Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Moskva susarsa, Bakı buna məcbur qalacaq ŞOK TƏFƏRRÜAT

Moskva susarsa, Bakı buna məcbur qalacaq ŞOK TƏFƏRRÜAT

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mülki təyyarənin vurulmasının məsuliyyətindən yayınma nəyə gətirib çıxaracaq?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycana məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatını şərh etmək istəməyib. “Əlbəttə, bizim aidiyyəti idarələrimiz bunu (hesabatı - red.) çox diqqətlə, lazımi diqqətlə öyrənəcəklər. Rusiya Prezident Administrasiyasının bu mövzuda şərh verməsi mümkün deyil, biz bunu mümkün hesab etmirik”, - deyə Peskov bildirib.

“Rosaviasia” isə bildirib ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqatla bağlı dərc etdiyi hesabat ilkin xarakter daşıyır. Qeyd olunub ki, nəticələr yekun hesabatda təqdim olunacaq.

Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. 53 səhifəlik hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib. Azərbaycan hökumətindəki rəsmi mənbə “Reuters” agentliyinə bir sıra yeni faktlar açıqlayıb. Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın “Pantsir-S” raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş "Pantsir-S" raketinin qəlpəsi var", - mənbə bildirib.

“Hesabat dərc olunub. Bu gün Rusiya tərəfinin reaksiyasından ancaq yaxşı heç nə vəd etməyən media fəaliyyətini görmək olar, yəni bu hesabatın ayrı-ayrı hissələrinin kontekstdən çıxarıldığı, diqqəti Rusiya silahlarının təyyarəyə endirdiyi zərbədən mümkün qədər yayındırmaq üçün bir növ informasiya xəttinin formalaşdığı göz qabağındadır. Bu fraqmentlərin Rusiya tərəfinə təqdim edilməməsi ilə bağlı mediaya bəzi sızmalar gedir və s. Əgər Rusiya tərəfi Azərbaycan tərəfinə, hesabatda və Azərbaycan mətbuatında əksini tapmış bu fotoşəkillərə etibar etmirsə, deməli, bu, Rusiya tərəfindən Azərbaycana etimadın aşağı səviyyədə olmasının göstəricisidir. Hesab edirəm ki, Bakı da eyni yanaşmadan çıxış etməlidir. Biz bunu niyə Rusiya Federasiyasına göndərməliyik? Orada bizim sübutlarımızı dəyişdirə və saxtalaşdıra bilərlər”. Bunu Minval.az-a Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, proses şəffaf olub, “Qazaxıstan tərəfi Rusiya tərəfinin vicdanını inkişaf etdirəcəyi ümidi ilə prosesi şəffaflaşdırıb, lakin biz oradan bu insani keyfiyyəti hələ görməmişik”. “Azərbaycan həm media, həm də dövlət qurumları vasitəsilə nümayiş etdirdi ki, mövqeyini dəyişmir”, - deyən politoloq bundan sonrakı addımların Rusiyadan asılı olacağını vurğulayıb. “Hesab edirəm ki, əgər biz gözlədiyimizi əldə etməsək, gözləntilərimiz ədalətli və əsaslı olarsa, o zaman Azərbaycan bu prosesdə beynəlxalq iştirakda israrlı olacaq və beynəlxalq məhkəmələrə müraciət edə bilər”, - Məmmədov yekunlaşdırıb.

Ekspertlər bildirir ki, "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıqlamasından sonra da Rusiya tərəfi hadisəyə qərəzli yanaşmasını dayandırmır. Rusiya tərəfi bu məsələdə məsuliyyətini dərk etməlidir. Qazaxıstan tərəfdən hesabat yayılandan sonra Rusiyanın aidiyyəti qurumları, xüsusən də “Rosaviasia” məsuliyyətdən yayınmaq üçün əsassız açıqlamalarla çıxış edib. Bu məsələdə Rusiya mətbuatı da geri qalmır. Görünən budur ki, Rusiya tərəfi məsələni ört-basdır etmək, məsuliyyəti təyyarə heyətinin üzərinə atmaq istəyir. Bunu rəsmi qurumların, ayrı-ayrı şəxslərin açıqlamalarından, eləcə də Rusiya mətbuatında gedən materiallardan aydın görmək mümkündür.

Rusiya tərəfi bununla “Malayziya Boing-2" vəziyyəti yaratmaq niyyəti güdür. Xatırladaq ki, 2014-cü ilin iyulunda Amsterdamdan Kuala-Lumpura uçan, "Malaysia Airlines" aviaşirkətinə məxsus “Boinq-777" təyyarəsi Ukraynanın cənub-şərq hissəsində vurulmuş, təyyarənin göyərtəsində olan 298 nəfər həlak olmuşdu. Təyyarənin Rusiya tərəfindən işğal olunmuş Donbasın hava məkanında, məhz Rusiyaya aid silahla vurulması təsdiqlənsə də, Moskva bu günə qədər də məsuliyyəti öz üzərinə götürmür, əsassız yerə Ukraynanı günahlandırır.

Rusiya rəsmilərinin, ekspertlərinin və mətbuatının AZAL-ın təyyarəsi ilə bağlı addımları onların eyni taktikanı seçdiyini söyləməyə əsas verir. Lakin araşdırmaların nəticələri, qəzanın ardıcıllığı, faktlar və dəlillər başqa şey deyir.

Hesabatdan da göründüyü kimi, Azərbaycan təyyarəsi Qroznı üzərində atəşə məruz qalıb, ardıcıl bir neçə atəş açılıb, hava gəmisinin əsas idarəetmə sistemləri 05:13:32-də sıradan çıxıb, əlaqələndirici dispetçer isə “Kover” əməliyyatı barədə Qroznıya 8 dəqiqə sonra - 05:21:42-də məlumat verib. Burdan aydın olur ki, Azərbaycan tərəfinin və təyyarə ekipajının “Kover” əməliyyatından xəbəri ola bilməzdi. Bu da onu göstərir ki, Rusiya tərəfi məsələni gizlətmək istəyib.

Qazaxıstanın açıqladığı ilkin hesabatda açıq şəkildə qeyd olunub ki, hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə videoqeydiyyata alınıb. Həmin zədələr təyyarənin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.

Təyyarənin füzelyajında aşkar olunan zədələr kənar obyektlərin təsiri nəticəsində yaranıb. Hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.

Bu qədər açıq-aydın, faktlar və sübutlarla yazılmış hesabatın ardından Rusiya tərəfinin öz israrından dönmək istəməməsini anlamaq mümkün deyil.

Kənar obyektlərin təsirindən danışarkən vurğulamaq yerinə düşər ki, hazırda Çeçenistanın paytaxtı Qroznının Xankala qəsəbəsində yerləşən hərbi hissədə hadisə ilə bağlı istintaq davam edir. Azərbaycan təyyarəsinə atəşin məhz bu hərbi hissənin ərazisindən açıldığına dair məlumatlar var.

Atəş əmri verənlərin və atəş açanların kimliyi Azərbaycan tərəfinə bəllidir. Rusiyalı müstəntiqlər isə atəşin niyə açılmasının səbəblərini müəyyənləşdirmək istəyir, dindirmə zamanı məhz bu suala cavab almağa çalışırlar.

Azərbaycan tərəfinə atəşin hansı silahdan açıldığı da məlumdur. Azərbaycan hökumətindəki mənbə fevralın 4-də “Reuters” agentliyinə bildirib ki, təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi ilə vurulub.

“Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş "Pantsir-S" raketinin fraqmenti var", - deyə mənbə bildirib.

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycanın mülki təyyarəmizin vurulması ilə bağlı sübutları Beynəlxalq Cinayət Məhkəməsinə təqdim etmək və Rusiyaya qarşı iddia qaldırmaq hüququ var. Belə görünür ki, Rusiya tərəfi bu hadisədə məsuliyyəti üzərindən atmaq niyyətindədir. Ona görə də Azərbaycan Rusiyaya konkret xəbərdarlıq edə bilər ki, bizə Beynəlxalq Məhkəməyə müraciət etməkdən başqa yol qoymursunuz: “Bu qədər fakt, sübut və dəlillər ortada olduğu halda Rusiyanın məsələni başqa istiqamətə yönəltmək niyyəti, günahı ekipajın üzərinə atmaq cəhdləri acı təəssüf doğurur. Əslində Rusiyadan gözlənən elə bu idi. Lakin Rusiya tərəfi unutmasın ki, ortada kifayət qədər maddi sübutlar var, bu cinayətin məsuliyyətindən yayınmaq mümkün deyil. Araşdırmalarda Qazaxıstanla yanaşı, Azərbaycan, Rusiya və istehsalçı ölkə olan Braziliyadan olan mütəxəssislər də iştirak edir. İlkin hesabatda əksini tapmış məqamlar Rusiya tərəfinə də məlumdur.

Azərbaycanın şərtləri, nə istədiyi bəllidir və bunlar ali səviyyədə də elan edilib. Artıq qeyd olunduğu kimi, Azərbaycanın əlində təyyarənin vurulduğu “Pantsir-S” raketlərinin hissələri də var. Sübut bazası formalaşır, faktlar, dəlillər toplanır və beynəlxalq məhkəməyə müraciət etmək istiqamətində hazırlıq işləri aparılır.

Bununla belə, Azərbaycan Rusiya ilə dialoq üçün qapıları bağlamayıb. Moskva öz günahını açıq şəkildə etiraf edib məsuliyyəti üzərinə götürməlidir. Əks halda, məsələnin məhkəmələr müstəvisinə çıxacağı üçün dəlillər yetərincədir". /musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Fevral 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see186

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see144

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see144

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see140

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see132

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri