Icma.az
close
up
RU
Moody s: Mərkəzi Asiya və Qafqaza təmiz enerji mərkəzinə çevrilmək üçün islahatlar və investisiyalar lazımdır

Moody s: Mərkəzi Asiya və Qafqaza təmiz enerji mərkəzinə çevrilmək üçün islahatlar və investisiyalar lazımdır

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Maliyyə dayanıqlığını qorumaq üçün Mərkəzi Asiya və Qafqaz ölkələri dekarbonizasiya investisiyalarının yükünü özəl sektor və beynəlxalq inkişaf tərəfdaşları ilə bölüşdürməlidirlər.

Bakıvaxtı.az report.az-a istinadən xəbər verir ki, bu, "Moody's" beynəlxalq reytinq agentliyinin hesabatında yer alıb.

Asiya İnkişaf Bankının qiymətləndirmələrinə görə, 2030-cu ilə qədər regiona təxminən 120 milyard ABŞ dolları investisiya lazım olacaq. Bu isə ümumi daxili məhsulun (ÜDM) təxminən 14 %-ni təşkil edir.

Agentliyin məlumatına görə, bu vəsaitin əsas hissəsi bərpa olunan enerji mənbələrindən (hidroenergetika istisna olmaqla) elektrik enerjisi istehsalının inkişafına, enerji səmərəliliyinin artırılmasına və elektrik enerjisinin ötürülməsi infrastrukturunun modernləşdirilməsinə yönəldilməlidir.

"Moody's" qeyd edir ki, regionun bütün ölkələri artıq 2030 və ya 2050-ci ilə qədər istixana qazı emissiyalarının azaldılması ilə bağlı hədəfləri olduğunu elan ediblər, lakin bu öhdəliklərin iddialılıq dərəcəsi fərqlidir.

"Qazaxıstan 1990-cı il səviyyəsi ilə müqayisədə 2030-cu ilə qədər emissiyaları 15 % (şərtsiz) və 25 % (şərti) azaltmağı öhdəsinə götürüb. 2023-cü il Qlobal Atmosfer Tədqiqatları üçün Emissiyalar üzrə Bazanın məlumatlarına görə, ölkədə adambaşına düşən emissiya səviyyəsi 15,99 ton CO₂-ekvivalenti təşkil edib. Bu da Azərbaycan (6,17 ton), Özbəkistan (6,14 ton), Gürcüstan (5,13 ton) və Qırğızıstanın (3,11 ton)  göstəricisindən əhəmiyyətli dərəcədə yüksəkdir. Regionun əksər ölkələri emissiyanı azaltmaqla bağlı mütləq hədəflərə çatmağa çalışırlar. Burada Özbəkistan istisna təşkil edir. Bu ölkə qarşısına 2010-cu il səviyyəsinə nisbətən 2030-cu ilə qədər ÜDM vahidinə düşən emissiyaları 35 % azaltmaqla bağlı hədəf qoyub. Bu, regionun əksər ölkələrinin yanaşmasından fərqlənir. Bu ölkələr mütləq azalmalara istiqamətlənirlər. Məsələn, Ermənistan 2030-cu ilə qədər 1990-cı il səviyyəsi ilə müqayisədə emissiyaları 40 % azaltmağı planlaşdırır. Azərbaycan regionda yeganə ölkə olaraq uzunmüddətli hədəf müəyyən etməklə fərqlənir. Buraya beynəlxalq dəstək şərti ilə 2050-ci ilə qədər emissiyaları 40 % azaltmaq (1990-cı il səviyyəsindən) daxildir", - hesabatda deyilir.

"Moody's" qeyd edir ki, bu gün regionun hökumətləri investisiya yükünün əsas hissəsini öz üzərinə götürür, bu zaman borc alətləri maliyyələşdirmənin təxminən 50 %-ni təşkil edir.

"Yaşıl" və dayanıqlı istiqrazlar enerji infrastrukturunu dəstəkləmək üçün əhəmiyyətli potensiala malikdir, lakin onların regionda istifadəsi hələki məhduddur", - müəlliflər hesab edirlər.

Agentliyin fikrincə, iqtisadi səmərəliliyin və institusional potensialın artırılmasına yönəlmiş struktur islahatları ölkələrə maliyyələşdirmə cəlb etməyə və regionu "təmiz enerji" mərkəzinə çevirməyə kömək edəcək.

"Moody's" həmçinin vurğulayır ki, son illərdə bir sıra ölkələrdə irəliləyiş müşahidə olunur: dövlət idarəçiliyinin səmərəlilik göstəriciləri yaxşılaşıb. Bu isə Dünya Bankının qiymətləndirmələrində və agentliyin öz reytinqlərində əks olunub. Xüsusilə, Azərbaycan, Qazaxıstan və Özbəkistanın suveren reytinqləri artırılıb ki, bu da islahatların aparılmasında müsbət dinamikanı təsdiqləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Sentyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri