Icma.az
close
up
RU
Mirzə Ələkbər Sabir Fondu media və reklamlarda dili pozuntularını monitorinq edəcək

Mirzə Ələkbər Sabir Fondu media və reklamlarda dili pozuntularını monitorinq edəcək

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsinin icrasına başlayıb.
Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli Newscenter.az-a bildirib ki, layihənin məqsədi Azərbaycanda media subyektlərinin və reklamların dilindəki qüsurları aşkar etmək, təhlil etmək və onların dil standartlarına uyğunluğunu qiymətləndirməkdir: “Cəmiyyətin bir hissəsi mediada və reklamlarda dil pozuntularına həssas deyil. Bu da media qurumlarının və reklam agentliklərinin məsuliyyətsizliyinə səbəb olur. Həmçinin keyfiyyətsiz dil istifadəsinin normallaşmasına gətirib çıxarır.
Mövcud qüsurların bir qisminin əsas səbəbi əcnəbi dillərə meyillilik və xarici brendlərin reklam mətnlərinin hərfi tərcümədə təqdim olunmasıdır. M.Ə.Sabir isə həmişə sadə və anlaşıqlı dildən istifadə etməyə çağırırdı. Bu baxımdan media və reklam sahəsində çalışanlar klassiklərimizdən yararlanmalıdırlar. Hər iki sahədə problemlərin həllində vətəndaş cəmiyyətinin də fəallığının artırılması üçün bu layihəni həyata keçirməyi məqəsədəuyğun hesab edirik. Çap və onlayn medianın və reklamların (Bakı şəhərində) monitorinqinə həsr olunan layihə dükan, ictimai-iaşə obyekt­ləri, idman, sağlamlıq, tədris mərkəzlərinin və s. adlarında, onlara aid lövhələrdə (reklam, məlumat, menyü və s.) fonetik, leksik, qrammatik norma pozuntuları, üslub və ifadə səhvlərini əhatə edəcək”.
3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində media subyektində və reklamlarda dil pozuntularının monitorinqi olacaq, jurnalistlər üçün dəyirmi masalar keçiriləcək. Bu tədbirlərdə jurnalistlərə tövsiyələr veriləcək, praktiki iş rejimində yazılarda ədəbi dil normalarına əməl olunması qaydaları haqqında danışılacaq. Bununla yanaşı, KİV-də məqalə, video və radio müsahibələrlə də təbliğati və maarifləndirici çıxışlar ediləcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 May 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see184

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see177

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see159

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see144

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see142

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see141

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see141

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see139

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see139

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see131

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see129

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see128

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see128

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see127

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see125

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri