Monteneqro Prezidenti: “Azərbaycan xalqının və faciəvi hadisənin təsirinə məruz qalan insanların yanındayıq”
Monteneqronun Prezidenti Yakov Milatoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Bizim.Media başsağlığı məktubunda deyilir:
“Hörmətli cənab Prezident.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.
Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.
Bu kədərli anlarda düşüncələrimiz Sizin, dost Azərbaycan xalqının və faciəvi hadisənin təsirinə məruz qalan insanların yanındadır. Sizinlə həmrəyik”.
Bizim.Media
Baxış sayı:95
Mənbə:https://bizim.media
adımdan həlak
ailələrinə dərin
aktau şəhəri
alanların tezliklə
anlarda düşüncələrimiz
azərbaycan hava
azərbaycan prezidenti
azərbaycan xalqının
başsağlığı məktubu
deyilir hörmətli
dost azərbaycan