Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsinin icrasını tamamlayıb.
3 ay müddətində həyata keçirilən layihə çərçivəsində media subyektlərində və Bakıda reklamlarda dil pozuntularının monitorinqi olub. Monitorinq nəticəsində hər iki fəaliyyət istiqaməti üzrə hesabat hazırlanıb. Layihə çərçivəsində televizya və radio verilişlərində, eləcə də dəyirmi masalarda bu mövzu üzrə müzakirələr aparılıb.
Həmçinin jurnalistlər üçün dəyirmi masalar keçirilib. Bu tədbirlərdə jurnalistlərə tövsiyələr verilib, praktiki iş rejimində yazılarda ədəbi dil normalarına əməl olunması qaydaları haqqında danışılıb. Bununla yanaşı, KİV-də məqalə, video və radio müsahibələrlə də təbliğati və maarifləndirici çıxışlar edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 31 İyul 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















