Icma.az
close
up
RU
MN korpusunun sabiq maliyyə xidmət rəisi 6 milyonluq mənimsəmədə ittiham olunur

MN korpusunun sabiq maliyyə xidmət rəisi 6 milyonluq mənimsəmədə ittiham olunur

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, təqsirləndirilən şəxs Goranboy və Kəlbəcər rayonlarında yerləşən hərbi hissələrdə xidmət etdiyi dövr ərzində tamah məqsədilə dövlət əmlakını xüsusilə külli miqdarda mənimsəyib.
Belə ki, təqsirləndirilən şəxs müxtəlif şəxslərin adına olan bank kartlarına pul köçürərək qanunsuz şəkildə nağdlaşdırıb.
İttiham aktına münasibət bildirən cinayət işi üzrə təqsirləndirilən Namiq Mirzəyev ittihamla razılaşmadığını, özünü qismən təqsirli hesab etdiyini bildirib:
“Mən 179.4 və 308-ci maddələr ilə ittiham olunuram. 308-ci maddə ilə özümü təqsirli bilsəm də, digər maddə ilə qismən təqsirli bilirəm. Mən dövlətə 43.800 manat ziyan ödəmişəm. Hazırda həbsdə olduğum üçün ödəniş edə bilmirəm”.
Daha sonra şahidlər ifadə verib. Onlar ibtidai istintaqa verdikləri ifadəni təsdiq ediblər.
Məhkəmə digər 4 şahidin ifadəsi ilə avqustun 27-də davam etdiriləcək.
Qeyd edək ki, Namiq Mirzəyev ötən ilin avqust ayında DTX-nın vəsatəti əsasında həbs edilib.
Təqsirləndirilən Namiq Mirzəyev AR Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Avqust 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri