Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Mobil Məmmədov: Azərbaycan və Özbəkistan arasında parlamentlərarası əməkdaşlıq yeni mərhələyə qədəm qoyur Müsahibə

Mobil Məmmədov: Azərbaycan və Özbəkistan arasında parlamentlərarası əməkdaşlıq yeni mərhələyə qədəm qoyur Müsahibə

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyulun  1-də Özbəkistanın Xiva şəhərində Azərbaycan və Özbəkistan arasında ilk Parlamentlərarası Forumun açılış mərasimi keçirildi.


Tarixi hadisə iki ölkə arasında strateji tərəfdaşlığın qanunverici əsaslarını daha da möhkəmləndirdi.


Forum təkcə siyasi deyil, eyni zamanda mədəni və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.


Forumun əhəmiyyəti və gələcək perspektivləri mövzusunda Gununsesi.info Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədovdan müsahibə alıb.

– Mobil bəy, Xivada keçirilən Birinci Özbəkistan–Azərbaycan Parlamentlərarası Forum barədə fikirlərinizi bilmək istərdik. Tədbirin önəmi nədir?

– Tarixi İpək Yolunun incilərindən biri olan Xiva şəhərində baş tutan bu Forum həqiqətən də mühüm bir hadisə idi. Bu, iki qardaş ölkə arasında qarşılıqlı etimad, dostluq və strateji tərəfdaşlıq ruhunu əks etdirən önəmli platforma oldu. Forum ölkələrimiz arasında dostluq münasibətlərinin daha da dərinləşməsinə, xüsusilə də qanunverici orqanlar səviyyəsində əməkdaşlığın institusional əsasda möhkəmlənməsinə geniş imkanlar açdı.

– Forum çərçivəsində hansı məsələlər müzakirə olundu?

– Forumda iki ölkənin parlament nümayəndələri geniş spektrdə məsələlər ətrafında fikir mübadiləsi apardılar. Siyasi, iqtisadi, humanitar, sosial və mədəni sahələrdə əməkdaşlığın gələcək istiqamətləri müzakirə edildi. Xüsusilə qarşılıqlı səfərlərin intensivləşdirilməsi və qanunvericilik sahəsində təcrübə mübadiləsi məsələləri diqqət mərkəzində idi. Bu da göstərdi ki, Azərbaycan və Özbəkistan yalnız ortaq tarixi keçmişə deyil, həm də ortaq gələcək vizyonuna malikdirlər.

İki ölkə rəhbərlərinin rolu bu prosesdə necə qiymətləndirilə bilər?

– Bu gün Azərbaycan və Özbəkistan arasında münasibətlər çoxşaxəli və dərin xarakter daşıyır. Bu, ilk növbədə Prezidentlərimiz – cənab İlham Əliyev və cənab Şavkat Mirziyoyevin uzaqgörən siyasəti sayəsində mümkün olub. İki ölkə arasında münasibətlər siyasi, iqtisadi, enerji, nəqliyyat və mədəni sahələrdə yüksək səviyyədə inkişaf edir. Parlamentlərarası Forum isə bu strateji tərəfdaşlığın qanunverici sütununu daha da möhkəmləndirdi.

– Forumun mədəni tərəfləri barədə nə deyə bilərsiniz?

– Forum çərçivəsində keçirilən mədəni tədbirlər xüsusi önəm daşıyırdı. Azərbaycan və Özbəkistan xalqları çoxəsrlik ortaq mədəni irsə sahibdirlər. Nizami Gəncəvi ilə Əlişir Nəvai, muğamla maqom, milli geyimlərimiz və musiqilərimiz – bütün bunlar xalqlarımız arasında mövcud olan mənəvi yaxınlığın rəmzidir. Forum çərçivəsində təşkil olunan sərgilər, folklor proqramları bu ortaq dəyərlərin nümayişinə şərait yaratdı.

Forumun gələcək perspektivləri barədə nə düşünürsünüz?

– Biz Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi olaraq bu Forumun keçirilməsini yüksək qiymətləndiririk və əminik ki, bu təşəbbüs gələcəkdə də ənənəyə çevriləcək. Forum, xüsusilə gənclər, mədəniyyət və təhsil qurumlarımız arasında daha sıx əməkdaşlığa təkan verəcək. Həmçinin diaspor və ictimai təşkilatlar səviyyəsində reallaşdırılan mədəni-humanitar layihələr bu münasibətlərin sosial təməlini möhkəmləndirəcək.

– Son olaraq nələri vurğulamaq istərdiniz?

– Forum təkcə parlamentlərarası dialoqu deyil, eyni zamanda xalqlarımız arasında dostluq körpüsünü də gücləndirir. Biz, Özbəkistandakı Azərbaycan icması olaraq, bu münasibətlərin inkişafı üçün daim çalışacağıq. Milli dəyərlərimizin, tariximizin və mədəniyyətimizin təbliği istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 İyul 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri