Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

A bala, nyə evlənmirsən?

A bala, nyə evlənmirsən?

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lalə Mehralı

Bineyi-qədimdən belə olub, subay insan görəndə “nə vaxt tərpənirsən?”, “niyə evlənmirsən?”, “başını nə vaxt bağlayaq?” kimi suallar veriblər. Kimisi maraqdan, kimisi də canı yandığından. İkincilər daha çoxdur. Ailəsi olmayanın ailəsi olsun istəyiblər, evi olmayana ev qurublar. Evlənmək sözü də buradan yaranıb – ailə quranlara kömək edib ev tikməklə, ev sahibi etməklə onları sözün həqiqi mənasında evli-eşikli ediblər.

Evlənmək dövrümüzdə don dəyişib, transformasiya edib. İndi evlənmək olmur, ailə qurmaq olur. Evi omayan necə evlənsin? Az maaşla necə baxsın ailəsinə kirayədə? Uçuq-sökük daxmaların aylıq ödənişi 300-400 manatdan başlayır, bu gənclər nə qədər maaş alsın ki hər şeyə yetə bilsin? Gənclərin evlənməsinə şərait yaratmaq lazımdır, təşviq etmək şərtdir. Ölkədə doğum sayı azalıb, əhalidə yaşlı nəsil üstünlük təşkil etməyə başlayır, bunun nəticələri pis olacaq. Kim qoruyacaq vətəni? Kim icra edəcək peşələri?

Günü gündən nikahların sayı azalır, bunun fonunda boşanmaların sayı sürətlə artır. Ölkədə bağlanan hər iki nikahdan biri boşanma ilə nətiəcələnir. Üstəlik boşananların əksəryyəti yenicə ailə quranlardır, 2-3 aylıq evliliklərdir. Əgər bir cəmiyyətdə boşanmaların sayı 50 faizi keçibsə, bu artıq təhlükəli vəziyyətin göstəricisidir. Ona görə də ailələrə daha çox evli qalmağa, nikahı pozmamağa görə təşviqedici vədlər verilməlidir. Evi olmayanların güzəştli şərtlərlə ev alması asanlaşdırılmalıdır, 1 uşağı olanların dünyaya daha çox uşaq gətirmələrinə təşviq üçün sosial proqramlar işlənməlidir, uşaqpulu verilməlidir. Ailələr başa düşməlidir ki, uşaqların böyüməsində dövlət öz dəstəyini göstərəcək, nəsil artırmaqdan qorxmamalıdır.

Aliment məsələsindən yazmağa qorxuram. Dəhşətli vəziyyətdir. Elə bir mənzərə yaranıb ki, sanki ailələr aliment üçün dağılır, qadınlar “kim daha çox aliment ala bilər?” yarışına çıxıb sanki. İddia etmirəm ki belədir, amma mənzərə belə təsir bağışlayır. Alimentin dövlət büdcəsi hesabına verilməsini iddia edənlər vardı bir ara, təsəvvür edin elə olarsa mənzərə necə olar? İndi hər iki ailədən biri dağılır, aliment dövlət büdcəsindən ödənsə ümumiyyətlə evli qalan olmaz.

Aliment yerinə uşaqpulu ödənsə ailələrin sosial problemlərdən dağılma ehtimalı da bu qədər gündəmə gəlməz. Hətta başqa problemlərdən dağılan ailələr olanda da ilk ağla gələn səbəb sosial problemlərdir. Ailəsini dolandıra bilməyənlər alimenti necə verəcək bəs? Əvvəl bir qazan asılırdısa ocağa, boşanmadan sonra iki qazan olur axı. Gəlir iki yerə bölünür, iki evin güzəranı o gəlirdən asılı olur.

Gənclərin iş problemi var, xüsusilə bölgələrdəki gənclər ciddi məşğuliyyət problemləri yaşayır. İş yoxdursa təminat da yoxdur, təminat yoxdursa ailə qurmaq da yoxdur, ailə qurulmursa nəsil artmır, nəsil artmırsa ölkənin əhalisi yenilənmir. Bizi ciddi demoqrafik faciə gözləyir, çünki əhali sayında artım yoxdur, inkişaf dinamikası qeydə alınmır. Çoxuşaqlılıq meyarlarında dəyişiklik edilməlidir buna görə. Ailələr cırtdan modelindən uzaqlaşmalıdır. Dövrümüzdə 6 uşaqlı ailə nadir olur, dolayısı ilə çoxuşaqlılıq müavinətini də az ailə alır. Ölkəmizdə təxminən 6 min ailə çoxuşaqlılıq müavinəti alır, meyarı dəyişib 3 və daha çox uşağa görə müavinət vermək lazımdır.

“Evlən” demək asandır, əsas məsələ evlənəndən sonra ailəyə baxa bilməkdir. Ailə qurmaq istəyənlərə dəstək göstərmək lazımdır, güzəştli mənzil, güzəltli kredit imkanları yaratmaq lazımdır ki, gənclər evlənməkdə özləri maraqlı olsun, ölkənin demoqrafik artımına dəstək versinlər. 1-2 aylıq yox, ömürlük ailə qurmaları üçün xüsusi proqramlar işlənməlidir. Belə davam edə bilməz, bu ip hardasa qırılacaq. Bəlkə də artıq qırılıb, biz özümüzə təsəlli veririk...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Dekabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see597

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see313

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see310

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see223

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see223

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see220

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see220

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see211

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see206

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see206

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see206

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see205

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see202

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see202

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see199

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see199

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see198

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri