“Moskvada generalın avtomobili partladıldı: Rusiya Baş Qərargahının yüksək rütbəli zabiti həlak oldu“ “Deutsche Welle“
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Hadisə Rusiya paytaxtında təhlükəsizliklə bağlı ciddi suallar doğurur..."
Rusiyanın paytaxtı Moskvada yüksək rütbəli hərbçiyə qarşı həyata keçirilən partlayış ölkə daxilində ciddi rezonans doğurub.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
Hadisənin başvermə anı və ilkin məlumatlar
Bazar ertəsi, 22 dekabr səhər saatlarında Moskvanın cənubunda - Orexovo-Borisovo rayonu, Yasenevaya küçəsində yerləşən yaşayış binasının yaxınlığında "Kia Sorento" markalı avtomobil partladılıb. Rusiyanın "Baza", "Mash" "Teleqram- kanalları" və 112-nin məlumatına görə, hadisə təxminən saat 07:00-da baş verib.
Avtomobil cəmi bir neçə metr hərəkət etdikdən sonra güclü partlayış qeydə alınıb. Nəticədə təkcə həmin avtomobil deyil, yaxınlıqda dayanmış digər maşınlar da zədələnib. İlkin məlumatlarda sürücünün ağır yaralandığı bildirilsə də, daha sonra avtomobildə olan şəxsin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat hazırlığı idarəsinin rəisi, general-leytenant Fanil Sərvərov olduğu rəsmən təsdiqlənib.
Fanil Sərvərov kim idi?
Araşdırmalar göstərib ki, partlayışa məruz qalan 2013-cü il buraxılışlı "Kia Sorento" avtomobili məhz Fanil Sərvərovun adına qeydiyyatda olub. "Dojd" telekanalının sızdırılmış məlumat bazalarına istinadən yaydığı xəbərə görə, Sərvərovun Yasenevaya küçəsində partlayışın baş verdiyi ünvanda mənzil payı da mövcud idi. Fanil Sərvərov Rusiya hərbi iyerarxiyasında mühüm mövqeyə malik fiqur sayılırdı.
O, 1992-2003-cü illərdə Çeçenistanda və osetin-inquş münaqişəsində, 2015-2016-cı illərdə isə Suriyada Rusiya ordusunun hərbi əməliyyatlarında iştirak edib. Daha sonra isə Rusiya ordusunun ali zabit heyətinin planlaşdırılması və əməliyyat hazırlığına cavabdeh olan struktura rəhbərlik edib.
Bir sıra nəşrlər, o cümlədən "Proyekt" nəşri Sərvərovun Ukraynaya qarşı müharibənin planlaşdırılmasında mühüm rol oynadığını vurğulayır.
İstintaq versiyaları və rəsmi mövqe
Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı "ümumi təhlükəli üsulla törədilmiş qətl" maddəsi üzrə cinayət işi açıldığını açıqlayıb. Rəsmi məlumatda bildirilir ki, partlayış avtomobilin alt hissəsinə əvvəlcədən yerləşdirilmiş qurğunun işə düşməsi nəticəsində baş verib. Sərvərov ağır xəsarətlər alıb və xəstəxanada həyatını itirib.
Hazırda şahidlər dindirilib, müşahidə kameralarının görüntüləri araşdırılır. İstintaq bir neçə versiya üzərində işləyir. Onlardan biri qətlin Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəli ola biləcəyi ehtimalıdır. Lakin bu iddia hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Qeyd edək ki, bu, Moskvada yüksək profilli fiqurlara qarşı son aylar ərzində qeydə alınan ilk partlayış deyil. Dekabrın əvvəlində Yeni Moskva ərazisində raket texnologiyaları üzrə mütəxəssisə məxsus "Land Cruiser Prado" markalı avtomobil də partladılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 22 Dekabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















