Misli Premyer Liqası: Turan Tovuz əzmkar qələbə ilə liderliyə yüksəlib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 24 oktyabr, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında IX tura start verilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı "Karvan-Yevlax"la "Turan Tovuz" komandaları arasında baş tutub.
Şamaxı şəhər stadionunda oynanılan görüş saat Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı mominal meydan sahibləri açıblar. 69-cu dəqiqədə Şakil Sno fərqlənib. Qonaqların qollarını isə 71-ci dəqiqədə Alexandro Serrano, 77-ci dəqiqədə Roberto Olabe vurublar.
Bu nəticədən sonra Tovuz klubu 18 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Yevlax təmsilçisi isə 5 xalla 11-ci sırada qalıb.
Günün digər oyununda "Kəpəz" Qəbələ şəhər stadionunda "İmişli"ni sınağa çəkəcək. Qarşılaşma saat 17:00-da start götürəcək.
Gəncə klubu 3 xalla sonuncu - 12-ci sırada yer alıb. İmişlinin eyniadlı komandası isə 9 xalla 8-cidir.
Qeyd edək ki, turun digər oyunları oktyabrın 25-26-da keçiriləcək.
Baxış sayı:40
Bu xəbər 24 Oktyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















