Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

MİRZƏ ƏLƏKBƏR SABİR, GÜLAĞA TƏNHA VƏ ŞİRVAN MILYONÇULARI

MİRZƏ ƏLƏKBƏR SABİR, GÜLAĞA TƏNHA VƏ ŞİRVAN MILYONÇULARI

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təsisçisi və direktoru olduğum “Şirvannəşr” təzəcə işə başlamışdı ki, mərhum yazıçı Zaman Qarayev jurnalist Şakir Abdullayevi kitab çap elətdirmək üçün nəşriyyatımıza gətirdi. Əlyazmasını stolun üstünə qoyan kimi Şakir müəllim soruşdu:

– Mən bura gələn neçənci şirvanlı müəllifəm?

– Hələ ki, birincisiniz, Şakir müəllim, – dedim.

Gülə-gülə qayıtdı ki:

–Qorxun ki, elə axırıncı da mən olam!

Maraqla üzünə baxdığımı görüb:

–Vallah, bir şirvanlı kimi and içərəm ki, bura şirvanlı gəlməyəcək.

–Niyə, Şakir müəllim?

–Siyasətindən.

Gülüşdük.

Onda “Şirvan” adının hörmətdən salınan vaxtları idi. Şirvanlıya da yuxarılar ağlar zənciyə baxan kimi baxırdılar. Guya Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov da şirvanlıymış.

Düzü, bu söz-söhbətə qədər elə bilirdim ki, Mütəlli¬bov ba¬kılıdı. Amma diqqət eləyib görəndən sonra ki, onun ətrafında yüksək vəzifə tutanlardan biri də şirvanlı olmayıb, bildim ki, Mütəllibov həqiqətən şirvanlıymış.

Birini ki, gətirib vəzifəyə qoyurlar, çatan kimi yan- yörəsindəki yerlilərini pərən-pərən salırsa, bilin ki, o adam şirvanlıdı. Sabir nahaq deməyib ki:

–Öz qövmümüzün başına əngəl-kələfiz biz.

Yerlilərini yola verməmək biz şirvanlıların anadangəlmə xasiyyətidi, qardaş. Neyləyə bilərik ki, Allah bizi özümüzünkülərə qarşı qanısoyuq yaradıb. Amma özgəsinə can qurban eləmək... o nə sözdü?!

Elə götürün biz kürdəmirliləri. Dostlarımız ya qazağlılar olar, ya tovuzlular olar, ya da gürcüstanlı, ya yeraz. Kürdəmirlinin kürdəmirliylə dostluğu... eşit... inan¬a.

Vallah, billah, türk şairi Tofiq Fikrətin “Torpaq– vətənim, növi-bəşər – millətim... insan”ı elə bu şirvanlıdı ki, var. Həqiqəti demək də şirvanlının alnına yazılıb. Ona görə də zindana atılan şirvanlını görərsən, vətəndən didərgin salınan şirvanlını görərsən, dərisi soyulan şirvanlını görərsən...

Bəli, rəhmətlik Şakir müəllim uzaqgörən imiş. Mənim müəlliflərimin ən azı 70 faizi naxçıvanlılar oldu. Bir müddətdən sonra yerlilərim gördü ki, adə, qorxusuz-ürküsüz “Şirvan” adına da gələn var. Odur ki, arada-bərədə azıb-təzən şirvanlı müəlliflər də qapımızı döyməyə başladı. Hamısı da cılxa kasıb...

Məgər Şirvan belə yaman günə qalıb?! Məgər onun pulluları, milyonluları belə zəlil olub?! Bax, burda görürsən ki, Seyid Əzim bilərəkdən onlara qarğış eləyib:

–Neçə dövlətli var, Allah alacaq dövlətini!

Vallah, yüzlərlə şirvanlı tanıyıram ki, sağlıqlarına qismət, topdağıtmaz mülkləri, oğulba-oğul yeməyə çörəkləri, yüz il xərcləsələr qurtarmayası pulları var. Bəlkə də Azərbaycan milyon¬çuları arasında şirvanlılar qədər varlısı yoxdu, desəm, yalan olmaz. Amma faydası nə imiş görəsən?! Sabir babamız onları yaxşı xarakterizə edib:

–Çinlə sənduqə pulu...

Bu şirvan pulluları deyildi Xaqanini zindana atdıran, Hadini ac-yalavac qoyan, Seyid Əzimi Allah evində – məsciddə basdırığa salıb öldürən, Sabiri çərrədən?!

İndi də...

Biri milyonlarının başını düzəltməklə məşğuldu, biri milyarddan təzəcə keçib. Biri də yağlı bir “malades”ə “ağa, mən yaxşı nökərəm!” farağatında dayanıb.

Amma bu Kərbəla meydanında Şirvan milyonçu¬la¬rının gözü qabağında vətənimizin cənub bölgəsindən bir Gülağa Tənha da çıxıb. Ürəyinin səxavətindən cibinin ağzını açıb, ədəbiyyat-incəsənət yolunda var-dövlətindən keçməklə məşğuldu.

Bu cavan adam bu günkü günü şöhrətinə yaraşmayan şahlar şəhəri Şamaxıya da nəzər yetirdi. O burda Mirzə Ələkbər Sabirə elə bir qəbirüstü abidə qoydurdu ki, bu işiylə cəmi milyonçularımızı tərəzinin bir gözünə yığdı, özü də çıxıb durdu o biri gözündə. Və onlardan ağır gəldi.

Biz şirvanlılar pulu pul gətirən yerə qoyuruq, qardaş. Yoxsa...

Pah atonnan, ürəyə bax ey! Canına qəsd elə, pul qazan, gətir Sabirə abidə qoydur!?

Rəhmətlik Kürdəmirin Xəlsəsindən olan Ağahüseyn əmimin sözü olmasın, a malım başına dönsün, yəni Şirvan pulluları sənin qədər də bilmir?! Bilmirlər ki, Sabirin abidəsinə nə gəlib. O boyda “Hophopnamə” nədi bəs?!

Qazağlıların sözüylə demiş olsaq, eloğlum, sənətşünas Ziyadxan Əliyev danışırdı ki, İrandan bir dəstə adam Sabiri ziyarətə gəl¬mişdi. Ustadın məzarını görəndə mat qaldılar:

–Baba, budu Sabirin qəbri?!

Dedim:

–Bəli.

Dedilər:

–Dövləti qoyaq bir qırağa, məgər buranın pullularının gözü kor olub nədi, bu boyda kişini görmürlər?! Dinəndə farsa şovinist deyirsiniz. Gedin Təbrizdə Şəhriyarın mavzoleyinə baxın. Görün İran dövləti Azərbaycan türkü-nə nə böyük bir ehtiram göstərib!

Burda yadıma İranın Azərbaycandakı səfiri hörmətli Əfşar Süleymani düşür. Görəsən Şəhriyarı “fars” eləyən ağanı rəncidə salmadı ki, bu söz-söhbət, nəüzibillah?! Götürüb hökumətimizə notadan-zaddan verməzmi görəsən, Allah irağ eləsin?!

Bilirəm ağanın ağrıması hardandı. Bilirəm, istəyir Xəzər dənizindən bizə düşən payın yarısını kəsib verək İrana. Adama deyərlər, ay İran, nə tez yadından çıxıb bir söyüşə Xəzəri rusa bağışladığın?! Sən deyildin məgər vəzir

Sən deyildin məgər vəzir gəlib deyəndə:

–Şah sağ olsun, bəs ruslar Xəzəri də istəyir!

Deyib:

–Abəki-şurist, çi faidə darəd? Bedeh birizəd beguri pədərəş! ( Yəni, “şor sudur, nə faydası var, ver töksün atasının gooruna.), Xəzərin dalından dəyən?!

İndi 170 ildən sonra Xəzər yadına düşüb, yanuyu çimdikləyib, ağlayırsan ki, səhv eləmisən? Bəs Sabir demirdi ki:

Ağladıqca kişi qeyrətsiz olar,

Necə ki, ağladı İran, – oldu.

Gecdi, malım başına dönsün, gecdi. Lap gedib er¬mə¬niyə dindaş desən də, bizi, tələbə yoldaşım İxtiyar demiş¬kən, həvsələdən çıxarda bilməzsən.

Erməni dedim... lənətulla!

Bir dəfə xalçaçı rəssam Lətif Kərimovdan soruşdum ki, ustad, nə yaxşı ermənilər bizdən Qarabağı istəyir, amma İranda baş qaldıra bilmir?

Rəhmətlik dedi ki, İran fahişəxanalarında ən aşağı sort erməni qızları sayılır. Tutalım bir ağa gəlib deyir, mənə bir ərəb qızı verin, deyirlər məşğuldu, ağa. Deyir, onda bir rus matişkəsi verin, deyirlər, o da məşğuldu, ağa. Nə isə, görürlər ağa istəyən qızların heç biri sərbəst deyil, onda deyirlər, ağa, bəlkə bir erməni qızı verək, məşğuliyyət qılasan, sonrası Allah kərimdi...

Bax, İranda erməni kişiləri buna görə başı aşağıdı. Və biqeyrət olduqlarına görə də səslərini çıxarda bilmirlər.

Bəli, ağayi-səfir, erməniyə “qardaş” da desəniz, bizim hesabımıza düzəldə bilməzsiniz səhvinizi. Bə niyə indi Xəzərə “şor sudur” demirsiniz?! Balı çıxıb Xəzərin?! Ağ balıq ki, Allah iraq eləsin, yemirsiniz, kürü ki, yemirsiniz, bəs neyləyirsiniz Xəzəri?! Yoxsa rusnan əlbir olmağın ləzzətini duymusan, bəradər?! Bu rusdu, ey, dovşanı arabayla tutan rus deyərdilər buna keçmişdə. Bir az ehtiyatlı olun...

Acığınızı üstümüzə töküb, Şəhriyara nahaq yerə “fars” deyirsiniz, ağayi-səfir. Biz türklər acıqlananda söyüş söyərik. Fars adı, əstəğfürulla, haçandan söyüş olub, ay ağa?!

Bir cənublu qardaşlığım var, danışır ki, İrandan gələn kişi qohumlarım burda bəs deyincə vurandan sonra ağızlarını yaxalayıb, deyirlər, Allahın birli birliyi xatirinə pak olarıq, inşallah. Sonra da arxayınca oturub namazlarını qılırlar.

Yəqin Şəhriyarın ruhunu təhqir eləyəndən sonra ağayi Süleymani də ağzını pak eləyib təmizə çıxarıb. Yoxsa... əyilərdi ağzı.

Bah, deyəsən dövlətimizə aid olan məsələlərə baş qoşuruq, ha! Axı Şirvandan danışırdıq.

Doğrudanmı Şirvan milyonçularının Sabirin gorgah evini abadlaşdırmağa gücü çatmadı?! Çatmadıya bax, ey! Allaha and olsun, yüz mavzoley tikdirərdilər, heç pullarının burnu da qanamazdı. Amma neyləyək ki, rəhmətlik Şakir müəllim demişkən, siyasətnən iş görür Şirvan pulluları.

Bir də ki, ay milyonçu yerlilərim, nəyinizə lazımdı ölü Sabirin ruhunun şad olub sizdən razı qalması. Sizi dirilərin təşəkkürü məmnun eləsin gərək. Odur ki, az qala hər il bir topa adamı başınıza yığıb Həcc ziyarətinə uçursunuz. Yüzlərlə insan sizin sayənizdə hacı olur. Bəli, ölkəmizdə nə qədər hacı çox olsa bin-bərəkətimiz də o qədər çox olar, inşallah!

Amma özgə hesabına hacı olana heç mənim inamım yoxdu. Dində də var ki, gərək adama hacılıq gəlsin. Adam öz puluyla gedib hacı olsa yaxşıdı.

Bir dəfə Kürdəmirdə Hacı Bahadır əmoğlunun qızının toyuna getmişdim. Tamada mənə növbə çatanda elan elədi ki, “söz verilir Hacı Qəşəmə”. Məni görəndə üzr istəməsindən bildim ki, bu onun sözü deyil. Amma…

Çıxış edib yerimə qayıdandan sonra fikir məni götürdü. Öz-özümə dedim, adə, bəlkə bu “buynuzuqarnında”nın acığına bir-iki minimdən keçib, özümü vurum Kəbəyə, hacı olub qayıdım?! Birdən ömrümün qalan hissəsi gəlib durdu gözümün qabağında. Gördüm yo-o-x... “hacı”lıq elə-belə ad deyil, qardaş, bu ağır bir imtahandı. Elə bir imtahan ki, ömrü boyu verməlisən.

Bu imtahandan isə bizim milyonçuların paçka-paçka düzəltdiyi hacılardan bəlkə də üç-dördü üzü ağ çıxa, ya çıxmaya. Hələ Molla Cümə dövründə öz puluna hacı olanların çoxu cələqırmış idi, onda qalmış indi özgə puluna hacı olanlar ola.

Xalq sizə “hacı” deyir, utanmırsız adınızdan...

Allahı, peyğəmbəri çıxarıbsız yadınızdan,

Mələklər qaçır sizin cəhənnəmdə dadınızdan...

Əlinizdən əlaman, batdı vilayət, hacılar,

Yüz cürə bədbəxtliyə çatdı vilayət, hacılar!

Lap tutaq ki, Molla Cümə “Hacılar” həcvini yazanda səhv eləyib. Lap tutaq ki, bi¬zim milyonçuların səxavətindən ölkə vətəndaşları başdan-başa dönüb oldu hacı. Dəyişən nə olacaqmış görəsən?!

Özgə puluna hacı olanlar tanıyıram ki, elə özgə puluna da şirnikir – xətt buraxır, ağ köynək geyir, başına ağ təsək qoyub, əlinə də əsa alıb, düşür idarələrin canına.

Gözünüz aydın, ay milyonçularımız, bu da sizin kadrlarınız.

Ona-buna “hacı”lıq bağışlayıb, savab “qazanmaq”dansa, gedin, ay biçarələr, Xaqaninin əsərlərini nəşr etdirin, Seyid Əzimin külliyyatını işıq üzünə çıxardın, Mirzə Əli Möcüzü “kiril”dən qurtarın, Dəxilə həyat verin, Qumrunu, Racini çap elətdirib yayın.

Deyim ki, halal olsun, kişilər elm yolunda, din yolunda savab qazanır. Yoxsa min adamı Həccə apar, gəlib onlar da özləriyçün şellənsinlər ki, bəs biz də hacıyıq. Heç yeri düşəndə deməyəcəklər də ki, bizi filankəs aparıb “hacı” eləyib.

Təbii ki, ölüm haqdı. O hacılar da bir gün ölüb gedəcək. Və sizin də missiyanız bununla başa çatacaq, ay Şirvan xeyriyyəçiləri!

Allah xatirinə deyim ki, varlılarımız arasında səxavətliləri də yox deyil. Göyçaylı Elxan Süleymanov, bərdəli Nofəl bəy belələrindəndi. Birincinin adını eşitmişəm və bilirəm ki, şair Əli Kərimin şərəfinə park saldırıb, heykəlini qoydurub və Göyçayda panteon yaradıb. Ölkədə, Bakıdan başqa, hələ ki yeganə olan bu panteonda üç yazıçı uyuyur Əli Kərim, İsgəndər Coşqun və bu yaxınlarda rəhmətə getmiş Əli Səmədli...

Nofəl bəy isə...

Bu cavan adam nəşriyyatımıza bir kitabın sorağıyla gəlmişdi. Qocaman yazıçımız Əli İldırımoğlu göndərmişdi onu. Nofəl bəy kitabla tanış olub, onun dəyərini biləndən sonra dedi ki, 200 kitab da mənim hesabıma nəşr edib paylayın.

Bəlkə də sponsorluq tarixində bu ilk hadisəydi... Xeyriyyəçi dəvətsiz-filansız müəllifə yardım əlini uzadırdı.

Bir var gözün tuta, hansısa bir xanım müğənniyə spon¬sorluq eləyəsən, bir də var xalq üçün vacib olan bir ədəbi abidəni işıq üzünə çıxardasan. Belələrini görəndə adamın qəlbindən bir nida qopur: “Halal olsun!”

Amma siz... ay milyonçu eloğlularım...

Siyasətiniz yol vermədi ki, bu dünyanın ən böyük savabını qazanasınız. Bu böyük savabı götürüb öz əlinizlə Gülağa Tənhaya verdiniz. Gülağa Tənha da yad deyil, o da bizim vətənin övladıdı. Amma o haqq ki, var, onu siz əda eləməliydiniz, o elədi.

İndən belə, inşallah, Gülağa bəy tənha qalmayacaq. Adı yüz illərlə Sabirin adıyla qoşa çəkiləcək. Bax, belə yerdə deyiblər, kişinin pulu da var, ağlı da var, siyasəti də.

Vallah, ay adını xeyriyyəçi qoyan Şirvan milyonçuları, dərindən düşünsək, bundan böyük söyüş tanımıram!

Qəşəm İsabəyli 

03-23.06.2006

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Fevral 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see451

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see356

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see353

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see310

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see294

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see269

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see268

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see267

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see265

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see143

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see142

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see134

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see132

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see127

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see121

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see120

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

02 Dekabr 2025 00:58see119

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri