Icma.az
close
up
RU
“Missiyanın bitməsi Qafqazda birbaşa sülh dialoqu üçün yeni imkanlar açır” POLİTOLOQ ŞƏRH ETDİ

“Missiyanın bitməsi Qafqazda birbaşa sülh dialoqu üçün yeni imkanlar açır” POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının iflasa uğraması və artıq ehtiyac qalmaması, Cənubi Qafqazda sülh prosesinə real töhfə verə biləcək yeni siyasi və diplomatik şəraitin formalaşmasına zəmin yaradır. Azərbaycan uzun müddətdir bəyan edirdi ki, bu missiyanın fəaliyyəti elan olunan neytrallıq prinsiplərinə tam uyğun gəlmir, əksinə, “binokl diplomatiyası” adlandırılan yanaşma ilə daha çox Azərbaycanın mövqelərinə qarşı yönəlmiş addımlar atılır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, missiya əsas mandatından kənara çıxaraq, bölgədə obyektiv vasitəçi rolunu oynamaq əvəzinə, birtərəfli müşahidə və hesabatlarla prosesə konstruktiv deyil, daha çox siyasi rəng qatmağa çalışıb. Bunun nəticəsində məsələ beynəlxalq gündəmdə qalaraq, missiyanın real effektivliyi həm region ölkələri, həm də beynəlxalq ictimaiyyət tərəfindən sorğulanmağa başladı: "Missiyanın fəaliyyətinə son qoyulması, Azərbaycan və Ermənistan arasında birbaşa, vasitəçisiz etimad quruculuğu üçün daha əlverişli mühit formalaşdıra bilər. Xarici təsir və müdaxilə altında baş verən təxribatların azalması, sərhəd xəttində gərginliyin yumşalması və tərəflər arasında birbaşa dialoqun intensivləşməsi ehtimalı bu yeni mərhələdə xeyli artır. Bu yanaşma həm də regionun təhlükəsizlik arxitekturasında Qafqaz dövlətlərinin öz daxili resurslarına, əməkdaşlıq mexanizmlərinə və qarşılıqlı razılaşma potensialına daha çox güvənməsinə şərait yarada bilər.

Cənab Prezident İlham Əliyevin prinsipial mövqeyi, strateji baxışları və ardıcıl diplomatik səyləri nəticəsində regionda süni şəkildə yaradılan gərginlik amillərinin tədricən aradan qalxması müşahidə olunur. Bu, yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün deyil, həm də bütövlükdə Cənubi Qafqazda sabitlik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik üçün yeni imkanların açılması baxımından mühüm bir dönüş nöqtəsidir.

Beləliklə, missiyanın bitməsi sülh prosesinə mane olan xarici təsir elementlərinin zəifləməsi, regional ölkələrin isə öz aralarındakı problemləri birbaşa həll etmək üçün daha çox təşəbbüs göstərməsi deməkdir. Bu isə, növbəti mərhələdə, bölgədə dayanıqlı sülh və əməkdaşlıq modelinin qurulması üçün tarixi bir fürsət kimi dəyərləndirilə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Avqust 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see178

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see157

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see138

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see138

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see131

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see130

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see129

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see125

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see124

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see124

Gənc müəllim: Süni intellektdən istifadə olunması tədrisi canlı, maraqlı və müasir edir MÜSAHİBƏ

05 Oktyabr 2025 13:01see124

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see123

3 cü MDB Oyunlarında günün proqramı

05 Oktyabr 2025 11:00see120

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see119

Kişilər arasında dəbə çevrilən ƏMƏLİYYAT: həyati riski var

05 Oktyabr 2025 06:06see118

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see117

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see117

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see116

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see116

AAAF park yaşayış kompleksində yanğın olub

05 Oktyabr 2025 18:32see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri