Moskvada “Vahid Rusiya” partiyasının XXII qurultayı keçirilib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyada iqtidarda olan “Vahid Rusiya” partiyasının XXII qurultayı keçirilib.
APA-nın Moskva bürosu xəbər verir ki, qurultay “Rusiya” Milli Mərkəzində ölkənin bütün regionlarından olan nümayəndələri bir araya toplayıb.
Əsas mövzular ötən ilin yekunlarına yekun vurulması və partiyanın strateji sənədlərinə dəyişikliklərin edilməsi olub. Qurultayda ümumi və ali şuraların tərkibi yenilənib, nizamnaməyə və xalq proqramına dəyişikliklər edilib. Proqramın yeni bölməsi xüsusi hərbi əməliyyatların iştirakçılarına və onların ailə üzvlərinə dəstək verməyə həsr olunub.
Bundan əlavə, partiya pensiyaların indeksləşdirilməsi, məşğulluq xidmətində islahatların aparılması, süni intellektin və fond bazarının inkişafı ilə bağlı öhdəlik götürüb.
Rusiya prezidenti Vladimir Putin də nümayəndələr qarşısında çıxış edib. O, ölkənin təhlükəsizliyinin və suverenliyinin təmin edilməsinə verdikləri töhfəyə görə partiya üzvlərinə minnətdarlığını bildirib. Dövlət başçısı “Vahid Rusiya”dan olan deputatların xüsusi hərbi əməliyyatda iştirakını və yeni regionlara göstərdiyi yardımı qeyd edib.
Baxış sayı:132
Bu xəbər 14 Dekabr 2024 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















