Icma.az
close
up
RU
Moskvanın eks naziri, sabiq bank işçisi KONKRET

Moskvanın eks naziri, sabiq bank işçisi KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Sabiq nazir Oqtay Şirəliyev uzun illər Azərbaycan səhiyyəsinin idarə olunmasında əsas fiqurlardan biri olub. Onun vəfatı ilə bağlı qəfil xəbər sosial şəbəkələrdə ictimai müzakirələr yaradıb. O.Şirəliyev Azərbaycanın səhiyyə tarixində bu vəzifədə ən uzun müddət çalışmış eks-nazirdir.

Keçmiş nazirin həyatdan köçməsi ilə yanaşı, ailə üzvləri də – xüsusulə övladları – medianın və ictimaiyyətin diqqətinə düşüb. Oqtay Şirəliyevin övladları kimdir? Onlar nə işlə məşğuldur?

Xatırladaq ki, Oqtay Şirəliyev 20 oktyabr 2005-ci ildə səhiyyə naziri təyin edilmiş, 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad olunmuşdu. O bu yaxınlaradak Respublika Diaqnostika Mərkəzinə rəhbərlik edirdi

KONKRET.az modernaz-a istinadən xəbər verir ki, mərhum eks-nazirin üç övladı haqqında məlumat var: iki oğlu, bir qızı

Məlumatlara görə, Oqtay Şirəliyevin ilk həyat yoldaşı 1994-cü illərdə vəfat edib.


Sabiq nazirin 1974-cü il təvəllüdlü qızı Nərmin Şirəliyeva Bakıdakı 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi bitirib. 1991-1996-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsində kulturologiya üzrə ali təhsil alıb. 1996-cı ildə “Kultura” qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlayıb. “Kultura” ilə yanaşı, o, Moskvada nəşr olunan digər populyar qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirib.

Daha sonra N.Şirəliyevanın yolu televiziya sahəsinə yönəlib. Belə ki, o, 1998-ci ildə Rusiyanın dövlət telekanalı olan “Kultura”da müxbir təyin olunub. Sonralar “Kultura” telekanalında şef-redaktor, icmalçı, “Mədəniyyət yenilikləri” proqramının aparıcısı işləyib.

2001-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasına daxil olub, 2004-cü ildə isə “Rusiya və Fransanın mədəni əlaqələri” mövzusunda namizədlik dissertasiyası  müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

Nərmin Şirəliyeva 1997-ci ildə Rusiyanın məşhur televiziya və kino rejissoru, ssenarist Yevgeni Ginsburqla ailə həyatı qurub.

1999-cu ildə ailədə oğlan uşağı dünyaya gəlib və ona Aleksandr adı verilib.

Kinorejissorun azərbaycanlı xanımla evliliyi 14 il sürüb. 2012-ci ilin yanvarında Yevgeni Ginsburq insultdan vəfat edib.

Nərmin Şirəliyeva 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının üzvüdür. 2013-cü ilin fevralında o, Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postuna təyinat alıb. N.Şirəliyeva 2018-2020-ci illərdə Moskva vilayətinin mədəniyyət naziri vəzifəsində işləyib.

Hazırda o, Rusiya XİN-in strukturlarından biri olan “Rossotrudniçestva” rəhbərinin müşaviri postunu tutur.
Bununla yanaşı o, 2018-ci ilin fevral ayından MDBMİ-nin Beynəlxalq Jurnalistika kafedrasınıda dərs deyir, professordur.


Sabiq naziri böyük oğlu – 1978-ci il təvəllüdlü Murad Şirəliyev Azərbaycan İnşaat Mühəndisləri Universitetində (1994-1998) bakalavr təhsili alıb. Ardınca bu universitetdə “İqtisadiyyat və idarəetmə” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib alıb. Murad Şirəliyev 2005-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.

M.Şirəliyev 2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. 2000-ci ildən həm də bank sektorunda işə düzəlib, 2005-ci ildə “Kapital Bank” ASC-nin İdarə Heyətinə seçilib.
Daha sonra 2015-ci ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər “Azərbaycan Beynəlxalq Bank” ASC-də İdarə Heyətinin sədr müavini vəzifəsini tutub.

Murad Şirəliyevin Beynəlxalq Bankdan gedəndən sonra Almaniya şirkəti olan “Solaris GmbH”də rəhbər vəzifədə çalışdığı bildirlir. Ardınca o, “Azərsığorta” şirkətində sədrin müşaviri olub və 2022-ci ildə buradan da istefa verib.


Oqtay Şirəliyevin digər oğlu Kazım Şirəliyevin özəl sektorda çalışdığı barədə məlumatlar var. 2017-ci ildə K.Şirəliyevə “Bilgah Beach Hotel”də dəbdəbəli toy mərasimi keçirldiyi və onun biznesmen ailəsinin qızı ilə evləndiyi barədə məlumat yayılmışdı.

O.Şirəliyevin digər övladları barqədə məlumat əldə etmək mümkün olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri