Rusiya nümayəndə heyətinin rəhbəri: Danışıqların məqsədi uzunmüddətli sülhün bərqərar olmasıdır
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moskva, 16 may, AZƏRTAC
Rusiyanın rəsmi nümayəndə heyəti Prezidentin sərəncamı ilə təsdiq edilib və danışıqlar aparmaq üçün bütün lazımi kompetensiyalara və səlahiyyətlərə malikdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski İstanbulda jurnalistlərə bildirib.
Medinski vurğulayıb ki, Rusiya İstanbulda mövcud təmasları 2022-ci ildə kəsilmiş sülh prosesinin davamı kimi qiymətləndirir: “Nümayəndə heyəti konstruktiv yanaşmaya sadiqdir, mümkün həll yollarını və təmas nöqtələrini axtarmaq niyyətindədir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Ukrayna tərəfi ilə birbaşa danışıqların məqsədi “münaqişənin əsas səbəblərini aradan qaldıraraq gec-tez uzunmüddətli sülhün bərqərar olmasına nail olmaqdır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 16 May 2025 03:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















