Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Mişel Bakıda keçiriləcək tədbirə qatılacaq Bu onu göstərir ki...

Mişel Bakıda keçiriləcək tədbirə qatılacaq Bu onu göstərir ki...

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu onu göstərir ki, Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil


  “Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıda keçirilən COP29-a qatılmayacağı gözlənilən idi. Ursula fon der Lyayenin Bakıya gəlməməsi Avropa Birliyinin Bakıda keçirilən qlobal tədbirdə iştirak etməyəcəyi demək deyil, çünki Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin tədbirdə iştirak edəcəyi gözlənilir”.

  Bu sözləri “Sherg.az"a açıqlamasında siyasi şərhçi Vüqar Dadaşov deyib. Bununla belə, ekspert hesab edir ki, Ursula fon der Lyayenin Bakıda keçirilən COP29-da iştirak etməməsi heç şübhəsiz ki, Avropa İttifaqının Azərbaycana qarşı xüsusən də Qərbin Cənubi Qafqaz siyasəti ilə bağlıdır:


“Həm də, Avropa Komissiyasınn prezidenti seçkisində Lyayenin namizədliyinin Fransa ilə razılaşdırılması, onun Makrona beynəlxalq arenada, xüsusən də Azərbaycana münasibətdə siyasətinə dəstək şərtlərindən olduğu ehtimal olunurdu.

  Ursula fon der Lyayenlə yanaşı Bakıya gəlməyəcək liderlərin siyahısı qənaətimizi təsdiq edir. Fransa Prezidenti Emmanuel Makron, ABŞ Prezidenti Co Bayden də da Bakıya gəlməyənlər sırasındadır. Əlbəttə ki, ABŞ-də keçirilən prezident seçkilərində Co Baydenin komandasının (demokratlar) namizədi Kamala Harrisin uduzması müəyyən mənada diqqəti daxilə cəlb edib. Rusiya Prezidenti Vladimir Putinin də Bakıda keçirilən COP29-da iştirak etməyəcəyi məlum olub. Rusiya prezidentinin tədbirdə iştirak etməməsi, Qərb-Rusiya qarşıdurması fonunda Bakıda keçirilən qlobal tədbirdə gərginlik yaratmamaq niyyətinə də bağlı ola bilər. Qaldı ki Braziliya Prezidenti Luis da Silvaya, onun Bakıda keçirilən tədbirə qoşulmamasının səbəbi sağlamlığı ilə bağlıdır.

Heç bir səbəb və əsas olmadan Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin BMT-nin Bakıda keçirdiyi COP29 qlobal iqlim tədbirində iştirak etməməsi, ümumən Avropa Birliyinin Cənubi Qafqaz üzrə siyasətində Azərbaycana təzyiq etmək xarakteri daşıyır. Bu ilin aprel ayında Azərbaycan Beynəlxalq Haaqa Məhkəməsində Ermənistana qarşı iddia qaldırıb və yaxın günlərdə Azərbaycan Ermənistana qarşı kompensasiyanın məbləğini açıqlayacaq. Əlbəttə ki, bu hüquqi proses də ermənipərəst qüvvələri Azərbaycana qarşı təsirini gücləndirən şərtlər daxilindədir”. 

  Ekspert hesab edir ki, bir müddət əvvəl Avropa Parlamentinin anti-Azərbaycan Qətnaməsi də məhz Avropanın Azərbaycana qarşı ardıcıl və planlı siyasətinin sübutlarındandır. Qərb-Rusiya qarşıdurması fonunda Avropa Birliyi də daxil olmaqla, Qərbin Gürcüstanda Rusiyaya uduzması, əlbəttə ki, Qərbi daha da qıcıqlandırıb: “Moldovada qərbyönümlü Maya Sandunun yenidən prezident seçilməsi böyük mənada Qərbə, Avropaya heç nə vermir. Çünki Maya Sandu keçən prezidentliyi dövründə Rusiyaya qarşı əhəmiyyətli bir addım atmağa cürət etmədi. İşğalçı Ermənistanı həmişə dəstəkləyən Avropa Birliyi, xüsusən Fransa və bir sıra digər dövlətlərin indi də Ermənistanı silahlandırmaqla Azərbaycana qarşı revanşa sürükləməyi, sözsüz ki, Azərbaycanı cəzalandırmaq, Cənubi Qafqazdan Rusiyanı sıxışdırmaq və Cənubi Qafqazda siyasi-hərbi, iqtisadi təsir imkanları əldə etmək niyyətinə bağlıdır. Cənubi Qafqazın açar dövləti Azərbaycana Qərbin, Avropanın təsir imkanının qazanılması bütünlüklə Cənubi Qafqazı qazanmağa bərabərdir.

  ABŞ-də keçirilən prezident seçkilərində Donald Trampın yenidən prezident seçilməsi, heç şübhəsiz ki, qlobal dünya bölgüsündə axara əhəmiyyətli təsir vəd etsə də, Rusiyaya qarşı ümumən Qərbin planlarının dəyişəcəyi ehtimalı azdır. Rusiyaya qarşı ABŞ əsas aparıcı qüvvədir, ancaq Rusiyaya loyal münasibəti ilə fərqlənən Donald Trampa bu siyasi xətti tam dayandırmaq imkanı verilməyəcək. Yeri gəlmişkən, Azərbaycan və Türkiyə prezidentləri Donald Trampı prezident seçilməsi münasibətilə təbrik ediblər. Bu arada Trampın türk dövlətləri birliyinə isti münasibətini də qeyd etmək lazımdır. Bişkekdə isə keçirilən zirvə toplantısında Türk Dövlətləri Birliyinin bayrağı qəbul edilib. 

  Hələ seçkilərdən öncə Donald Trampın hakimiyyətə gəlmək ehtimalının yüksək olduğunun fərqində olan Avropa İttifaqı, Avropanın yeni hərbi ittifaq yaratmaq istəyini və bu İttifaqın  NATO ilə hərbi müttəfiqlik edəcəyini bildirib. Donald Trampın yenidən prezident seçilməsi böyük müharibələrin dayanacağı anlamına gəlməməlidir. Xüsusən də Avropanın Cənubi Qafqazda yeni müharibə planlarını gerçəkləşdirmək cəhdi davam edəcək. Bakıda keçirilən COP29-a Avropa Birliyinin münasibətinə də bu kontekstdən yanaşmaq lazımdır. Ancaq o da həqiqətdir ki, Avropa Birliyi Ursula fon der Lyayenin Bakıya gəlməməsinə rəğmən, Şarl Mişelin Bakıda keçiriləcək tədbirə qatılacağı onu göstərir ki, Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil. 

O ki qaldı COP29-un maliyələşdirilməsindən Avropa Birliyinin yayınmasına, əlbəttə ki, bu addım birliyin COP29-un Bakı tədbirinin nüfuzunu zədələmək niyyətinə bağlıdır. Çünki Avropa Birliyi, onun nəzdində olan təşkilatlar və hətta Avropa Parlamenti də COP29-un Bakı tədbirini boykot etməyə dəfələrlə çağırış edib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Noyabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri