Qərbi Azərbaycan Xronikası: Bazar türk tayfasına mənsub olan Bazarkənd
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Bazar türk tayfasına mənsub olan Bazarkənd" adlı süjet hazırlanıb.
Moderator.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bağçacıq və Bazarkənd toponimi haqqında söz açılır.
Bildirilir ki, Qərbi Azərbaycan ərazisində ermənilərin həyata keçirdiyi demoqrafik dəyişikliklər, azərbaycanlılara qarşı törətdiyi faciəli deportasiyalar və izini itirmə ilə bağlı toponimik cinayətlər şovinist-millətçi siyasətin əsas qayəsidir.
Vurğulanır ki, Qərbi Azərbaycanın itirilmiş kəndlərinin ağrılı tarixçəsi, uudulmağa məhkum edilən yurd yerlərimiz, xəritədən silinən adlar - qəlblərdən silinməyən Vətən anlayışının bir parçasıdır: "Təbii ki, itirilmiş ocaqların həsrəti bizi çox incitsə də, itirilmiş ocaqlara qayıdış bizi daha da qürurlandıracaq".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 15 Oktyabr 2025 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















