Icma.az
close
up
RU
Moldova seçkilərində Avropayönlü siyasi kursun qələbəsi Moskvanın itirdiyi təsir dairəsini səhnələşdirəcək

Moldova seçkilərində Avropayönlü siyasi kursun qələbəsi Moskvanın itirdiyi təsir dairəsini səhnələşdirəcək

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Moldovada keçirilən parlament seçkilərinin ilkin nəticələri ölkənin siyasi gələcəyinə yön verəcək mühüm dəyişikliklərin anonsu kimi dəyərləndirilir. Prezident Maia Sandunun rəhbərlik etdiyi Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası parlamentdə yerlərin mütləq əksəriyyətini qazanaraq ölkənin qərbyönümlü kursunu möhkəmləndirib. Bu nəticə ilə Moldova, Avropa İttifaqı və Qərb strukturları ilə daha sıx inteqrasiya yolunda növbəti addım atır. Digər tərəfdən, Rusiyayönlü Vətənpərvərlər Bloku seçki komissiyasının məlumatına görə, 24,17% səs toplayaraq 26 mandat əldə edib. Bu isə göstərir ki, Rusiyanın Moldovadakı təsir imkanları zəifləsə də, hələ tamamilə yox olmayıb”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Nicat İsmayılov qeyd edib ki, Moldovadakı seçki nəticələri Kremlin maraqlarına ziddir.

Nicat İsmayılov

“Rusiya uzun illərdir ki, postsovet məkanında öz təsir dairəsini qoruyub saxlamağa çalışır. Xüsusilə, Moldova kimi geostrateji əhəmiyyətə malik bir ölkənin Avropa İttifaqı ilə yaxınlaşması Moskva üçün arzuolunmaz ssenaridir.

Rusiyanın bu vəziyyətə reaksiyası bir neçə istiqamətdə ola bilər:

Enerji təzyiqləri

– Rusiya Moldovanın qaz və enerji asılılığından istifadə edərək, qiymət artımı və ya tədarükdə məhdudiyyətlər vasitəsilə təzyiq göstərə bilər. Bu, Moskvanın ənənəvi “cəzalandırma aləti” hesab olunur.

Daxili sabitliyi pozmaq cəhdləri

– Rusiyayönlü siyasi qüvvələrin dəstəklənməsi, təbliğat kanallarının gücləndirilməsi, etiraz aksiyalarının təşviqi Kremlin sınaqdan keçirdiyi üsullardır. Moldova daxilindəki siyasi gərginlik Moskvanın maraqlarına xidmət edə bilər.

Dnestryanı faktor

– Moldova ərazisindəki Dnestryanı bölgədə Rusiya sülhməramlılarının mövcudluğu Kremldən gələn əlavə təzyiq vasitəsi kimi işlədilə bilər. Bu regionun separatçı statusu Moskvanın Moldovanın qərbyönlü kursuna qarşı istifadə edə biləcəyi ənənəvi kartdır.

İnformasiya müharibəsi

– Sosial şəbəkələr və rusdilli media vasitəsilə Moldovanın seçimini sual altına almaq, avropayönlü siyasəti zəiflətmək üçün dezinformasiya kampaniyalarının aparılması mümkündür.

Moldovada baş verən bu dəyişiklik yalnız ölkənin daxili siyasəti ilə məhdudlaşmır. Qafqazdan Qara dəniz bölgəsinə qədər bütün regionda postsovet məkanındakı qüvvələr balansına təsir göstərə bilər”-deyə Nicat İsmayılov bildirib.

“Avropayönlü partiyanın mütləq əksəriyyəti təmin etməsi, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramını gücləndirəcək. Ukrayna ilə Moldova arasında siyasi yaxınlaşmanı artıracaq. Rusiyanın “nüfuz zonası”nın daha da daralmasına gətirib çıxaracaq. Hazırkı siyasi mənzərə göstərir ki, Moldova Avropaya inteqrasiya yolunda ən ciddi irəliləyişlərindən birini yaşamaqdadır. Lakin bu proses asan olmayacaq. Kreml öz təsir imkanlarından istifadə edərək müxtəlif vasitələrlə Moldovanı “cəzalandırmağa” çalışacaq. Bu da həm enerji təhlükəsizliyi, həm də daxili siyasi sabitlik baxımından ölkəni çətin sınaqlarla üz-üzə qoya bilər. Buna baxmayaraq, xalqın seçimi aydındır. Moldova Qərb dəyərləri, demokratiya və Avropa İttifaqına inteqrasiya istiqamətində irəliləmək əzmindədir”-deyən politoloq qeyd edib ki, bu seçkinin nəticəsi postsovet məkanında mühüm geosiyasi dəyişikliklərin xəbərçisidir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Oktyabr 2025 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri