Molla rejimi ağılla hərəkət edə bilmir
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Tehranın teokratik rejimi əgər ağıllı və müdrik siyasət yürütsəydi indi müharibəyə və təklənməyə məruz qalmazdı. Şovinzm xətti Azərbaycana qarşı həmişə dözümsüz olub. Azərbaycanın nəinki güclənməsinə, heç müstəqil dövlət kimi varlığına da təhammül etməyiblər".
Bunları Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, mühafizəkarların nəzarətində olan təbliğat vasitələri və "danışan dil"ləri ilə daima şər böhtan, hədə yağdırıblar:
"Azərbaycan Dövlət Televiziyası da haqlı olaraq şovinist mollaların çirkin təbliğat kampaniyasının tutarlı cavablarını verib. Tehran rejimi mənfur təbliğata qarşı AzTV-nin sivil və etikadan kənar çıxmayan cavabı onları nə dərəcədə hiddətləndirib ki, TV düşmən elan edilir. Bu həm də ondan qaynaqlanır ki, rejim ağılla hərəkət edə bilmir, mənasız emosiyaların təsiri altındadır. AzTV hədəfi düzgün vurub. Buna isə mollalar dayana bilmir".
Süleyman
Baxış sayı:124
Bu xəbər 28 İyul 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















