Icma.az
close
up
RU
Moskvada yaşayan söz savaşçımız

Moskvada yaşayan söz savaşçımız

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moskvada yaşayan azərbaycanlı şair-publisist, Qarabağ davası başlayandan bu ölkədə düşmən qüvvələrlə mübariz söz savaşçılığı edən Əliş Əvəzin 70 yaşı tamam olur. Ömrünün 40 ildən çoxunu Rusiya paytaxtında keçirən soydaşımızın yaradıcılıq bioqrafiyası daim doğma Vətənlə bağlı olub.

Onunla ilk dəfə 10 il əvvəl Azərbaycan Mətbuat Şurasının “Tanıyaq, tanıdaq” layihəsi çərçivəsində görüşdə tanış olmuşduq. O zaman tələbə yoldaşları, dostları Əliş Əvəzin Vətənimizi xaricdə layiqincə təmsil edən ziyalı kimi diaspor fəaliyyətindən, ədəbi-publisistik yaradıcılığından ətraflı söhbət açılmış, uğurları diqqət mərkəzində olmuşdu.

Əliş Əvəz oğlu Qasımov 1956-cı il iyulun 1-də qədim Bərdə torpağında, Tərtər çayının sahilində dünyaya göz açıb. Qayğısız uşaqlığı Piyadalar kəndində və Kəlbəcər yaylaqlarında keçib. Aranlı-dağlı Qarabağın gözəlliklərini yeniyetməlik illərindən nəzmə çəkib.

Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olan Əliş Əvəz yuxarı kurslarda təhsilini Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində davam etdirib. Təyinatla qayıtdığı Bakıda müvafiq iş alması düyünə düşdüyündən məzunu olduğu ali məktəbə qayıdıb. Moskvada ona iş tapılıb, uzun illər Rusiyanın müxtəlif mətbuat orqanlarında çalışıb. Hazırda Rusiya Federasiyası Dövlət Tarix Muzeyinin əməkdaşıdır.

Onun rus dilində ilk mətbu yazıları “Şimal gəncləri” (1983), “Komsomolskaya pravda” (1984) qəzetlərində işıq üzü görüb. Həmyerlimiz daha sonralar yazdığı “Oksford ensiklopediyaçısına cavab”, “Qarabağ haqqında həqiqət”, “İnsanlıq borcu, şərəf və vicdan haqqında”, “Xocalı soyqırımı – sivilizasiya mifinin ifşası”, “Milli məsələ Rusiyanin baş küçəsidir” kimi məqalələrində, Rusiya Federasiyası Dövlət Dumasının deputatları ilə müsahibələrində xalqımızın maraqlarına uyğun həqiqət çarçılığı edib.

Bakıda 20 Yanvar faciəsi törədilən vaxt Əliş Əvəz Moskvada azərbaycanlıların etiraz nümayişində, faciənin miqyasını əks etdirən vərəqələrin dərc olunub yayılmasında fəallıq göstərib, daha sonra Xocalı soyqırımı ilə bağlı Rusiya mətbuatında kəskin məqalələri çıxıb.

Dostu Vasif Məmmədovun dediyinə görə, Əliş Əvəz Xocalı faciəsindən dərhal sonra Moskvadan birbaşa cəbhə xəttinə gedib və könüllü vuruşmaq istədiyini bildirib. Jurnalist olduğunu bilən könüllülər taborunun komandiri “Sən qələminlə vuruş!” deyərək onu geri qaytarıb. O vaxtdan qələmi ilə savaşa qalxıb Əliş Əvəz.

Soydaşımız Rusiyada Azərbaycan dilli mətbuatın təşəkkülündə mühüm xidmətlər göstərib. Yeni əsrin əvvəllərində Moskvada “Azərbaycanın səsi”, “Azərbaycan diasporu”, “Asudə vaxt”, “AzerRos”, “Azərbaycan konqresi” adlı nəşrlərin yaranmasında və pərvərişində yaxından iştirak edib. Ümumrusiya “Diaspora inform” qəzetinin təsisçisi və baş redaktoru olub. “Azərbaycanın səsi” qəzetinin direktoru və redaktoru, “AzerRos” qəzetinin şef-redaktoru və Azərbaycan variantının baş redaktoru kimi çalışıb. O, eyni zamanda, Almaniyanın Dortmund şəhərində Güney azərbaycanlıları diasporunun bərpa etdiyi “21 Azәr” jurnalının Moskva təmsilçisi vəzifəsini yerinə yetirib, jurnala maraqlı məqalələr yazıb.

Əliş Əvəz 2000-ci ildən Moskvada fəaliyyət göstərmiş, əsasını mərhum Rafiq Sarıvəllinin qoyduğu “Şəhriyar” ədəbi-ictimai cəmiyyəti idarə heyətinin üzvü və ədəbi əlaqələr üzrə katibi olub. O, Azərbaycan və Rusiya Yazıçılar və Jurnalistlər birliklərinin, eləcə də Beynəlxalq Jurnalistlər Federasiyasının, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvüdür. Şair-publisist kimi Rusiya Kosmonavtlar Federasiyasının “Kərim Kərimov medalı (2007), Rusiya YB-nin Vladimir Mayakovski ordeni (2011) ilə təltif olunub.

Yaradıcılığını qoşa qanad kimi jurnalistika və poeziya sahəsində davam etdirən Əliş Əvəzin “Qayıdın” adlı ilk şeiri hələ 1981-ci ildə Bərdə rayon qəzetində oxuculara təqdim edilib. Onun poetik fəhmi tədricən daha da yetkinləşib. “Ana Tәrtәr” (Moskvada Azərbaycan dilində çıxmış ilk şeirlər toplusu), “Dünyanın iki qapısı” şeirlər və poemalar kitabının müəllifidir. Onun poetik yaradıcılığı barədə Rafiq Sarıvəlli, Ağa Laçınlı, Kamil Vəli Nərimanoğlu, Əbdül Hüseynov, Əflatun Amaşov, Hüquq Yaquboğlu, Əşrəf Hüseynli, Vasif Məmmədov, Ramin Məmmədov, Şükufə İsmayılova və başqaları məqalələr yazıb dərc etdiriblər.

Moskvada yaşayıb yaradan tanınmış yazarlardan Çingiz Hüseynov və Abuzər Bağırovun kitablarında da Əliş Əvəzin ədədi yaradıcılığından söz açılıb. Onun poeziyasına xas olan humanizm, vətənsevərlik, bəşərilik, lirizm, fəlsəfi-mistik qavram (“İlahiyyələr” silsiləsi, “Qərib yuxular” poeması) ətraflı təhlil edilib.

Taleyinə qürbətdə yaşamaq sınaqları düşən şair orada nə qədər uğura nail olsa da, Vətən həsrətini həmişə qəlbində gəzdirir:

Bu nə mənzil, nə qismət?
Bu nə yazı, nə kəsmət?
Səhrayam suya həsrət,
İlğımlar mənim ahım...

Amma o Tanrının qismətinə şükranlıq etməyi də unutmur:

Yolsuzluğa üz tutub
Getdim yenə...
Əl açdım sonsuz göylərə:
Tanrım, məsləhət sənindir,
Əzablar qaildir mənə!

Qərib şairin Moskvada keçirilən yubileylərində Tofiq Məlikli, Nəsib Nəbioğlu, Sultan Mərzili və başqa qələmdaşları onun fəaliyyətini, yaradıcılığını hər zaman ürəklə tərifləyib, ən xoş sözlər söyləyiblər. Elə şairin Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr etdiyi himni bu doğmalıq duyğularından qaynaqlanır.

Sonda qələm dostumuz Əliş Əvəzə yubileyi münasibətilə təbriklərimizi çatdırır və onun ömrün müdriklik zirvəsi haqqında yazdığı şeirini oxuculara təqdim edirik.

Əli NƏCƏFXANLI
XQ

70 YAŞIM

Onsuz da yaşamaq olmur doyunca,
Nə yaxşı ki, yaşı yetmişəm indi.
Yol gəlmişəm ötən illər boyunca,
Deyəsən, sərhədə yetmişəm indi.

Gündüzümlə gecəm, sanki, ötüşür,
Son haçandır bilmir ömür özü də.
Yollar sona yetir, meyvə yetişir,
Təsadüf deyilmiş yetmiş sözü də.

Bu dünya evinə o gün gələndə
Çoxu çox görsəm də, azı götürdüm.
Tamahkar nəfslərdən iblis güləndə
Könlümü qələmə, yazıya verdim.

Bilmirəm harada gəlib saxladım,
Sürüb karvanımı hara gətirdim.
Əfsus, azca güldüm, bolca ağladım,
Doğmalar itirdim, dostlar itirdim.

Hanı məğrur atam, mehriban anam -
Məni bu dünyaya gətirən mələk?!
İstərəm yad edəm, bir sözün, anam:
“Görüm taxtın yansın, a qanlı fələk!”

Yaşamaq şirinmiş, istəyə bir bax:
Yüzü də, mini də kaş ötə biləm.
Axır adlanan son məkana ancaq
Əzizlər yaşaya, mən özüm gələm.

Xəyallarda neçə dağlar aşıram,
Gedib-gedib bəzən uşaqlaşıram.
Daha gedənlərə yaxınlaşıram,
Daha qalanlardan uzaqlaşıram.

Əliş ƏVƏZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2026 01:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri