Icma.az
close
up
RU
Mixail Taratuta və mən

Mixail Taratuta və mən

Modern.az saytına istinadən Icma.az xəbər verir.

1996-cı ilin sonlarına doğru aylıq müəllif proqramı hazırlamaq üçün AzTV rəhbərliyi qarşısında məsələ qaldırdım. Bu, bir təklif idi. Məqsədim Türkiyəni daha yaxından tanıtmaq, “Xəbərlər” proqramının formatı xaricində ən az yarım saatlıq filmlər çəkmək idi.

Televiziyanın o vaxtkı sədri əvvəlcə həftələrlə təklifimə cavab vermədi, daha sonra isə proqramın adı və formatı ilə bağlı mənim irəli sürdüyüm variantları bəyənmədiyini söylədi.

Proqrama “Bilmədiyimiz Türkiyə” kimi bir neçə münasib ad fikirləşmişdim. Heç biri keçmədi, məni Ankaradan çağırtdırıb qəbul otağında saatlarla gözlədəndən sonra uzatdığı kağızda “Türkiyə İbrahim Nəbioğlu ilə” yazılmışdı.

Kağıza baxıb “Axı bu Mərkəzi Televiziya efirə gedən “Аmerika s Mixailom Taratutoy" verilişinin adına bənzəyir” dedim. “Mən qərarımı vermişəm” söyləyərək, otağından çıxdı.

Ovqatım təlx olmuşdu, çünki bu adın onun ağlına gəlmədiyini adım kimi bilirdim. Ətrafındakı quyruq bulayanlardan birinin təklifi idi ehtimal ki. Çünki inanmırdım ki, o, Taratutanın heç olmasa bir proqramını izləsin...

Taratuta 1988-1999-cu illərdə Mərkəzi Televiziyanın ABŞ-dakı xüsusi müxbiri idi.

Paralel olaraq o, 1992-1995-ci illərdə Rusiyanın 1-ci Kanalı üçün “Mixail Taratuta ilə Amerika” adlı orijinal və maarifçi proqram hazırlamağa başladı. Hazırladığı proqramlar o dövrə öz damğasını vurmuşdu. Materiallar nə qədər “ütülənib ələnsə” də sovet insanı ABŞ-ın şəksiz ehtişamı ilə gücünü görür, Sovetin hansı səbəblərdən dağıldığını anlayırdı.

Taratuta xaricdə Sovet televiziyasına 11 il, mən isə AzTV-də 10 il çalışdım.

O, “Mixail Taratuta ilə Amerika” seriyasından 100-ə yaxın veriliş hazırlamışdı.

Mən isə “Türkiyə İbrahim Nəbioğlu ilə” seriyası üçün cəmi 6 film çəkə bildim.

6-cı filmdən sonra AzTV-nin sədri zəng edərək “Bizə belə filmlər maraqlı deyil” dedi.

Verilişi bağladılar. Halbuki bütün ezamiyyət xərcləri, montaj və studiya xidmətləri üçün doğma yeleviziyamlz bircə qəpik də ayırmamışdı. Hər şeyi mənim buradakı dost-tanışlarımın köməyi ilə edirdim. Məsələn, “Türkiyə İbrahim Nəbioğlu ilə, Van” filmini çəkəndə operatorumla günlərlə Vanda çalışan həmyerlimiz, kardioloq, tibb elmləri namizədi Faiq Mustafaoğlunun evində qalmış, onun Valilikdən götürdüyü rəsmi maşınla səyahət etmişdik. Gəncdim, iddialı idim və təəssüf ki, idealistdim, vacib bir iş gördüyümə inanırdım...

O vaxtkı tv rəhbərliyindən biri “Nə var e Vanda? Neynirik biz Vanı?” deyə sual vermişdi mənə.

Ona “Van Urartu dövlətinin paytaxtı olub” deməyə qorxdum. Qorxdum ki, birdən “Urartu nədir?” deyə soruşa...

2025-ci ilin ilk günündən evdəki karton yeşikləri töküb 1992-ci ilin sonundan indiyə qədər yazdığım məqalələri, köşə yazılarını, xəbərləri, senariləri təsnif etməklə məşğulam. Dostlarımın illərdir sürən təkidlərindən sonra deyəsən, “buz tərpənib”, yəqin ki, minlərlə səhifəlik bu arxivdən bir şəkildə nəsə hazırlamalı olacam. Material çoxdur və nəsə gözüm yaman qorxur…

İşim həqiqətən asan deyil, çünki yeşiklərdə çox çeşiddə o qədər material var kı:

–AzTV üçün xəbər mətnləri;

–BBC üçün radio xəbərləri və müsahibələr;

–Zerkalo/Ayna qəzetləri üçün məqalələr;

–Avrasiya qəzetinə yazdığım köşə yazılarım;

–Panorama qəzeti üçün köşə yazılarım;

–Müxtəlif saytlar üçün yazdığım xəbər və analitik yazılar;

–Sənədli filmlərimin senariləri;

–Tərcümələrim;

–Türk qəzetlərində çıxan məqalələrim və s. və i.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Yanvar 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri