Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Moskvada imzalanacaq saziş Bakının da diqqət MƏRKƏZİNDƏDİR

Moskvada imzalanacaq saziş Bakının da diqqət MƏRKƏZİNDƏDİR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

İran prezidenti Məsud Pezeşkian qarşıdakı həftə Rusiyaya səfər edəcək.

Modern.az-ın məlumatına görə, səfər çərçivəsində Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.

Görüş zamanı Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişin imzalanması nəzərdə tutulub. Yeni sənəd 2001-ci ildə imzalanan sazişi əvəz edəcək və Qərblə kəskin münaqişə kontekstində Moskva ilə Tehran arasında münasibətlərin səviyyəsini yüksəldəcək.

Ekspertlər ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi ərəfəsində Pezeşkianın səfərinə xüsusi diqqət yetirir.

Qeyd edək ki, Trampın hakimiyyətə gəlməsindən sonra İrana qarşı sərt addımlar atılacağı və hətta İranın nüvə obyektlərinə hücum ediləcəyi istisna edilmir. Səfər çərçivəsində Rusiya və İran yaxınlaşma istiqamətində qəti addım atılacaq.

İranın diplomatik mənbələrinin “Kommersant”a verdiyi məlumata görə, səfər çərçivəsində prioritetlərdən biri Moskva ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq olacaq. 

Keçən ilin iyul ayında sələfi İbrahim Rəisinin təyyarə qəzasında ölümündən sonra prezident seçilən Pezeşkian hakimiyyətdə olduğu ilk günlərdən Moskva ilə kəskin yaxınlaşmağa başlayıb və Rusiyanın ali rəhbərliyi ilə şəxsi əlaqələri intensivləşdirib.

Ötən ilin sentyabrında Məsud Pezeşkian İran paytaxtına qəfil səfər edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib. Görüş zamanı Pezeşkian qeyd edib ki, yeni yaradılmış İran hökuməti Rusiya ilə ikitərəfli münasibətlərin səviyyəsinin yüksəldilməsi üzərində ciddi iş aparmağa davam edəcək. Şoyqu ilə danışıqlardan sonra İran prezidentinin internet saytında “Tehranla Moskva arasında münasibətlərin daimi və davamlı şəkildə inkişaf edəcəyi və Qərbin İran və Rusiyaya tətbiq etdiyi sanksiyaların azaldılmasına kömək edəcəti” bəyan edilib.

Oktyabr ayında Məsud Pezeşkian Kazanda keçirilən BRİKS sammitində iştirak edib və burada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Rusiya liderini “dostum” adlandıran Məsud Pezeşkian ümid etdiyini bildirib ki, Rusiya Federasiyası ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi “ən ilk fürsətdə tərəflərin razılaşdırdığı tarixdə” imzalanacaq.

Yeni il ərəfəsində hər iki tərəf sazişin mətninin razılaşdırılması üzrə işlərin başa çatdığını və yaxın vaxtlarda yeni Rusiya-İran sammitinin keçiriləcəyini açıq şəkildə bəyan edib.

Sənədin tam mətni gələ açıqlanmasa da, artıq Moskva və Tehran mətbuatına sazişin bir sıra müddəaları sızdırılıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov "RİA Novosti" agentliyinə müsahibəsində deyib ki, yeni saziş Moskva və Tehranın təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq istəyini təsbit edəcək. “Əlbəttə, belə əhatəli sənədin həm də beynəlxalq komponenti var. Sənəd digər məsələlərlə yanaşı, regional və qlobal səviyyədə sülh və təhlükəsizlik maraqları naminə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə xüsusi diqqət yetirir və Moskva və Tehranın təhlükəsizlik, müdafiə, terrorizmlə mübarizə və digər sahələrdə daha sıx əməkdaşlıq etmək istəyini təsbit edir”, - Sergey Lavrov əlavə edib.

İran diplomatik mənbəsinin “Kommersant”a verdiyi məlumata görə, sazişin mühüm hissəsi ticarət, iqtisadi və enerji əməkdaşlığı, həmçinin müdafiə və təhlükəsizliklə bağlı məsələlərdə tərəfdaşlıq olacaq.

“Sazişin hazırlanması prosesi hələ 2014-cü ildə başlayıb və İran İslam Respublikasının bir sıra hökumətləri dövründə davam edib. İmzalanma üçün hazırlanan sənəd əslində iki ölkə arasında 2001-ci ilin sonunda imzalanmış Uzunmüddətli Əməkdaşlıq Sazişinin yenilənmiş variantıdır. Bu müqavilə qüvvəyə mindiyi 2003-cü ildən on illik müddətə, yəni 2013-cü ilə qədər qüvvədə olub və sonra bu sənəd avtomatik olaraq beş illik müddətə uzadılıb. Hazırda bu sənəd İran və Rusiya arasında əməkdaşlığın əsası olaraq qalır. Bununla belə, son iki-üç onillikdə İran və Rusiyanın müxtəlif sahələrdə əməkdaşlığını dövrün yeni tələblərinə uyğun olaraq genişləndirdiyini, əlaqələrimizin yüksələn səviyyəsini və miqyasını nəzərə alsaq, əvvəlki sənədi yeniləməyə ehtiyacımız var”, - İrandakı mənbə bildirib.

Artıq qeyd etdiyimiz kimi, saziş ABŞ və İsrailin İrana hücum barədə müzakirələr fonunda imzalanır. “The Wall Street Journal” qəzeti məlumatlı mənbələrə istinadən yazıb ki, Donald Tramp vəzifəyə gəldikdən sonra nüvə silahının yaradılmasının qarşısını almaq üçün İrana qarşı qabaqlayıcı hava zərbələri endirmək imkanını nəzərdən keçirir. ABŞ-ın yeni seçilmiş prezidenti “Time” jurnalına verdiyi son müsahibəsində isə İranla müharibə ehtimalını istisna etməyib.

Beləliklə, Rusiya-İran Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin ilk sınağı ABŞ-ın ehtimal olunan hücumu olacaq. Həmçinin, Qərb paytaxtlarında Rusiya və İran arasında yaxınlaşma diqqətlə izlənilir.

Bakı və Ankarada da Pezeşkianın səfəri diqqət mərkəzindədir. Azərbaycanın hər iki ölkə ilə münasibətlərində son aylarda gərginlik yaranıb. Suriyadakı hadisələr isə Moskva və Tehranda Ankaraya qarşı narahatlıq yaradıb. Yeni imzalanan İran-Rusiya sazişini, heç şübhəsiz Bakı və Ankara da diqqətlə izləyəcək...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Yanvar 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri