Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Misirin “Nile tv” kanalında Azərbaycana həsr olunmuş veriliş yayımlanıb

Misirin “Nile tv” kanalında Azərbaycana həsr olunmuş veriliş yayımlanıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Qahirə, 15 may, AZƏRTAC

Misirin geniş tamaşaçı auditoriyasına malik olan “Nile tv” kanalında Azərbaycana həsr olunmuş veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, canlı yayımlanan “The daily debate” adlı veriliş ərzində Misirlə Azərbaycan arasında iqtisadiyyat, mədəniyyət, turizm sahələrində əlaqələr, Azərbaycanın Müstəqillik Gününün tarixi barədə danışılıb. Azərbaycan mədəniyyəti, incəsənəti və turizm məkanları barədə videoçarxlar təqdim edilib.

Proqramın qonağı olan Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov ölkələrimiz arasında siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayıb. Misir və Azərbaycan arasında iqtisadi sahədə əlaqələrin daha da inkişafı üçün böyük potensialın mövcud olduğunu qeyd edib. Söhbət əsnasında, həmçinin investisiya, qarşılıqlı ticarət mübadiləsinin həcminin artırılması, kənd təsərrüfatı, sənaye, tikinti, infrastruktur, təhsil, nəqliyyat, enerji, rəqəmsal texnologiya, bərpa olunan enerji, biotexnologiya, neft və əczaçılıq sahələrində ikitərəfli əməkdaşlıq imkanları diqqət mərkəzində olub. Misir Prezidenti Əbdülfəttah əs-Sisinin 2023-cü ildə Bakıya və Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ildə Misirə səfərlərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafına təkan verdiyi vurğulanıb.

Azərbaycan səfiri ölkəmizin də iştirak etdiyi yeni tranzit marşrutları və Misirin onlardan istifadə imkanları barədə danışıb.

Azərbaycan və Misir xalqları arasında dostluq əlaqələrinin çoxəsirlik dərin köklərə söykəndiyini diqqətə çatdıran diplomat iki ölkə şəhərləri və regionları arasında tərəfdaşlıq (qardaşlaşma) münasibətlərinin yaradıldığını qeyd edib. Bildirilib ki, Qalyubiyyə vilayətində Misir-Azərbaycan Dostluq Parkının fəaliyyət göstərməsi və burada Ümummilli Lider Heydər Əliyevin abidəsinin yerləşməsi iki ölkə arasında mədəni və dostluq əlaqələrinin yüksək səviyyədə olduğunun göstəricilərindəndir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri