Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Moskva Ermənistanın ruslar üçün hazırladığı yeni sürprizlərə hazır olmalıdır Şərh

Moskva Ermənistanın ruslar üçün hazırladığı yeni sürprizlərə hazır olmalıdır Şərh

Icma.az bildirir, Olke.az portalına istinadən.

"Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” təyyarəsinin Aktau sahillərində qəzaya uğraması ilə gərginləşən Azərbaycan-Rusiya münasibətləri hələ də qeyri-müəyyən qalmaqda davam edir. Kreml rəsmilərinin baş verən hadisəyə görə məsuliyyəti üzərinə götürməməsi, üstəlik, Rusiya mediası ilə yanaşı,  siyasi dairələrində Azərbaycana qarşı start götürən hücum və qarayaxma kampaniyası bəzi məsələlərin sağlam məntiq əsasında həllinə maneçiliklər törədir. Əlaqələrdəki soyuqluq isə “üçüncü qüvvələr”i yaranmış vəziyyətdən sui-istifadəyə sürükləyir və onlar Rusiyadakı anti-Azərbaycan qüvvələrin dəst-xətti ilə Bakı-Moskva təmaslarını bir qədər də dramatikləşdirməyə çalışır.

Hər şeydən əvvəl, onu xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə bağlı irəli sürdüyü tələblər tamamilə qanunidir. Artıq istintaqın ortaya qoyduğu ilkin hesabat faciədə Rusiyanın müvafiq orqanlarının günahkar olduğunu təsdiqləyir. Ancaq nədənsə, Azərbaycanla 2022-ci il fevralın 22-də imzaladığı müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında bəyannamənin prinsiplərinə zidd olaraq Kreml təmsilçiləri məlum məsələdə Azərbaycanın qənaətini bölüşmür və fərqli interpretasiyalar hesabına məsuliyyətdən boyun qaçırırlar. Və hər dəfə olduğu kimi, bu dəfə də ənənəvi metoda əl ataraq ölkəmizə antipatiya bəsləyən siyasətçilər və media orqanlarını hərəkətə keçirərək Azərbaycan əleyhinə qara piarı stimullaşdırırlar".

Bunu Ölkə. Az-az açıqlamasında deputat Əlibala Məhərrəmzadə deyib.

Deputatın fikrincə, görünən odur ki, Rusiyada hələ də “parçala və hökm sür” düşüncəsində olub “velikorus şovinizmi”ni əlində bayraq edərək postsovet respublikalarına bərabərhüquqlu tərəfdaş deyil, yuxarıdan-aşağıya baxmağa üstünlük verən qüvvələr var və onlar həm Kremldə, həm Dövlət Dumasında, həm siyasi partiyalar, həm də media strukturlarında yetərincə təmsil olunurlar. "Bu ehtimallar Bakıda “Rus evi”nin qapadılması fonunda özünü doğrultdu. Təşkilatın qanunsuz fəaliyyətinin dayandırılmasını həzm edə bilməyən ruslar siyasi şoumenlər və qərəzli media gücü ilə hücuma keçərək Azərbaycan dövləti ətrafında qara fon yaratmağa başladılar. Azərbaycan parlamenti də daxil olmaqla müvafiq qurumlar Dövlət Dumasının “Yedinaya Rossiya” partiyasından olan üzvü, keçmiş idmançı Nikolay Valuyevin əsassız və absurd tələblərinə qətiyyətli cavablar verdi. Cavablarda onun sifarişli bəyanatlarının dövlətlərarası münasibətlərə zərbə vurduğu diqqətə çatdırıldı. Həqiqətən də, Valuyevin Bakı-Moskva münasibətlərinin ən həssas mərhələsində necə deyərlər, “yuyulmamış çömçə” kimi ortaya çıxaraq xalqlararası münasibətləri hədəf seçməsinin arxasında təhlükəli planlar durur. Çünki, deputatın “Rus evi”nin bağlanmasına cavab olaraq 

1. Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, 
2. Azərbaycanlıların biznesinin məhdudlaşdırılması, 
3. Rusiyada qeyri-qanuni yaşayan azərbaycanlıların ölkədən çıxarılması, 
4. Qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi 

iddiaları, bu da azmış kimi azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri rus jarqonunda “şoblya-voblya” adlandırması çox güman ki, Valuyevin beyninin məhsulu deyil və kələfin ucu Kremlə aparıb çıxarır. Şübhəsiz, bu cür ifrat millətçi şüarlar Şimal dövlətində yaşayan azərbaycanlılara qarşı hücum kampaniyalarının təşkili və onların Rusiyadan qovulması üçün də stimul yarada bilər. Nəticədə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinə də zərbə dəyir",- o qeyd edib.
Deputat əlavə edib ki, kiçik bir statistikanı diqqətə çatdıraq:

" Azərbaycan və Rusiyanın ticarət dövriyyəsi 

- 2024-cü ilin yekunlarına görə, təxminən 4,8 milyard dollar təşkil etdi ki, 
- bu da 2023-cü illə müqayisədə 10,1 faiz çoxdur; 
- ötən il Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 10,08 faizini Rusiya ilə ticarət əməliyyatları təşkil etdi; 
- Rusiya İtaliya və Türkiyədən sonra Azərbaycanın 3-cü ticarət tərəfdaşı oldu;
- Azərbaycan məhsullarının Rusiyaya ixracı 2024-cü ildə 1,5 faiz azalaraq 1,178 milyard dollar təşkil etdi. 

Bu gün Rusiya Azərbaycan mallarının ixrac olunduğu ölkələr sırasında 3-cü yeri tutur, qeyri-neft məhsullarının idxalında isə liderliyini qoruyub saxlayır - idxal mallarının tədarükü 4,3 faiz artaraq 1,162 milyard dollara çatır. Bu rəqəmlər göstərir ki, Şimal dövləti Azərbaycanla iqtisadi əlaqələrdən yalnız udur. Ona görə də təyyarə qəzası ətrafında artan ziddiyyətlər Ukrayna bataqlığına düşən və Qərbin çoxsaylı sanksiyaları ilə üzləşən Rusiyaya daha çox zərbə vuracaq. Kreml israr etdikcə isə, Bakı adekvat və alternativ addımlara müraciət etmək məcburiyyətində qalır. Məsələn, “Sputnik-Azərbaycan”ın heyətinə limitin tətbiqi Kremlin ölkəmizə saymazyana münasibətinin konkret nəticəsidir. Növbəti bir fakt: Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkiləri” ilə bağlı bəyanat yayaraq Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, fevralın 15-də baş tutan bu qondarma seçkilərin nəticələrini tanımadığını bəyan etdi.

Hər bir halda, Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin pozitiv ruhda inkişafı şimal qonşumuzun müttəfiqlik münasibətlərinə uyğun davranışından, məlum təyyarə qəzasına obyektiv reaksiyasından və ölkəmizə qarşı qara piarı dayandırmasından asılı olacaq. Ancaq nə mətbuat, nə də siyasi çevrələr bu meyarlara adekvat addımlar atır. Bundan istifadə edən Konstantin Zatulin kimi erməni lobbistləri ortaya çıxaraq Bakıdakı “Rus evi”nin bağlanmasını düşmənçilik kontekstində şərh edir və bildirir ki, Azərbaycan Qafqazda Türkiyənin maraqlarını həyata keçirir. 

Təbii, Rusiyanın daxilində “emal” edilən anti-Azərbaycan tezisləri Ermənistanda dərhal süzgəcdən keçirilərək Bakıya qarşı arqument kimi istifadə olunur. Bir neçə gün bundan öncə erməni jurnalistin Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovaya verdiyi sual sərt reaksiya ilə qarşılansa da, ermənilər rus cəmiyyətində formalaşmaqda olan psixoz durumu öz xeyirlərinə çevirməyə israrla cəhdlər göstərir. Bu həftə Ermənistanda “Rus evi”nin fəaliyyətinin genişləndirilməsi, üstəlik, Ermənistan Milli Akademiyası ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə dair imzalanmış sənəd məkrli düşmənin indiki situasiyadan yararlanmaq niyyətində olduğundan xəbər verir.

Halbuki Paşinyan hökumətinin 44 günlük müharibədən sonra atdığı bütün addımlar Rusiyanın əleyhinə yönəlib. KTMT-də fəaliyyətini dayandırması, rus qoşunlarının İrəvan aeroportundan çıxarılması, ABŞ-la birgə hərbi təlimlər, Avropa İttifaqı Müşahidə Missiyasının sərhədlərdə yerləşdirilməsi, ABŞ və Fransadan yeni silahların alınmsı, ordunun Qərb standartlarına keçirilməsi və digər addımlar faktiki, Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu sıradan çıxardı. Bu yaxınlarda “Johovurd” qəzeti parlamentin spikeri Alen Simonyanın Skandinaviya və Baltikyanı ölkələrin parlamentariləri ilə görüşdə belə bir fikir işlətdiyini yazdı:
“Rusiya Federasiyası darmadağın edilməli, məğlub olmalı və yoxa çıxmalıdır ki, bizim üçün və sizin ölkələriniz üçün hər şey yaxşı olsun. Rusiyanın süqutu bizim üçün çox yaxşı perspektivlər açır”.

Belə çıxır ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan faydalanan ermənilər Şimal dövlətinə re-ixrac hesabına qazandıqları milyardlarla vəsaiti dəyərləndirməkdən çox uzaqdır və Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlamaq niyyətindədir. Bundan əlavə, Ermənistanın “müşahidəçi oyunları” daha çox Rusiya və İranın maraqları üçün təhdiddir. Çünki hər iki ölkə uzun illərdən bəri NATO-nun onların sərhədlərinə yaxınlaşması, daha dəqiq desək, “Şərqə doğru genişlənməsi”nə qarşı mübarizə aparıblar. Ancaq artıq onların ən sadiq dostları – Ermənistan əməkdaşlıq maraqlarına xəyanət edərək Qərb hərbi qüvvələrinin Rusiya və İran sərhədlərinin yaxınlığında dislokasiyasına şərait yaratmaqdadır. Şimal dövlətinin siyasi dairələri bu təhdidi doğru dəyərləndirməli, Azərbaycana qarşı çirkin dezinformasiyalara rəvac vermək əvəzinə Ermənistanın ruslar üçün hazırladığı yeni sürprizlərə hazır olmalıdır". 

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Fevral 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see382

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see318

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see294

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see291

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see259

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see254

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see248

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see244

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see229

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see220

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see207

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see206

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see205

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see205

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see178

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see140

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see133

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri