Icma.az
close
up
RU
​MOSKVA İRƏVAN QARŞIDURMASI... Azərbaycan bu prosesdən nə qazanır?

​MOSKVA İRƏVAN QARŞIDURMASI... Azərbaycan bu prosesdən nə qazanır?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Rusiya və Ermənistan arasında son dövrlər müşahidə olunan gərginlik fonunda ən çox verilən suallardan biri də budur: Rusiya-Ermənistan qarşıdurmasında Azərbaycanın yeri haradadır?

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov Moskva və İrəvan arasındakı mövcud krizis sahələrini, eləcə də Azərbaycanın regionda yaratdığı yeni reallıqları ətraflı təhlil edib.

Politoloq qeyd edib ki, bu suala cavab tapmaq üçün ilk növbədə Ermənistan-Rusiya münasibətlərində hansı sahələrdə artıq böhranın olduğunu, hansı sahələrin isə potensial olaraq bu krizisə cəlb edilə biləcəyini müəyyənləşdirmək lazımdır.

Fərhad Məmmədov bildirib ki, ikitərəfli hərbi-siyasi ittifaq (Gümrüdəki Rusiya hərbi bazası, birgə HHM sistemi) baxımından Ermənistan rəhbərliyi rusiyalı müttəfiqləri ilə az ünsiyyətdə olsa da, bazanın və HHM sisteminin statusuna yenidən baxılması gözlənilmir. Lakin digər istiqamətlərdə böhran göz qabağındadır:

-Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT): İştirak dondurulub, krizis ortadadırvə hətta Ermənistanın səs hüququndan məhrum edilməsi məsələsi nəzərdən keçirilir;

-Yüksək səviyyəli siyasi dialoq: Mövcuddur, lakin daha çox ultimatum və narazılıqların çatdırılması üçün istifadə olunur;

-Sərhədçilər: İran və Türkiyə sərhədlərindəki rus sərhədçilərinin sıraları seyrəlib, lakin çıxarılma qərarı yoxdur. TRIPP layihəsinin icrası və Aİ ilə vizasız rejim İrəvanın sərhədlərinə özünün nəzarət etməsini şərtləndirir;

-Humanitar alanda isə böhran müşahidə olunmur. Ermənistanda "Rus Evi", "Sputnik" nümayəndəliyi, Rus Pravoslav Kilsəsi fəaliyyət göstərir. Turist axınının 40%-i Rusiyanın payına düşür, hər gün 35-40 aviasiya reysi həyata keçirilir və Rusiyada böyük erməni diasporu mövcuddur.

Fərhad Məmmədov iqtisadi göstəricilərdə böhranın artıq dərinləşdiyini diqqətə çatdırıb: "İkitərəfli əmtəə dövriyyəsi 2024-cü ildə rekord həddə - 12 milyard dollara çatmışdı (sanksiya malları, qızıl və brilyant daxil olmaqla). 2025-ci ildə bu rəqəm 8 milyard dollara düşdü. 2026-cı ilin birinci yarısında isə cəmi 2,63 milyard dollar təşkil edib. Bu templə ilin sonuna ticarət dövriyyəsi 4 milyard dollara qədər geriləyə bilər. Böhran göz qabağındadır".

Bununla belə, ekspert Rusiyadan Ermənistana bank pul köçürmələrinin hələlik stabil qaldığını (2025-ci ildə 3,87 milyard dollar, 2026-cı ilin yanvar-may aylarında 1,9 milyard dollar) bildirib.

Strateji aktivlərə gəlincə, politoloq "Qazprom" (qazın qiymətinin dəyişdirilməsi müzakirə olunur), AES (Ermənistan "Rosatom"dan Amerika modullu stansiyalarına keçmək niyyətindədir) və Cənubi Qafqaz Dəmir Yolları (CQDY) üzrə konsessiya idarəçiliyinin ləğvi mövzusunun müstəvidə olduğunu vurğulayıb.

Bəs burada Azərbaycanın rolu nədir?

Fərhad Məmmədov bildirib ki, 8 avqust 2025-ci il Vaşinqton sammitindən və 2025-ci ilin dekabrında ATƏT-in Minsk Qrupunun ləğvindən sonra Qarabağ mövzusu tamamilə gündəlikdən düşüb və sülh gündəliyi bərqərar olub: “Azərbaycanla sülh gündəliyi Ermənistana öz suverenlik səviyyəsini qaldırmaq üçün şərait yaratdı. Paşinyan hökumətinin bu resursdan necə və hansı istiqamətdə istifadə etməsi artıq öz işidir. Sülh gündəliyi Ermənistan üçün Azərbaycan və Türkiyə tərəfindən gələn təhlükələri neytrallaşdırdı – hansı ki, bu təhlükələr Rusiya ilə müttəfiqlik münasibətlərinin vacibliyini şərtləndirən əsas element idi”.

Politoloq Azərbaycanın yaratdığı yeni reallığın digər vacib məqamlarını da sadalayıb:

-Nəqliyyat alternativi: Azərbaycan və ABŞ ilə TRIPP layihəsinin razılaşdırılması Ermənistan ərazisində CQDY-nin nəzarət zonasından kənar dəmir yolunun tikintisinə zəmin yaratdı və İrəvanın dəmir yolu konssesiyasını dayandırmasını aktuallaşdırdı.

-Tranzit imkanı: TRIPP vasitəsilə Ermənistan Şərq-Qərb vektorunda tranzit funksiyasını yerinə yetirmək imkanı qazanır ki, bu da Rusiyanın iştirakının ziyanına nəqliyyat strategiyasını yenidən nəzərdən keçirməyə imkan verir.

-Enerji alternativi: Azərbaycandan Ermənistana benzin tədarükünün başlaması Rusiya tədarükünə alternativ yaradıb. Gələcəkdə digər enerji növlərinin də tədarükü mümkündür.

Azərbaycan Moskanı sıxışdırır?

Politoloq Fərhad Məmmədov vurğulayıb ki, baş verənlər Bakının xüsusi bir addımı kimi qiymətləndirilməməlidir: "Azərbaycan Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmır. Azərbaycan və Ermənistanın sülh gündəliyi regionda yeni reallıq yaradır və Ermənistanın suverenliyini artırır. Hökumət isə artan suverenlik resurslarından Rusiya ilə münasibətlərdə necə istifadə edəcəyini artıq özü müəyyənləşdirir. İndi yalnız Rusiyanın regiondakı yerini və rolunu təsbit etmək cəhdlərində nə qədər irəli gedəcəyini müşahidə etmək qalır".

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Avqust 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri