Misir insidentlərə görə Britaniyaya etiraz etdi: Səfirlik binası bağlandı
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misir hakimiyyəti Qahirədə yerləşən Böyük Britaniya səfirliyinin mühafizəsini geri çağırıb. Belə ki, Londondakı Misir səfirliyi qarşısında keçirilən etiraz aksiyalarına Böyük Britaniya polisinin münasibəti bu qərarın verilməsinə səbəb olub. Ölkə.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.
Avqustun 31-də Böyük Britaniyanın Qahirədəki səfirliyi mühafizənin geri çəkilməsi səbəbindən əsas binasının müvəqqəti bağlandığını elan edib.
Son aylarda Londonda Misir səfirliyi qarşısında bir neçə dəfə etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları prezident Əbdülfəttah əs-Sisini Qəzza ilə sərhəddəki “Rəfah” keçid məntəqəsini açmağa və bölgəyə daha çox humanitar yardım buraxmağa çağırıblar. Ardınca hakimiyyəti dəstəkləyən “Xaricdə Misir gəncləri ittifaqı” hərəkatı da səfirlik qarşısında aksiyalar təşkil etməyə başlayıb.
Ötən həftə London polisi təşkilatın lideri Əhməd Abdel Kaderi hökumət əleyhdarı nümayişçilərlə insidentdə iştirakı şübhəsi ilə saxlayıb. Daha sonra ona qarşı ittiham irəli sürülmədən azad edilib. Hadisə Misirdə narazılıq doğurub.
Məlumata görə, Misirin xarici işlər naziri Bədr Abdel Ati məsələni Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell ilə müzakirə edib və Londonu saxlanılmanın səbəblərini tez bir zamanda araşdırmağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 01 Sentyabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















