Icma.az
close
up
RU
Misir Mərdanov Artur Rasizadədən danışdı: ““Hamı onun əzizi deyil”, hamıyla oturub durmur...”

Misir Mərdanov Artur Rasizadədən danışdı: ““Hamı onun əzizi deyil”, hamıyla oturub durmur...”

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Bu gün, fevralın 26-da Azərbaycanın sabiq Baş naziri Artur Rasizadənin doğum günüdür. Keçmiş hökumət başçısının 90 yaşı tamam olur. Məlum olduğu kimi, ötən həftə Prezident İlham Əliyev A.Rasizadəni qəbul edərək, onu “Heydər Əliyev” Ordeni ilə təltif edib.

Sabiq təhsil naziri Misir Mərdanov sosial şəbəkədəki şəxsi səhifəsində A.Rasizadə haqqında maraqlı paylaşım edib. Eks-nazir təbrik yazısında bildirib:

“Çox rəngarəng və zəngin hadisələrlə dolu həyatımda unuda bilmədiyim insanlar kifayət qədərdir. Bu siyahıda təmkininə, zəkasına, müdrikliyinə, alicənablığına görə yaddaşımda dərin iz buraxmış və ən ön sıralarda yer tutan bir şəxsiyyət var- Artur Rasizadə! Etel Lilian Voyniçin məşhur “Ovod” əsərinin qəhrəmanının adını daşıyan bu insan elə Voyniçin Arturu kimi çox keşməkeşli həyat yaşamışdır. 1935-ci il fevralın 26-da Gəncədə dünyaya gələn, Böyük Hüseyn Cavidin qardaşı nəvəsi, şair Tahir Rasizadənin oğlu, Lənkəranda orta məktəbi bitirən, əslən Naxçıvanlı olan bu insan öz həyatı ilə Azərbaycanın bütövlüyünün rəmzi olmuşdur, hər kəsə yalnız şəxsi keyfiyyətlərinə, işgüzarlıq xüsusiyyətlərinə, vətənpərvərliyinə, məsuliyyətinə görə dəyər vermişdir. 22 il Baş nazir kimi ən yüksək səviyyələrdə Azərbaycanı və xalqımızı dünyaya ləyaqətlə təqdim və təmsil edən Artur müəllim həm də əsl köhnə kişilərə xas nəcib keyfiyyətləri özündə yaşadan bir insandır. 15 il nazir işlədiyim müddətdə mütəmadi görüşdüyüm bu insandan o qədər kübarlıq, alicənablıq gördüm ki, dostlarım inciməsə deyərdim ki, bəlkə Nazirlər Kabinetinin bütün strukturunda çalışanların hamısında bir yerdə onda olan qədər aristokratiya yox idi”.

Misir Mərdanov: “Nazir olduğum dövrlərdə..."

M.Mərdanov daha sonra bildirib: “Bu insan gözü-könlü tox, yaxşılıqları hiss olunmadan etməyi bacaran, bir dəfə də səsini qaldırmayan, ancaq bütün işləri vaxtında, səliqəli və vicdanla edən və etdirməyi bacaran, unikal yaddaşlı, çevik analitik təfəkkürlü, güvənməli, etibarlı bir şəxsiyyətdir. Gözü-könlü tox, Azərbaycanda ləyaqət və abır simvolu hesab edilə biləcək Artur Rasizadə bütün təriflərdən, təltiflərdən yüksəkdə dayanmağı bacaran bir insandır, bir çox həmkarlarından fərqli olaraq ona ad günündə belə hədiyyə vermək mümkün deyildi. Yaxşı xatırlayıram, 2005-ci ildə 70 illik yubileyində bir dəstə qızılgülü böyük çətinliklə ona təqdim edə bildim. Artur Rəsizadə bütün digər məziyyətləri ilə yanaşı, həm də dostluqda, yoldaşlıqda çox etibarlı, sədaqətli insandır. Doğrudur, bəzi adamlardan fərqli olaraq, “hamı onun əzizi deyil”, hamıyla oturub-durmur, ancaq çörək kəsdiyi üç-dörd nəfərlə bu günə qədər də isti münasibətlər saxlayır, ildə bir, ya iki dəfə ətrafına toplayıb çay süfrəsi ətrafında şirin söhbətlər edir. Mən çox xoşbəxtəm ki, həmin üç-dörd nəfərin sırasında varam, ildə bir-iki dəfə bu müdrik insanla bir süfrənin arxasında əyləşirəm”.

M.Mərdanov eks-baş nazir haqqında dolaşan söhbətlərə də aydınlıq gətirib: “Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, bəzi yumoristik səhnələrdə guya Azərbaycan dilində yaxşı danışa bilməyən, jarqonlardan istifadə edən məmur kimi təqdim edilən Artur Rasizadə əslində dilimizi, tariximizi, mədəniyyətimizi, poeziyamızı çox gözəl bilir, onun Füzulidən, Seyid Əzimdən, Hüseyn Caviddən dediyi şeirləri yəqin ki, Azərbaycanda çox az adam bilər. Bundan başqa onun intellektual səviyyəsi çox yüksəkdir, dünyanın ən mürəkkəb texnologiyaları, elmi yenilikləri, bununla yanaşı dünya ədəbiyyatının klassikləri- Dostoyevski, Stendal, Kamyu və başqalarının əsərləri haqqında elə maraqlı faktlar gətirir, elə şərhlər edir ki, məəttəl qalırıq. Belə insandır, hələ 36 yaşında -1971-ci ildə SSRİ Dövlət mükafatı kimi o dövrün ən yüksək fəxri adının, müstəqil Azərbaycanın “Heydər Əliyev”, “İstiqlal”, “Şərəf”, “Şöhrət”, “Xalqlar dostluğu”, “Vətənə xidmətə görə” birinci dərəcəli ordenlərin laureatı olan, 22 il Baş nazir işləyən, nə şadlıq evi, nə restoranı, nə bir başqa obyekti-filanı olmayan, sadə və təvazökar həyat yaşayan Artur Rasizadə! Ancaq bu şəxsiyyəti yaxından tanıyanların ürəyində böyük bir abidəsi var. Əmisi Hüseyn Cavidin abidəsinə oxşayan möhtəşəm, bir qədər də dünyanın işlərinə gülümsəyən, tamahkarlara məəttəl qalan, “adamlar bu qədər yığdıqlarını hara aparacaqlar?!” ritorik sualını düşünərək başını aşağı salmış bir abidə... Bu gün onun 90 yaşı tamam olur. Canlı tarix, dərin zəkalı şəxsiyyət, humanist insan, böyük ürək sahibi, əsl vətəndaş və unikal ziyalı olan Artur Rasizadəni bu yubileyi münasibətilə təbrik edirəm. Şərəfli bir ömrün növbəti zirvəsində dayanan bu fenomenal şəxsiyyətə cansağlığı və yeni yubileylər arzulayıram”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://pravda.az
archiveBu xəbər 26 Fevral 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İki il sonra üstü açılan qətlin Təfərrüatı

03 İyun 2025 04:20see156

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see135

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see124

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see123

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see121

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see121

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see120

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see116

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see115

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see115

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see115

Siyarto: Macarıstan Trampın sülh planını dəstəkləməyə davam edəcək

03 İyun 2025 03:36see114

3 yaşlı qızını öldürən qadın həbsxanada ÖLÜ TAPILDI

03 İyun 2025 05:00see113

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see113

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see112

Paşinyanla kilsə arasında evlilik davası böyüyür

03 İyun 2025 09:34see112

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see112

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see112

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri