Icma.az
close
up
RU
“Monqol əti”ni belə ayırd edin Bu detallara diqqət!

“Monqol əti”ni belə ayırd edin Bu detallara diqqət!

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Son günlər restoran və şadlıq evlərində istifadə olunan məhsulların mənşəyi müzakirə edilir. Xüsusilə Monqolustan, Braziliya, Hindistan və digər ölkələrdən gətirilən ətlərin  “yerli dana ətindən hazırlanan basdırma” adı ilə müştərilərə təqdim edilməsi vətəndaşlar arasında narahatlıq yaradır. 

Xaricdən gətirilən quzu və dana ətlərini necə tanıyaq? Aldanmamaq üçün nələrə diqqət etməliyik?

Globalinfo.az-a danışan qida mütəxəssisi Ağa Salamov deyib ki, Monqolustandan gətirilən ətlər süni deyil:

“Amma bu ətin dadı Azərbaycanda yetişdirilən, böyüdülən iri və xırda buynuzlu heyvanlarla müqayisə edilə bilməz. Qida dəyəri bizim ətlərdən fərqli olaraq azdır, bu məhsullarda lazımi vitaminlərin hamısı mövcuddur. Amma ətdən istifadə edən zaman ağız dadında dəyişiklik hiss edilə bilər. Monqolustandan gələn ət bir qədər kəpəkvari hiss təəssüratı bağışlayır. Zərərli deyil, yedikdə heç bir problem yaratmır. Lakin keyfiyyət baxımından Azərbaycanda yetişən quzulardan zəifdir, ona görə də qiyməti aşağıdır. Restoranlarda, xüsusilə ucuz məkanlarda bir şiş kababı 6-7 manata görürsünüzsə, bilin ki, bu, Monqolustan quzusudur”.

Ağa Salamov

Ekspert əlavə edib ki, dönər və kababın qiyməti həddindən artıq ucuzdursa, tərkibində bahalı yerli ətin olması mümkün deyil:

“Real qiymət işçi xərcləri, kommunal, nəqliyyat, vergi və digər xərclərlə birlikdə 12 manatdan aşağı olmur. Azərbaycanda yetişdirilən quzuların qiyməti adətən 22-25 manat arasında dəyişir. Bəzən bu sahədən uzaq olan insanların qida təhlükəsizliyi və ət keyfiyyəti barədə yanlış fikirlər səsləndirməsi həm istehlakçılar, həm də qida mütəxəssisləri üçün çətinlik yaradır. Onlar xalqda əsassız fobiya yaradırlar. Digər tərəfdən, Monqolustan quzusunun ucuzluğu aztəminatlı ailələr üçün müəyyən qədər üstünlükdür. Vətəndaş 22-25 manatlıq quzu ətinə yox, 14 manata təklif edilən məhsula üstünlük verə bilər. Üstəlik, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) gömrükdə buna nəzarət edir və yalnız laboratoriyadan keçmiş, kimyəvi və mikrobioloji baxımdan təhlükəsiz ətlərə icazə verilir. Başqa ölkəyə gedəndə heç birimiz Qarabağ quzusu yemirik. Avropada əsasən merinos qoyunları satılır. Məhz buna görə monqol əti ilə bağlı səs-küy yaratmaq lazım deyil”.

Müstəqil ekspert Əlabbas Məhərrəmov isə bildirib ki, hər bir məhsulun qiymətinə diqqət etmək lazımdır:

Əlabbas Məhərrəmov

“Məhsul bazar qiymətindən çox ucuzdursa, deməli, şübhəli məqam var. Ətin kilosunun neçəyə olduğu məlumdur. Əgər kolbasa, dönər və digər ət məhsulları həddindən artıq ucuzdursa, səbəbini araşdırmağa dəyər. Restoranlarda təqdim olunan ətin mənşəyini müəyyən etmək üçün sənədlər tələb edilməlidir. Hər bir müəssisənin öz mütəxəssisləri var, aşpazlar ətin dadından və fiziki quruluşundan onun növünü müəyyənləşdirə bilirlər. Azərbaycanda satılan hər bir ət məhsulunun mənşəyini təsdiq edən sertifikat olmalıdır. Restoranın bu sənədi təqdim etməkdən imtina etməsi şübhə doğurur. Sıravi insanlar çox vaxt fərqi ayırd edə bilmirlər, çünki ətlərə müxtəlif ədviyyatlar vurulur və dad dəyişdirilir. Monqolustandan, Braziliyadan gətirilən ət də ayırd etmək çətindir, amma mütəxəssislər bunu bilir və onların sənəd tələb etmək hüququ da var”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri