Icma.az
close
up
RU
Çin hökuməti səfirlik layihəsinin təxirə salınması ilə bağlı Böyük Britaniyaya etiraz edib

Çin hökuməti səfirlik layihəsinin təxirə salınması ilə bağlı Böyük Britaniyaya etiraz edib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

London, 17 oktyabr, AZƏRTAC

Çin hökuməti Londonda mega-səfirlik tikintisi ilə bağlı qərarın yenidən təxirə salınmasına etiraz edərək Böyük Britaniyanı mümkün nəticələrlə bağlı xəbərdar edib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Çin 2018-ci ildə Londonun “Royal Mint Court” ərazisindəki sahəni 255 milyon funt sterlinqə satın alıb. Pekinin yeni səfirlik üçün müraciəti ilk dəfə 2022-ci ildə Londonun Tauer Hemlets Şurası tərəfindən təhlükəsizlik səbəblərinə görə rədd edilmişdi. Lakin Çin ötən il müraciəti yenidən təqdim edib.

Britaniya hökuməti isə mübahisəli səfirlik layihəsi ilə bağlı qərarı artıq ikinci dəfə dekabrın 10-dək təxirə salıb. Çinin Xarici İşlər Nazirliyi bu addımı Böyük Britaniyanın Çinlə münasibətləri yaxşılaşdırmaqla bağlı əvvəlki öhdəliklərinə və bəyanatlarına zidd adlandırıb. Əgər layihə təsdiqlənsə, 20 min kvadratmetr sahəsi olan yeni bina Avropada ən böyük səfirliyi olacaq.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Böyük Britaniyanı layihəni müxtəlif bəhanələrlə gecikdirməkdə və məsələni siyasiləşdirməkdə ittiham edib. O, bir daha Böyük Britaniyanı öhdəliklərini yerinə yetirməyə çağırıb. Qeyd edib ki, əks halda yaranacaq nəticələrə görə məsuliyyət rəsmi Londonun üzərinə düşəcək.

Britaniya hökumətinin nümayəndəsi isə cavabında bildirib ki, rəsmi London heç bir öhdəlik və ya vəd tanımır. O, əsas prioritetin milli təhlükəsizlik olduğunu vurğulayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri