Icma.az
close
up
RU
Mixail Qonçar: Azərbaycan Rusiya qarşısında zərbəyə tab gətirəcək

Mixail Qonçar: Azərbaycan Rusiya qarşısında zərbəyə tab gətirəcək

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"SOCAR-ın Ukraynadakı obyektlərinə və Azərbaycan qazının tədarük olunduğu kompressor stansiyasına Rusiyanın hücumları Kremlin acizliyi və intiqam hissindən doğur".

Oxu.Az xəbər verir ki, bunu "Strategiya XXI" Qlobal Araşdırmalar Mərkəzinin prezidenti, neft və qaz sənayesi üzrə ekspert Mixail Qonçar "RBC-Ukrayna"ya müsahibəsində bildirib.

Onun fikrincə, indi Rusiya Azərbaycana qarşı çoxşaxəli təxribata keçib.

"Moskva birbaşa hərəkət edə bilməz, çünki onun Cənubi Qafqazdakı qüvvəsi və təsiri artıq əvvəlki kimi deyil. Həmçinin Rusiya Azərbaycanın arxasında dayanan Türkiyə ilə münasibətləri korlamaq istəmir, amma Kreml xırda addımlarla çirkin oyunlar oynamağı bacarır", - Qonçar qeyd edib.

Ekspert hesab edir ki, Rusiya Azərbaycana ciddi ziyan vura bilər.

"Kreml Xəzərdə gizli təxribat hərəkətləri edə bilər. Azərbaycan Xəzər şelfində neft və qaz hasil edir. Orada müvafiq platformalar, sualtı neft və qaz kəmərləri tikilib, onların vasitəsilə resurs terminallara və daha sonra dünya bazarına çıxarılır", - mərkəz rəhbəri bildirib.

Onun fikrincə, hazırda Azərbaycan və Ermənistanın Rusiya qarşısında mövqeləri güclüdür.

"Bu gün onlar özlərini güclü mövqedə hiss edirlər. Birincisi, Türkiyənin dəstəyi var. Vaşinqtonda Donald Trampın iştirakı ilə Ermənistanla sülh Bəyannaməsi imzalanıb. Ona görə də onlar ABŞ-dən müəyyən dəstək hiss edirlər. ABŞ-nin "Exxon Mobil" şirkəti Xəzər dənizində Azərbaycanın hələ işlənməyən "Qarabağ" qaz yatağına maraq göstərir. Ona görə də düşünürəm ki, Azərbaycan zərbəyə tab gətirəcək", - Qonçar qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:311
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Avqust 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri