Icma.az
close
up
RU
Misir Mərdanov sabiq baş nazir haqda elə şeylər yazdı ki... Yumoristik səhnələrdə...

Misir Mərdanov sabiq baş nazir haqda elə şeylər yazdı ki... Yumoristik səhnələrdə...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Bu gün – fevralın 26-da Azərbaycanın sabiq baş naziri Artur Rasizadənin 90 yaşı tamam olur.

Globalinfo.az xəbər verir ki, vaxtilə Artur Rasizadənin rəhbərlik etdiyi Nazirlər Kabinetinin üzvü olmuş keçmiş təhsil naziri Misir Mərdanov Modern.az-a onunla bağlı xatirələrini bölüşüb.

“15 il nazir işlədiyim müddətdə mütəmadi görüşdüyüm bu insandan o qədər kübarlıq, alicənablıq gördüm ki, dostlarım inciməsə deyərdim ki, bəlkə Nazirlər Kabinetinin bütün strukturunda çalışanların hamısında bir yerdə onda olan qədər aristokratlıq yox idi. Bu insan gözü-könlü tox, yaxşılıqları hiss olunmadan etməyi bacaran, bir dəfə də səsini qaldırmayan, ancaq bütün işləri vaxtında, səliqəli və vicdanla edən və etdirməyi bacaran, unikal yaddaşlı, çevik analitik təfəkkürlü, güvənməli, etibarlı bir şəxsiyyətdir.

Azərbaycanda ləyaqət və abır simvolu hesab edilə biləcək Artur Rəsizadə bütün təriflərdən, təltiflərdən yüksəkdə dayanmağı bacaran bir insandır, bir çox həmkarından fərqli olaraq, ona ad günündə belə hədiyyə vermək mümkün deyildi. Yaxşı xatırlayıram, 2005-ci ildə 70 illik yubileyində bir dəstə qızılgülü böyük çətinliklə ona təqdim edə bildim”, – M.Mərdanov deyib.

Sabiq nazirin sözlərinə görə, Artur Rasizadə bütün digər məziyyətləri ilə yanaşı, həm də dostluqda, yoldaşlıqda çox etibarlı, sədaqətli insandır:

“Doğrudur, bəzi adamlardan fərqli olaraq, “hamı onun əzizi deyil”, hamıyla oturub-durmur, ancaq çörək kəsdiyi üç-dörd nəfərlə bu günə qədər də isti münasibətlər saxlayır, ildə bir, ya iki dəfə ətrafına toplayıb çay süfrəsi ndə şirin söhbətlər edir. Mən çox xoşbəxtəm ki, həmin üç-dörd nəfərin sırasında varam, ildə bir-iki dəfə bu müdrik insanla bir süfrənin arxasında əyləşirəm. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, bəzi yumoristik səhnələrdə guya Azərbaycan dilində yaxşı danışa bilməyən, jarqonlardan istifadə edən məmur kimi təqdim edilən Artur Rəsizadə əslində dilimizi, tariximizi, mədəniyyətimizi, poeziyamızı çox gözəl bilir, onun Füzulidən, Seyid Əzimdən, Hüseyn Caviddən dediyi şeirləri yəqin ki, Azərbaycanda çox az adam bilər. Bundan başqa, onun intellektual səviyyəsi çox yüksəkdir, dünyanın ən mürəkkəb texnologiyaları, elmi yenilikləri, bununla yanaşı, dünya ədəbiyyatının klassikləri – Dostoyevski, Stendal, Kamyu və başqalarının əsərləri haqqında elə maraqlı faktlar gətirir, elə şərhlər edir ki, məəttəl qalırıq”.

Misir Mərdanov onu da əlavə edib ki, Artur Rasizadənin vəzifədə işlədiyi dövrdə heç bir biznes obyekti olmayıb:

“22 il baş nazir işləyən, nə şadlıq evi, nə restoranı, nə bir başqa obyekti-filanı olan, sadə və təvazökar həyat yaşayır Artur Rəsizadə! Ancaq bu şəxsiyyəti yaxından tanıyanların ürəyində böyük bir abidəsi var. Əmisi Hüseyn Cavidin abidəsinə oxşayan möhtəşəm, bir qədər də dünyanın işlərinə gülümsəyən, tamahkarlara məəttəl qalan, “adamlar bu qədər yığdıqlarını hara aparacaqlar?!” ritorik sualını düşünərək başını aşağı salmış bir abidədir…

Bu gün onun 90 yaşı tamam olur. Canlı tarix, dərin zəkalı şəxsiyyət, humanist insan, böyük ürək sahibi, əsl vətəndaş və unikal ziyalı olan Artur Rəsizadəni bu yubileyi münasibətilə təbrik edirəm. Şərəfli bir ömrün növbəti zirvəsində dayanan bu fenomenal şəxsiyyətə cansağlığı və yeni yubileylər arzulayıram”.

Qeyd edək ki, Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Əslən Naxçıvandandır. O, kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğludur.

A.Rasizadənin anası milliyətçə rus olub.

Onlar ailədə iki övlad olublar – Artur və bacısı Tamella…

Artur Rasizadə Azərbaycanın məşhur şairi Hüseyn Cavidin qardaşı nəvəsidir.

O, 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. Əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması zavodunda mühəndis vəzifəsində başlayıb, sonra müxtəlif vəzifələrdə çalışıb.

1996-cı ildə mərhum dövlət başçısı Heydər Əliyevin sərəncamı ilə Baş nazir təyin edilib.

2005-ci ildə “İstiqlal”, 2010-cu ildə “Şərəf”, 2015-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Artur Rasizadə 2018-ci il aprelin 21-də Nazirlər Kabineti yenidən formalaşdırılarkən təqaüdə yola salınıb.

Artur Rasizadənin həyat yoldaşı – mərhum Aida xanımın atası azərbaycanlı, anası isə rus olub. Aida xanım 2017-ci ildə vəfat edib.

Sabiq baş nazirin yeganə övladı – qızı Nailə Rasizadə 1961-ci ildə Bakıda doğulub. İlk orta təhsilini Bakıdakı 1 saylı məktəbdə alıb. Nailə Rasizadə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (keçmiş Neft və Kimya İnstitutu) bitirib. N.Rasizadə evlidir, Tahir və Rəna adlı iki övladı var.

2025-ci il fevralın 20-də Artur Rasizadə “Heydər Əliyev” ordeni alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Fevral 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri