Icma.az
close
up
RU
Morteza Validarvi: “3 ildən sonra Azərbaycan fəxri kürsüdə yer alan komandalardan biri olacaq”

Morteza Validarvi: “3 ildən sonra Azərbaycan fəxri kürsüdə yer alan komandalardan biri olacaq”

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Bir çox komandaların məşqçiləri ilə söhbətdə mənə təşkilatçılıqdan, idmançı və məşqçi heyəti üçün yaradılan şəraitdən razılıq etdilər”.

Bunu İdman.biz-ə badminton üzrə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi deyib.

Mütəxəssis Bakıda keçirilən qarışıq komandaların Avropa çempionatı haqqında fikirlərini bölüşüb. O bildirib ki, yarış yüksək səviyyədə təşkil olunub: “Azərbaycan badmintonu tarixində ilk dəfə Bakıda qarışıq komandaların Avropa çempionatı kimi dünyanın bir çox ölkələrində canlı yayımlanan, miqyasına görə böyük yarış keçirilirdi. Hər zaman olduğu kimi, bu dəfə də təşkilati işlər ən yüksək səviyyədə həll olunmuşdu. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və öz federasiyamıza, bir sözlə, yarışın bu səviyyədə keçməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Yerli media nümayəndələrinə təşəkkür edirəm ki, bizim çıxışımızı yüksək səviyyədə işıqlandırdılar”.

Validarvi yığmamızın çempionatdakı çıxışını dəyərləndirib: “Komandamızın 50 faizi gənclərdən ibarət idi. Xüsusilə, Danimarka ilə oyunda - olimpiya medalçıları olan rəqiblərlə görüşdə böyük təcrübə qazandılar. Bu onlar üçün böyük bir şans idi. Təbii ki, gözəl başa düşürdük ki, son illərin dəyişilməz Avropa çempionu Danimarka ilə oyunda qələbə qazanmaq şanslarımız çətin görünür. Artıq pley-off şansımız qalmadığından gənc badmintonçularımıza ömürlük xatirəsində qalacaq oyunlarda yer verdik. Bilirsiz ki, Danimarka qrupda İngiltərə və İspaniya millilərinə 5:0 hesabı ilə qalib gəldi. Yarımfinalda Almaniyaya (3:0), finalda isə Fransanı (3:0) 5 kateqoriyanın hər birində üstələyərək məğlub etdi. Yalnız bizim komanda qadınların şəxsi yarışında Danimarkadan üstün oldu. İngiltərə və İspaniya ilə oyunda isə 2:3 hesabı ilə məğlub olduq. Avropa badmintonunun aparıcı ölkələri ilə mübarizədə layiqli çıxış etdik. Bu isə strategiyamıza uyğun hərəkət etdiyimizi, düzgün yolda olduğumuzu göstərir”.

Baş məşqçinin sözlərinə görə, indi atılan addımlar Azərbaycan badmintonu üçün yaxşı nəticələr vəd edir: “Komandamız 2025-2028-ci illəri əhatə edən strategiyamıza əsasən 3 ildən sonra qarışıq komandaların Avropa çempionatında daha yaxşı nəticə göstərməlidir. Artıq indidən bu istiqamətdə çalışmağa başlamışıq. Los-Ancelesdə keçiriləcək Olimpiada öncəsi qitə çempionatında hədəf “dördlük”də yer almaq olacaq. İnanıram ki, 3 ildən sonra biz də fəxri kürsüdə yer alan komandalardan biri olacağıq. Amma ümumi götürsək, bu gün komanda yarışında bir çox Avropa ölkələrindən daha güclüyük. Bu isə Azərbaycan Badminton Federasiyasının işə düzgün yanaşmasının nəticəsidir. Bildiyiniz ki, bir neçə gənc idmançımız dünyanın badminton mərkəzlərindən birində məşq edir, yarışlara qatılır, təhsilini artırır. Bunların hamısı gələcəyə hesablanmış addımlardır ki, artıq indidən müsbət siqnallarının şahidi oluruq”.

Mütəxəssis bildirib ki, məğlubiyyətə baxmayaraq, millimizin çıxışını zəif hesab etmək olmaz: “Kateqoriyalar üzrə müqayisə aparsaq, həm kişi, həm qadınların şəxsi yarışında güclüyük. Bir qədər qoşa kateqoriyalarda geri qalırıq. Bu geriliyi aradan qaldırmaq üçün plan tərtib etmişik və bunun üzərində ciddi iş gedir. İdman həmişə 40 faiz məşqçidən, 40 faiz idmançıdan, 20 faiz isə şansdan asılıdır. Bunu ona görə deyirəm ki, Avropanın top komandalarından olan İspaniya və İngiltərəyə qarşı oyunlarda necə mübarizə apardığımızı hamı gördü. Bir çoxları bizdən bu cür çıxış gözləmirdi. Əsas hədəf 2028-ci Avropa çempionatı olsa da, qarşıdakı illərdə də gənc badmintonçularımızın xoş xəbərlərini eşidəcəksiz. 2028-ci ildə Azərbaycan badmintonu tarixində yeni səhifə açacağımıza inanıram”.

Qeyd edək ki, fevralın 12-16-da Bakı İdman Sarayında keçirilən yarışda millimiz sonuncu yer tutub. Danimarka isə ardıcıl 6-cı dəfə Avropa çempionu olub.

Aytac Sahəd
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Fevral 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri