Icma.az
close
up
RU
Mirzə Cəlil 13 yaşında ana olan məktəbliyə nə deyərdi?

Mirzə Cəlil 13 yaşında ana olan məktəbliyə nə deyərdi?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qan Turalı yazır...

Ağcabədidə 13 yaşlı məktəbli ana olub. Qız 2010-cu ildə doğulubmuş. Ananın özü uşaqdır. Və bunun özü çox həzin bir hekayədir.

7 apreldə isə Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalının ilk nəşrindən düz 119 il keçir. Bir igidin yox bir dövlətin ömründən belə uzundur.

"Bu xalq düzəlməyəcək", "Hər şey Mirzənin vaxtındakı kimidir" sözlərinin üzərindən sükutla keçirəm. Bütün bunların doğru olmadığı gün kimi aydındır.

Hadisənin Ağcabədidə baş verməsi isə bir başqa məsələdir. Belə ki, Mirzə Cəlil həyat yoldaşına görə bir müddət Ağcabədinin Kəhrizli kəndində yaşamışdı.

Haqqında danışacağım, bu yazının mövzusu olan əhvalat 1916-cı ildə Bakıda "Ölülər"in Bakıda ikinci dəfə tamaşasında baş verir. Biz bu əhvalatı Şəfiqə Əfəndizadənin məqaləsindən oxumuşduq.

Şəfiqə xanım Azərbaycanın ilk qadın müəllimlərindən biri idi. Tağıyevin qızlar məktəbində də dərs demişdi. Dövri mətbuatda məqalələri çap olunurdu. Haqqında danışdığımız əhvalat də "Açıq söz" qəzetinin 1916-cı il 17 may nömrəsində dərc olunmuşdu. (Qəzetin əsasını Məmməd Əmin Rəsulzadə qoymuş, Üzeyir bəy Hacıbəyli də bir müddət "Açıq söz"ün baş redaktoru olmuşdu)

Şəfiqə xanım tamaşanı qadınlar lojasından seyr edirdi. Tamaşanın ilk pərdələrində qadınlar pyesdəki zarafatlara ürəkdən gülür və bəzən bu gülüşlərdən aktyorların səsini eşitmək mümkünsüz olurdu. Ancaq pyesin dərin, tragik qatları üzə çıxdıqca, başqa cür desək "Ölülər"in yumorist yox, satirik, bəlkə də tragediya olduğu açıq şəkildə bəlli olduqca qadınlar lojasına da sükut çökməyə başlayır. Bir azdan sükut pozulacaqdı.

Şəfiqə xanım yazır: "Hacı Həsən "Kefli İsgəndər"dən Nazlı barədə razılıq almaq üçün israr edən vaxtlarda bizdən bir loja o yana oturan xanımlardan birinin dərdindən ağladığını eşitdim. Ağlayan da çox bərk ağlayırdı. Daha səbir edə bilməyib başımı çevirdim, gördüm ki, orta yaşlı bir qadın başını iki qolları arasına alıb ağlayır. Yanındakılar onu sakit etməyə çalışsalar da bu qadına yardım etmirdi. Özü də səsini kişilər eşitməsin deyə çalışırdı, ancaq özünü saxlaya bilmirdi".

Tamaşadan sonra həmin qadınla söhbət edən Şəfiqə xanım onun əhvalatını belə nəql edir: "Məni dörd yaşımda adaxlı edib doqquz yaşımda oğlanın evinə köçürüblər. Nazlıya güc eləyəndə mən özümü saxlaya bilmədim, çünki məni də elə, heç bir şey anlamadığım vaxtda vermişdilər. Ərimi görəndə elə qorxurdum ki, dizlərim əsirdi, dörd il mən ərimlə qaldım, bu dörd ilin içində ərimi istəyə bilmədim. Dörd ildən sonra ərim rəhmətə getdi. Mən öz fikrimdə dedim: "Allah, sənə şükür ki, bu əzab yaşamadan qurtardım". Amma fələyin mənim üçün nələr hazır etdiyindən xəbərim yox imiş. Mən ərimin vəfatından qırx gün keçməsini gözləyirdim ki, evimizə gələrəm. Amma qırx gün keçməmiş böyük qaynım mənə xəbər göndərdi ki, mənimlə ailə qurmaq istəyir. Mən bu xəbəri eşidəndə bir zaman mat və məbhut (Çaşqın, heyrət içində - red.) qaldım. İndiyə qədər həyatımdan bir ləzzət almadığım kimi, bundan sonra da həyatımın neçə keçəcəyini göz önünə gətirib, özümü öldürməyə qərar verdim. Amma can şirindir, belə qolay candan keçmək olmazmış. Nəhayət, o gün axşama qədər ağladım. Fikir elədim ki, dünyada necə murdar insanlar var ki, özünün gözəl-göyçək arvadı, üç nəfər gül kimi oğlanları, bir nəfər körpə qızı ola-ola mənə bu təklifi elədi. İnsanlar o qədər acgözdürlər ki, mənə bir-iki hissə pay düşəcək deyə, onu verməmək üçün məni özünə arvad eləmək, həm mənim, həm də öz əyalının gününü zəhərləmək istəyir. Qaynım bizi qorxudub istədiyini əmələ gətirdi, məni də aldı. İndi o arvadın altı, mənim də iki uşağım var. Elə bir ömür keçiririk ki, bu günü düşmənə də rəva görmürəm. Xülasə, dünyada olan zülmlərin hamısını biz qadınlar tayfası çəkirik".

Dövr dəyişir, dünya dəyişir, bəzi şeylər isə heç vaxt dəyişmir...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Aprel 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri