtina vərəslərinin mirası qəbul etmədiyi halda deyil, bütün vərəsələrin mirasdan imtina etdiyi halda rəsmiləşəcək. Yəni vərəsələrdən hər hansı birinin miras ilə bağlı iddia irəli sürməməsi heç də onun mirasdan imtinası anlamına gəlməyəcək: "Dəyişikliklər birmənalı şəkildə mirasın qəbulu mexanizminin təkmilləşdirilməsinə xidmət edəcək. Əvvəllər mirasın qəbulu ilə qanunvericilikdə olan bir sıra ziddiyyətlər son illər varislər arasında bir sıra mülki mübahisələrin yaranmasına səbəb olmuşdur ki, yeni dəyişikliklər bu problemləri aradan qaldıracaq. Əvvəllər miras ilə bağlı vərəsənin susması, yəni mirası qəbul və ya imtina etməməsi, onun mirasdan imtina etdiyinə ehtimallar yaradırdı və bu da daha sonradan mübahisələrə səbəb olurdu. Prezidentin təsdiq etdiyi son dəyişikliklər mülkiyyət hüququnun konstitutsion təminatının möhkəmləndirilməsi və mirasın qəbulu institutunun tələblərinin daha da təkmilləşdirilməsi və dəqiqləşdirilməsinə xidmət edir. Əvvəlki qanunvericiliyə əsasən vərəsələrin heç biri mirası qəbul etmədiyi halda əmlak xəzinəyə keçirilirdi. Təsdiq olunan dəyişikliklərə əsasən isə bütün vərəsələr mirasdan imtina etdiyi halda bu baş verir. Daha sadə dildə izah etsək, dünyasını dəyişən şəxsən mirasına fərqli səbəblərdən vərəsələrdən heç biri iddia etmədikdə bu mirasdan imtina kimi izah olunurdu. Yeni qaydalara isə, yalnız vərəsələrin mirasdan imtina etdiyi halda bu reallaşır. Eyni zamanda, mirasın qəbulundan imtina etmədikdə miras vərəs tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasdan imtina üçün müəyyənləşdirilmiş zaman bitənədək notarius tərəfindən mirasın siyahıya alınması tələb edə bilər. Müraciət daxil olduğu gündən 2 ay müddətində miras siyahıya alınır. Miras açıldıqdan sonra vərəsənin dünyasını dəyişməsi və onun vərəsəsinin ilkin miras qoyandan pay almaq hüququnun qanunvericilik bazası da təkmilləşir və mirasın qəbulu müddətləri ilə məhdudlaşdırılmır. Mirasın siyahıya alınması üçün nəzərdə tutulan müddətin mirasdan imtina müddəti ilə məhdudlaşdırılır və daha əlverişli qaydalar müəyyənləşdirilir. Dəyişikliklərə əsasən, ölmüş vərəsənin varisinin mirasdan imtina üçün müəyyənləşdirilmiş müddət 3 aydan az olarsa, həmin müddət 3 ayadək uzadılır. Vacib dəyişikliklərdən biri də vərəsələrin kreditorlar qarşısında öhdəlikləri ilə bağlıdır. Yəni dünyanı dəyişən şəxsin kredit borcları ilə bağlı öhdəlikləri də aydın şəkildə bölüşdürülür. Yeni dəyişikliklərə əsasən mirasın siyahısı notarius tərəfindən təsdiq edildikdə vərəsələr miras qoyanın kreditorlar qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Miras şəriklərinə vərəsəlik şəhadətnaməsinin verilməsi mexanizmləri də təkmilləşdirilib. Notarius vərəsəlik şəhadətnaməsinin əldə edilməsi üçün vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrinin də payı ilə bağlı məlumatları həmin sənəddə qeyd edir. Bu vərəsədən imtina etməyən, amma şəhadətnamə almaq üçün müraciət etməyən vərəsələrin hüquqlarının qorunması baxımdan olduqca vacib dəyişiklikdir. Bütövlükdə, yeni dəyişikliklərin mirasa sahiblikdə vərəsələrin hüquqlarının yaxından qoruyacağına və mülki mübahisələrin sayının azaldacağına xidmət edəcəyi gözlənilir".

Hüquqşünas Əkrəm Həsənovun dediyinə görə, SSRİ vaxtından Azərbaycanda 2023-cü ilədək miras hüququnun qaydası belə idi: şəxs vəfat etdikdən sonra onun vərəsələri 3 ay ərzində mirası qəbul etmək barədə notariusa müraciət etməli idilər. Əgər müəyyən üzrlü səbəblər varsa, bu müddət 3 aya qədər uzadıla bilərdi. Yəni 3 ay ərzində müraciət etmədinsə, məsələ bitmiş hesab olunurdu: "İndi model dəyişir. Burada əsas məsələlərdən biri ölən şəxsin borclarıdır. Düzdür, qanun bu baxımdan dəyişmədi. Onsuz da hər bir vərəsə miras qoyanın ona verdiyi əmlak həddində onun borclarına görə cavabdehdir. Yəni indi qayda belə olacaq, şəxs öldü, 3 ay ərzində qanuni vərəsələr, yaxud da vəsiyyətnamə üzrə vərəsələr notariusa müraciət edib imtina edə bilər. İmtina etmədinsə, artıq vərəsəsən. Onun borcu varsa, sənə çatan əmlakdan onun borcunu ödəməlisən".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://525.az
archiveBu xəbər 14 İyul 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

17 İyun 2026 18:55see345

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

17 İyun 2026 16:23see303

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

17 İyun 2026 19:24see233

Abdul Hüseynov: “Tarixi binaların sökülməsinə qərar verən şəxslər səlahiyyətlərindən yəqin düzgün istifadə edərlər”

17 İyun 2026 20:23see218

Mehparə Cəfərova Gəncədə qəzaya düşdü FOTO

16 İyun 2026 22:55see199

ABŞ İranı niyə məğlub edə bilmədi? ŞOK HƏQİQƏT

17 İyun 2026 14:46see190

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see185

Dünya çempionatı: Norveç qələbə qazanıb

17 İyun 2026 04:21see184

Rəşad Sadıqov "Zirə"nin rəqibindən danışdı: Gözlənilməz oldu

17 İyun 2026 01:52see181

Neft emalı zavodlarına edilən hücumlar “kömək etdi”...

17 İyun 2026 19:43see176

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırıldı

16 İyun 2026 23:02see171

Holand atasından 32 sonra dünya çempionatında debüt edib

17 İyun 2026 02:41see169

Maskdan 60 milyard dollarlıq plan

17 İyun 2026 03:52see167

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see166

Bişirməzdən əvvəl hansı qidalar yuyulmamalıdır?

18 İyun 2026 00:13see164

Hilalın altında Bakı... Foto

18 İyun 2026 00:18see163

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

18 İyun 2026 06:24see162

2023 cü ildə bizə zəng vurdular ki, eviniz hazırdır Sakin şirkət tərəfindən aldadıldığını İDDİA ETDİ

17 İyun 2026 22:09see162

“ABŞ ordusu bir müddət Körfəzdə qalacaq”

18 İyun 2026 03:01see159

Vens: ABŞ İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

17 İyun 2026 01:48see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri