Moldova rəsmisi: Enerji təhlükəsizliyində Azərbaycanın və Cənub Qaz Dəhlizinin rolu artır
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son illərdə Moldovanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanla əməkdaşlığın və "Cənub Qaz Dəhlizi"nin əhəmiyyəti artır.
“APA-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Moldovanın Energetika Nazirliyinin dövlət katibi Karolina Novak deyib.
O bildirib ki, 2021-ci ildən sonra təchizatda yaranan risklər fonunda ölkə qaz və elektrik enerjisi üzrə alternativ mənbə və marşrutlara yönəlib.
"Trans-Balkan boru kəməri, Bolqarıstanla interkonnektor, Rumıniya və digər ölkələrlə enerji bağlantılarının qurulması, diversifikasiya səylərimizin əsasını təşkil edir", – deyə dövlət katibi bildirib.
Azərbaycanın bu yolda Moldovaya verdiyi yardım xüsusi qiymətləndirilib: “Eyni zamanda, logistika və qaz təchizatı sahəsində verdiyi böyük dəstəyə görə Rumıniyaya, həmçinin Azərbaycan Respublikasına da təşəkkürümü bildirmək istəyirəm. Dünən Koreya Respublikasının vitse-prezidenti dedi: “Çətin gündə kömək edən dost, əsl dostdur”. Bu kontekstdə Azərbaycan Moldova üçün enerji sahəsində əhəmiyyətli dəstək göstərib və biz bu əməkdaşlıq üçün çox minnətdarıq”.
Moldova rəsmisi qeyd edib ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Orta Dəhliz yalnız enerji baxımından deyil, eyni zamanda regional sabitlik və rifah baxımından strateji əhəmiyyətə malikdir.
“Bu layihələr ölkələri birləşdirərək sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bir neçə gün əvvəl Bolqarıstan, Yunanıstan, Moldova, Rumıniya və Ukraynanın enerji operatorları arasında imzalanmış tarif sazişi də bu baxımdan mühüm addımdır,” - Karolina Novak əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 03 İyun 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















