Icma.az
close
up
RU
“Missiyanın bitməsi Qafqazda birbaşa sülh dialoqu üçün yeni imkanlar açır” POLİTOLOQ ŞƏRH ETDİ

“Missiyanın bitməsi Qafqazda birbaşa sülh dialoqu üçün yeni imkanlar açır” POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

"Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının iflasa uğraması və artıq ehtiyac qalmaması, Cənubi Qafqazda sülh prosesinə real töhfə verə biləcək yeni siyasi və diplomatik şəraitin formalaşmasına zəmin yaradır. Azərbaycan uzun müddətdir bəyan edirdi ki, bu missiyanın fəaliyyəti elan olunan neytrallıq prinsiplərinə tam uyğun gəlmir, əksinə, “binokl diplomatiyası” adlandırılan yanaşma ilə daha çox Azərbaycanın mövqelərinə qarşı yönəlmiş addımlar atılır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.Onun sözlərinə görə, missiya əsas mandatından kənara çıxaraq, bölgədə obyektiv vasitəçi rolunu oynamaq əvəzinə, birtərəfli müşahidə və hesabatlarla prosesə konstruktiv deyil, daha çox siyasi rəng qatmağa çalışıb. Bunun nəticəsində məsələ beynəlxalq gündəmdə qalaraq, missiyanın real effektivliyi həm region ölkələri, həm də beynəlxalq ictimaiyyət tərəfindən sorğulanmağa başladı: "Missiyanın fəaliyyətinə son qoyulması, Azərbaycan və Ermənistan arasında birbaşa, vasitəçisiz etimad quruculuğu üçün daha əlverişli mühit formalaşdıra bilər. Xarici təsir və müdaxilə altında baş verən təxribatların azalması, sərhəd xəttində gərginliyin yumşalması və tərəflər arasında birbaşa dialoqun intensivləşməsi ehtimalı bu yeni mərhələdə xeyli artır. Bu yanaşma həm də regionun təhlükəsizlik arxitekturasında Qafqaz dövlətlərinin öz daxili resurslarına, əməkdaşlıq mexanizmlərinə və qarşılıqlı razılaşma potensialına daha çox güvənməsinə şərait yarada bilər.Cənab Prezident İlham Əliyevin prinsipial mövqeyi, strateji baxışları və ardıcıl diplomatik səyləri nəticəsində regionda süni şəkildə yaradılan gərginlik amillərinin tədricən aradan qalxması müşahidə olunur. Bu, yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün deyil, həm də bütövlükdə Cənubi Qafqazda sabitlik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik üçün yeni imkanların açılması baxımından mühüm bir dönüş nöqtəsidir.Beləliklə, missiyanın bitməsi sülh prosesinə mane olan xarici təsir elementlərinin zəifləməsi, regional ölkələrin isə öz aralarındakı problemləri birbaşa həll etmək üçün daha çox təşəbbüs göstərməsi deməkdir. Bu isə, növbəti mərhələdə, bölgədə dayanıqlı sülh və əməkdaşlıq modelinin qurulması üçün tarixi bir fürsət kimi dəyərləndirilə bilər".

Müəllif: Ziya Hikmətoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Avqust 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri