Icma.az
close
up
RU
MKİ rəhbəri Moskvaya nə üçün gəlib?

MKİ rəhbəri Moskvaya nə üçün gəlib?

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov The Washington Post qəzetinə bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin çərşənbə axşamı Moskvaya səfəri iki ölkənin xüsusi xidmət orqanları arasında təmaslarla bağlı olub.

Peskovun sözlərinə görə, söhbət “xüsusi xidmət orqanları arasında təmaslardan” gedir. TASS bu barədə məlumat yayıb.

The Washington Post qeyd edir ki, Rusiya prezidentinin mətbuat katibi Retkliffin səfəri ilə bağlı başqa hər hansı detal açıqlamayıb.

Xatırladaq ki, MKİ-nin rəhbəri Con Retkliff müharibə başlayandan bəri ilk dəfə Moskvaya səfər edib. Sonuncu dəfə MKİ direktoru Rusiyanın paytaxtına 2021-ci ilin noyabrında getmişdi. Uilyam Börns sonradan xatırladıb ki, həmin vaxt Vladimir Putinlə Rusiyanın Ukraynaya müdaxilə planlarını müzakirə edib.

ABŞ-ın The Wall Street Journal qəzeti yazır ki, Retkliffin Moskvaya səfərinə səbəb ABŞ-ın topladığı kəşfiyyat məlumatları olub. Həmin məlumatların Rusiyanın səfərbərliyə hazırlaşdığını və Avropada “NATO-nun qətiyyətini sınamaq” planlarının olduğunu göstərdiyi bildirilir.

The Insider nəşrinin redaktoru Maykl Vays da hesab edir ki, MKİ direktoru Moskvaya Putini NATO-ya qarşı eskalasiyadan çəkindirmək üçün gedib.

ABŞ hakimiyyəti yüksəkvəzifəli nümayəndə heyətinin Rusiyaya səfəri barədə əvvəlcədən Ukraynanı məlumatlandırıb və həmin müddətdə Moskva, Sankt-Peterburq və Rusiyanın şimal bölgələrinə pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirməməyi xahiş edib.

Bu barədə Financial Times qəzetinin Ukrayna üzrə baş müxbiri Kristofer Miller məlumat verib.

Onun sözlərinə görə, Kiyev bu xahişi yerinə yetirməyə razılaşıb. Millerin məlumatını Axios jurnalisti Barak Ravid və RBK-Ukrayna agentliyi də təsdiqləyib.

MKİ rəhbərinin Rusiyaya səfəri fonunda Moskva Birjasının indeksi kəskin yüksəlib. Artım liderləri arasında son günlər Ukrayna dronlarının hücumuna məruz qalan anbarları ilə tanınan onlayn marketplace Ozonun səhmləri, həmçinin “Lukoyl” şirkətinin səhmləri də olub. Bu barədə DW məlumat yayıb.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 Avqust 2026 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri