Icma.az
close
up
RU
Mirzə Bala Məhəmmədzadənin imzaları

Mirzə Bala Məhəmmədzadənin imzaları

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abid TAHİRLİ

Azərbaycan milli azadlıq və istiqlal hərəkatının əsas simalarından sayılan Mirzə Bala Məhəmmədzadənin (1898, Bakı - 1959, İstanbul) zəngin, çoxşaxəli ədəbi, publisistik və elmi-nəzəri irsi ideya gücü və istiqaməti, mövzusu, dili, üslubu, sənətkarlıq xüsusiyyətləri ilə bu gün də təzəliyini, aktuallığını saxlayır. Təsadüfi deyil ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası seriyasından nəşr etdiyi əsərlərdən biri Mirzə Bala Məhəmmədzadəyə həsr olunub.

Uşaq ikən atasını itirən Mirzə Bala erkən yaşlarından xırda ticarətlə ailəsinə yardım etməklə yanaşı, təhsilinin də qayğısına qalmış, Həbib bəy Mahmudbəylinin (1864, Şamaxı-1928, Bakı) müdir olduğu "Rus-Müsəlman" məktəbində, daha sonra Bakı Texniki Sənaye Məktəbində təhsil almışdı. Onun ilk yaradıcılıq işləri də həmin illərə təsadüf edir. Mirzə Balanın Məhəmməd Əmin Rəsulzadə ilə tanışlığı, siyasi proseslərlə çalxalanan qaynar Bakı həyatı onun əqidəsinin, dünyagörüşünün formalaşmasında əsas rol oynayıb. İlk yazılarını da M.Ə.Rəsulzadənin redaktoru olduğu "Aşıq" söz" qəzetində dərc etdirmişdi. Taleyini mətbuata, milli hərəkata, "Azərbaycan davası"na bağlayan M.B.Məhəmmədzadə bütün çətinliklərə rəğmən, çar Rusiyası dönəmində də, özünün bütün varlığı ilə bağlı olduğu Azərbaycan Xalq Cümhuriyyəti dövründə də, Vətəndən ayrı keçirdiyi mühacirət illərində də amalından, məramından dönmədi. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra 1920-1924-cü illərdə Bakıda bolşevik rejiminə qarşı gizli fəaliyyət göstərən Mirzə Bala, əvvəlcə, İrana, 1927-ci ildə Türkiyəyə keçməyə müvəffəq olmuş və İstanbulda məskunlaşmış, XX əsrin 20-ci illərinin sonuna doğru SSRİ-nin Türkiyə Cümhuriyyətindən bitməyən təkidli tələblərindən sonra o da digər antisovet fəaliyyət göstərən mühacirlər kimi Avropaya köçmək məcburiyyətində qalmış, 1932-ci ildən Polşada istiqlal mücadiləsini davam etdirmişdi. Mirzə Bala beynində istiqlal düşüncəsi, əlində qələm usanmadan, yorulmadan yazdı, yaratdı. Lakin zəmanənin gərdişi, təlatümlü keçən ömür yolu, təqiblər, təhdidlər onu fərqli, bəzən də gizli imzalarla yazmağa məcbur etmişdi.

Mirzə Balanın həyatı, ictima-siyasi fəaliyyəti, yaradıcılığına dair çox sayda məqalə və monoqrafiya, dissertasiyalar qələmə alınsa da, müxtəlif səpkili kitablar nəşr edilsə də, toxunulan mövzu barədə ayrıca tədqiqat əsəri yazılmayıb. Halbuki M.B.Məhəmmədzadənin imzalarına aydınlıq gətirmədən onun irsinin dərindən, hərtərəfli araşdırılması, dəyərləndirilməsi, dolğun və sanballı əsərin ərsəyə gətirilməsi, əlbəttə, inandırıcı görünmür.

Sovet hakimiyyəti dövründə, xüsusi ilə bolşevik rejiminin ilk illərində ölkənin siyasi, iqtisadi və sosial həyatına rəhbərlik edən funksionerlər Azərbaycan mühacirlərinə qarşı amansız mövqe tutur, onların fəaliyyəti haqqında mətbuatda həqiqəti əks etdirməyən məqalələrlə çıxış edir, istiqlalçıları "Vətən xaini", "satqın" adlandırır, xalqın gözündən salmağa çalışırdılar. Kommunist ideologiyası iflasa uğradıqdan, sovet rejimi çökdükdən, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən, ölkəmiz özünü Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdikdən sonra tarixi həqiqətlər üzə çıxmağa, ədalət bərqərar olunmağa, mühacirət irsinin, o cümlədən Mirzə Bala Məhəmmədzadənin bədii, publisistik, elmi əsərlərinin Vətənə gətirilməsi, tədqiqi, təbliği başlanıldı.

Heç şübhəsiz ki, istiqlal mücahidi Əhməd Qaracanın təbirincə desək, "Böyük mütəfəkkir və mücahid kommunizmə və rus slavçılığına verilən mücadilənin ana təməl daşlarından biri" Mirzə Bala Məhəmmədzadənin irsi və şəxsiyyəti də diqqət mərkəzində idi və böyük maraq doğururdu. Yeri gəlmişkən, qeyd olunmalıdır ki, Mirzə Balanın ömür yolu, görüş və düşüncələri, istiqlal, islam, demokratiya, qadın hüquqları barədə fikirləri, eləcə də yaradıcılığı, əsərlərinin məzmunu, ideya-istiqaməti, həmçinin imzaları, haqqında həm ilk, həm də əhatəli, mötəbər mənbə Əhməd Qaracanın M.B.Məhəmmədzadənin "Milli Azerbaycan Herekatı" kitabına yazdığı irihəcmli "Giriş" sanbalı, dolğunluğu ilə çox dəyərlidir və demək olar ki, istər qardaş Türkiyədəki, istərsə də ölkəmizdəki tədqiqatçıların əksəriyyəti həmin məxəzə istinad edir. Əlbəttə, Mirzə Baladan yazan Əhməd Qaraca da daxil olmaqla, digər müəlliflər üçün başlıca və mötəbər mənbə Ankaradakı Azərbaycan Kültür Dərnəyinin orqanı "Azərbaycan" dərgisi (ilk nömrəsi 1 aprel 1952-ci ildə işıq üzü görüb) olub. Jurnalda M.B.Məhəmmədzadənin vəfatı ilə əlaqədar çox sayda məqalə, xatirə, müxtəlif ölkələrdən, mühacir dərnəklərindən daxil olmuş təziyə teleqramları, Teymur Atəşlinin, Kərim Yaycılının mücahidə ithaf edilmiş şeirləri dərc olunub. Burada da verilən "Mirza Balanın hal tərcüməsi", Ali Azərtəkinin "Mirza Balanı düşünürkən", A.Battal-Taymasın "Mirza Bala Kutluku anarken", İldeniz Kuttulanın "Mirza Balanın son günleri" və sair məqalə və xatirələr ədibin yaradıcılığı və ömür yolu haqqında zəngin təəssürat yaradır.

Yuxarıda adını çəkdiyimiz ön sözdə Mirzə Balanın "Yeni Qafqasya", "Azəri Türk", "Odlu yurd", "Bildiriş", "İstiqlal", "Qurtuluş", "Müsavat Partisi bülleteni", "Azərbaycan yurd bilgisi", "Birləşik Qafqasya", "Azərbaycan", "Kommunizmlə mücadilə", "Cümhuriyet", "Milliyet", digər dərgi və qəzetlərdəki fəaliyyətini, həmçinin "İslam Ensiklopediyası" və "Türk İslam Ensiklopediyası"ndakı elmi məqalələrini yüksək dəyərləndirən Əhməd Qaraca ədibin imzaları haqqında yazır: "O, yazılarını Mirza Bala, Nuhoğlu, A.Kut, M.M.Mehmetzade, M.B.Daşdemir və Ali Kutluk imzalarını kullandı". "Giriş"də oxuyuruq: "Mirzə Bala Məhəmmədzadə 1955-ci ildən Tanrının rəhmətinə qovuşduğu 1959-cu ilədək Münhendəki "Sovyetlər Birliyini Öyrənmə İnstitutunda çalışdı və institut tərəfindən nəşr edilən "Dərgi" məcmuəsində baş məqalə və məqalələr yazdı, "Dərgi"yə redaktorluq etdi.

Mirzə Balanın imzaları ilə bağlı adıçəkilən kitabın Bakı nəşrinə (Milli Azərbaycan hərəkatı. Azərbaycan Jurnalistlər Birliyi. Bakı, "Nicat" 1991, 246 səh.) tədqiqatçı Mövsüm Əliyevin "Mirzə Bala kimdir" adlı məqaləsində də toxunulur. Əvvəlcə, təəssüflə qeyd etməyi lazım bilirik ki, əsər çapa hazırlanarkən Ankara nəşri əsas götürülsə də, Əhməd Qaracanın yuxarıda adı çəkilən məqaləsi kitaba daxil edilməyib. M.Əliyev M.B.Məhəmmədzadənin Azərbaycan mühacir nəşrlərindən başqa, Türkiyənin bir çox qəzet və jurnallarında SSRİ-də mövcud olan totalitar sovet rejimini tənqid atəşinə tutan xeyli məqaləsinin dərc edildiyini vurğuladıqdan sonra publisistin imzaları ilə bağlı Əhməd Qaracanın yazdıqlarını eyni ilə diqqətə çatdırır: "O, yazılarında Mirzə Bala, Nuhoğlu, A.Kut, M.M.Məmmədzadə, M.B.Daşdəmir və Əli Kutluk imzalarından istifadə etmişdir". Mirzə Balanın Türkiyədə nəşr olunan bütün kitabları - "Azerbaycan Misaqi-Millisi" İstanbul, 1927), "Ermeniler ve İran", İstanbul, 1927; II nəşr: 1994, Ankara, 44 səh.), "Milli Azerbaycan herekatı" (Ankara, Berlin, 1937; II nəşr 1991, Ankara, 238 səh), "Azerbaycan tarihinde Türk Albaniya", Ankara, 1951) "Mirza Bala Mehmetzade" (Türkiyədə "Mehmetzade" sözünün dilimizdə "Məhəmmədzadə" kimi işlədilməsi ilə bağlı mülahizələrimizi "Məhəmməd Əmin Rəsulzadənin imzaları" adlı məqaləmizdə bölüşdüyümüz üçün bu mövzuya qayıtmırıq - T.A.) imzası ilə yayımlanıb. Ölkəmizdə Mirzə Bala haqqında buraxılan kitablarda və ədibin barəsində yazılan tədqiqat əsərlərində soyadı ya "Məmmədzadə", ya da "Məhəmmədzadə" kimi yazılıb.

Vaqif Sultanlı hələ ötən əsrin 90-cı illərin sonunda yazdığı əsərində (Azərbaycan mühacirət ədəbiyyatı, Bakı, Şirvannəşr, 1998. 160 s.) Mirzə Balanın imzaları haqqında da söz açmışdı: "Ədib yazılarını Mirzə Bala, Əli Kutluq, Nuh oğlu, Azəri, M.B.Daşdəmir, Ə.Kut və başqa imzalarla, bəzi məqalələrini isə imzasız dərc etdirmişdir".

(Ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see401

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see367

Gəncə icra hakimiyyətinə yeni texnikalar alınıb

05 Avqust 2026 16:59see304

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see303

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see289

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see281

Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06 Avqust 2026 00:07see274

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see232

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see225

Müşfiqabadda qalmaqal: Sərxoş halda qəbiristanlığa gəlib insanları söydü

05 Avqust 2026 14:00see212

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar Video

05 Avqust 2026 21:14see201

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see201

Çempionlar Liqası: “Orhus“ “Sabah“ matçı başladı YENİLƏNİR

05 Avqust 2026 21:12see195

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see187

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see181

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see178

UEFA nın vitse prezidenti: “Bizə İnfantinoya qarşı namizəd lazımdır”

06 Avqust 2026 00:52see172

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see170

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see170

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

06 Avqust 2026 00:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri