Icma.az
close
up
RU
Mixael Şumaxerin 2001 ci ildə idarə etdiyi “Ferrari F2001” avtomobili rekord qiymətə satılıb

Mixael Şumaxerin 2001 ci ildə idarə etdiyi “Ferrari F2001” avtomobili rekord qiymətə satılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Berlin, 25 may, AZƏRTAC

Almaniyalı Formula 1 əfsanəsi Mixael Şumaxerin 2001-ci ildə idarə etdiyi məşhur “Ferrari F2001” avtomobili Monakoda keçirilən hərracda 18,17 milyon dollara satılıb. Bu satış M.Şumaxerin idarə etdiyi Formula 1 avtomobilləri arasında indiyədək ən yüksək məbləğə satılan bolid olub.

AZƏRTAC “Stern” jurnalına istinadla xəbər verir ki, “RM Sotheby’s” tərəfindən təşkil edilən hərrac ilk dəfə olaraq aktiv Qran-Pri həftəsonunda Monte-Karlodakı “Paddock Club”da baş tutub. Təkliflərin 9 milyon dollardan başladığı hərracda alıcılar arasında gərgin mübarizə gedib. Nəticədə adı açıqlanmayan iştirakçı avtomobili əldə edib. Satışdan əldə olunan gəlirin bir hissəsi əfsanəvi pilotun adını daşıyan və sosial layihələri dəstəkləyən “Keep Fighting Foundation”a bağışlanacaq.

“Ferrari F2001” M.Şumaxerin Monako və Macarıstan Qran-prilərində qələbə qazandığı, onu dördüncü dünya çempionluğuna aparan bolid olub. Bu hərracla “F2001” 2022-ci ildə 13,2 milyon dollara satılmış “Ferrari F2003”ü geridə qoyaraq M.Şumaxerin avtomobilləri arasında yeni rekord müəyyənləşdirib.

Tarixdə ən bahalı Formula 1 avtomobili isə 2025-ci ildə 52,52 milyon dollara satılmış “Mercedes W196 Streamliner” olaraq qalır. Bu avtomobili vaxtilə Xuan Manuel Fanxio və Stirlinq Moss kimi əfsanəvi pilotlar sürüb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri