Icma.az
close
up
RU
Moody’s : ABŞ ın tarif siyasəti Azərbaycana tranzit daşımalarla bağlı yeni imkanlar yarada bilər

Moody’s : ABŞ ın tarif siyasəti Azərbaycana tranzit daşımalarla bağlı yeni imkanlar yarada bilər

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"ABŞ-ın tarifləri Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun bank və şirkətləri üçün birbaşa deyil, dolayı risklər yaradır".

"APA-Economics" xəbər verir ki, bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyindən bildirilib.

Qeyd edilib ki, tariflərin region ölkələrinə birbaşa iqtisadi təsiri məhdud olacaq. Bunun səbəbi, tariflərin orta səviyyəli olması və ABŞ-ın bu ölkələrin ümumi ixracatında kiçik paya sahib olmasıdır. Əksər ixrac malları yeni tariflərdən kənarda qalacaq: "Məsələn, Qazaxıstanın Ticarət Nazirliyinə görə, ölkənin ABŞ-a ixrac etdiyi məhsulların 90%-dən çoxunu xam neft, uran, gümüş və digər xammallar təşkil edir ki, bunlar tariflərdən azaddır".

Bununla belə, "Moody’s" hesab edir ki, böyük iqtisadiyyatlar arasında ticarət müharibəsinin dərinləşməsi banklar və şirkətlər üçün ticarət, zəifləyən inam və makroiqtisadi vəziyyət, maliyyə bazarları olmaqla üç əsas risk kanalı vasitəsilə daha geniş iqtisadi çətinliklər yarada bilər: "Xüsusilə, neft və digər xammal qiymətlərinin aşağı olması, potensial ticarət pozuntuları, valyuta dəyişkənliyi, azalan investisiya axınları, inflyasiya təzyiqləri, daha sərt kredit şərtləri və sektoral təsirlər bəzi şirkətlərin fəaliyyətini zəiflədə bilər. Bu isə yerli bankların kredit portfelinin artımını əngəlləyəcək, aktiv keyfiyyətini zəiflədəcək və mənfəətliliyi sıxışdıracaq".

Reytinq agentliyi həmçinin əlavə edib ki, qlobal ticarət axınlarında dəyişiklik region üçün, o cümlədən Azərbaycan üçün bəzi imkanlar yarada bilər: "ABŞ bazarına yönəlmiş məhsulların, məsələn, avadanlıq, metallurgiya məhsulları və tikinti materiallarının yerli bazarlarda daha əlverişli qiymətlərlə təqdim olunması ehtimalı var. Həmçinin, ABŞ-ın tarif siyasəti nəticəsində yaranacaq qlobal ticarət müharibəsi ölkələri yeni ticarət tərəfdaşları axtarmağa vadar edə bilər ki, bu da təbii ehtiyatlarla zəngin olan Mərkəzi Asiya və Cənubi Qafqaz regionuna marağı artıra bilər. Region həm də şimal-cənub və şərq-qərb istiqamətində nəqliyyat və logistika baxımından əhəmiyyətli potensiala malikdir. Xüsusilə Qazaxıstan və Azərbaycanda yük daşıma və dəmir yolu sektorları Asiya və Avropa arasında tranzit əməliyyatlarından faydalana bilər. Bu isə investisiyanın və bank kreditlərinə tələbin artmasına səbəb ola bilər. Lakin artan iqtisadi qeyri-müəyyənlik fonunda risklər yüksək olaraq qalır".

"Moody’s" aşağı neft qiymətlərinin Azərbaycan və Qazaxıstanda neft-qaz sektorlarına, gəlirləri və mənfəətliliyi azaldaraq, yeni layihələrə və kəşfiyyata investisiyanı zəiflədə biləcəyini də qeyd edib: "Yerli banklar birbaşa dövlət neft şirkətləri ilə əlaqəli olmasalar da, neft sektorunun zəifləməsi qeyri-neft iqtisadiyyatına təsir edəcək. Bu isə kiçik və orta sahibkarlıq, pərakəndə ticarət sahələrində artan bank ekspozisiyalarını risk altına alacaq".

Agentlik vurğulayıb ki, son illərdə hər iki ölkə iqtisadiyyatlarını şaxələndirmək və ehtiyat fondlarını artırmaq üçün mühüm addımlar atıblar: "Bu təşəbbüslər ilkin xammal asılılığını azaltmaq və iqtisadi dayanıqlığı artırmaq baxımından vacibdir. Pandemiya dövründə, neftin orta qiyməti 2020-ci ildə 40 dollar olarkən bu dayanıqlıq təsdiqləndi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Aprel 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri