Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Moskvanın “sürprizlər”i tükənir

Moskvanın “sürprizlər”i tükənir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Ermənistan Qərbə doğru dönüşünün bədəlini necə “ödəyəcək”?

Ermənistanla Rusiya arasındakı gərginlik artıq yalnız kənd təsərrüfatı məhsullarının idxalına qoyulan məhdudiyyətlər həddini keçib. Moskva rəsmi açıqlamalarında fitosanitar təhlükəsizlikdən, məhsulların keyfiyyətindən və Avrasiya İqtisadi İttifaqının (Aİİ) tələblərinə riayət olunmasından danışır.

Lakin hadisələrin ardıcıllığı və Rusiyanın siyasi dairələrindən gələn mesajlar məsələnin texniki çərçivədən geniş olduğunu göstərir. Xüsusən Ermənistanın Qərblə yaxınlaşdığı bir vaxtda Moskvadan səslənən bəyanatlar göstərir ki, Rusiya İrəvanın xarici siyasət kursunu iqtisadi münasibətlərdən ayrı tutmur.

Bu baxımdan Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin birinci müavini Aleksey Çepanın avqustun 25-də verdiyi açıqlama xüsusi diqqət çəkir. Çepa Ermənistanın Qərbə doğru kursunu davam etdirməsinin Rusiya ilə iqtisadi münasibətlərə təsirsiz ötüşməyəcəyinə, Moskvanın İrəvana təqdim etdiyi güzəşt və imtiyazları geri götürə biləcəyinə işarə edib. Onun “sürprizlər” ifadəsi isə heç də emosional ritorika kimi görünmür. Əksinə, Moskvanın İrəvana siyasi mesajını kifayət qədər açıq ifadə edir: “Rusiya ilə münasibətlərdə əldə edilmiş iqtisadi üstünlüklər avtomatik və əbədi deyil”.

Ermənistan Rusiyanın siyasi və təhlükəsizlik orbitindən uzaqlaşaraq Qərbə doğru irəlilədikcə, Moskvanın əvvəlki iqtisadi güzəştləri qorumaq marağı da zəifləyir. Beləliklə, Ermənistanın xarici siyasət seçimi yalnız diplomatik məsələ deyil, Rusiya ilə iqtisadi münasibətlərin gələcəyini müəyyənləşdirə biləcək amilə çevrilir.

Bunların fonunda Moskva kənd təsərrüfatı məhsullarına tətbiq edilən məhdudiyyətləri siyasi qərar kimi təqdim etmir. “Rosselxoznadzor” Ermənistan məhsullarında karantin orqanizmlərinin və bitki xəstəliklərinin aşkarlanmasını, istehsalçılar tərəfindən effektiv keyfiyyət nəzarətinin təmin edilməməsini əsas səbəb kimi göstərir. Rusiya tərəfi bildirir ki, məqsəd siyasi təzyiq göstərmək deyil, Rusiya bazarına təhlükəsiz və Aİİ standartlarına cavab verən məhsulların daxil olmasını təmin etməkdir. Rusiya Xarici İşlər Nazirliyi də bu mövqeni müdafiə edir.

Məsələyə siyasi prizmadan baxmaq qaçılmazdır. İlk baxışdan söhbətin yalnız ayrı-ayrı məhsullarda aşkarlanmış pozuntulardan getdiyini qəbul etmək mümkündür. Lakin, eyni zamanda, sual yaranır: niyə məhdudiyyətlərin dairəsi məhz bu dövrdə genişlənir? Niyə fitosanitar tədbirlər Ermənistanın Qərblə münasibətlərini dərinləşdirdiyi, Moskva ilə siyasi məsafənin isə artırdığı mərhələyə təsadüf edir? Və nəhayət, niyə Rusiya siyasi elitasının nümayəndələri eyni vaxtda, Ermənistanın Qərbə inteqrasiyasının iqtisadi nəticələri barədə xəbərdarlıqlar səsləndirirlər?

Bu sualların cavabı Ermənistanın son illər dəyişən xarici siyasət kursunda axtarılmalıdır. İrəvan bir tərəfdən Rusiya ilə iqtisadi əlaqələri, Aİİ üzvlüyünü və Rusiya bazarına çıxışı qorumağa, digər tərəfdən isə Aİ və Qərb dövlətləri ilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində münasibətləri genişləndirməyə çalışır. Ermənistan bunu paralel siyasət kimi təqdim edir. Moskva isə görünür, artıq bu yanaşmaya əvvəlki kimi baxmır. Rusiya üçün məsələ yalnız Ermənistanın başqa dövlətlərlə əməkdaşlıq etməsi deyil. İrəvanın Qərblə siyasi və institusional yaxınlaşması Moskvanın Cənubi Qafqazdakı təsir imkanlarının azalması kimi qiymətləndirilir. Buna görə iqtisadi münasibətlər tədricən siyasi münasibətlərin bir hissəsinə çevrilir.

Çepanın “sürprizlər” barədə xəbərdarlığı məhz bu mənzərəni tamamlayır. Moskvanın siyasi dairələrindən gələn mesaj artıq kifayət qədər açıqdır: Ermənistan Qərbə inteqrasiya yolunu seçirsə, Rusiya ilə münasibətlərdə əldə etdiyi iqtisadi üstünlüklərin əvvəlki qaydada davam edəcəyinə zəmanət yoxdur.

Üstəlik, bu mesajın arxasında ciddi iqtisadi asimmetriya dayanır. Təqdim olunan rəqəmlərə görə, Ermənistanın Rusiyanın ümumi xarici ticarətində payı 0,9 faizdən çox deyil. Rusiyanın Ermənistanın xarici ticarətində payı isə 27,5 faizdir. Bununla bağlı Rusiya XİN-in MDB ölkələri üzrə Birinci Departamentinin direktoru Mikael Aqasandyan bildirib: “Bu, hər hansı kritik sarsıntıya gətirib çıxarmır. Çünki Rusiyanın xarici ticarətində Ermənistanın payı o qədər də yüksək deyil. İrəvanın Belarus, Qazaxıstan və Qırğızıstanla ticarət dövriyyəsi isə cüzidir”.

Başqa sözlə, iki ölkə arasında iqtisadi asılılıq eyni deyil. Ermənistan üçün Rusiya bazarının itirilməsi Moskva üçün Ermənistan bazarının itirilməsindən daha ağrılıdır. Ona görə də söhbət yalnız kənd təsərrüfatı ixracından getmir. Əgər Moskva güzəştləri mərhələli şəkildə yenidən nəzərdən keçirmək qərarına gəlsə, proses enerji, ticarət, investisiya, logistika və digər sahələrə də yayılacaq. Bu halda bugünkü fitosanitar məhdudiyyətlər daha böyük siyasi-iqtisadi qarşıdurmanın yalnız ilk mərhələsi kimi görünə bilər.

Ümumiyyətlə, hazırkı qarşıdurmanın mərkəzində pomidor, üzüm və ya süd məhsulları dayanmır. Onlar daha böyük prosesin görünən hissəsidir. Əsas məsələ Moskva ilə İrəvan arasında münasibətlərin gələcək modelidir. Ermənistan qarşısında indi asan seçim yoxdur. Rusiya ilə mövcud iqtisadi üstünlükləri qorumaq üçün əvvəlki balansı saxlamaq lazım gələcək. Qərbə doğru daha sürətli inteqrasiya isə Rusiya bazarından və Aİİ mexanizmlərindən asılılığın azaldılmasını tələb edir. Hər iki istiqaməti paralel davam etdirmək isə Moskvanın sərtləşən mövqeyi fonunda getdikcə çətinləşir. İndi Ermənistanda ölkənin Qərbə dönüşünün bədəlini Rusiyaya necə “ödəyəcəyi” sualı da aktuallaşıb.

Beləliklə, Ermənistan–Rusiya münasibətlərində yeni mərhələnin əsas mübarizə xətti artıq ticarət deyil, geosiyasi seçimdir. Çepanın “sürprizlər” xəbərdarlığı bu seçimin iqtisadi tərəfini üzə çıxarır. Moskvanın mesajı sadədir: Ermənistanın Qərbə dönüşü davam edəcəksə, Rusiya ilə münasibətlərdə əldə edilmiş güzəştlər əvvəlki kimi toxunulmaz qalmayacaq.

Yerevan üçün əsas sual da elə budur. Qərbə doğru siyasi dönüşün iqtisadi qiyməti nə qədər olacaq və Ermənistan həmin qiyməti ödəməyə hazırdırmı?

Cəsarət HÜSEYNZADƏ,
siyasi icmalçı

Son aylar Rusiya Ermənistandan idxal olunan kənd təsərrüfatı mallarına müəyyən məhdudiyyətlər qoyub. Burada söhbət artıq yalnız fitosanitar məhdudiyyətlərdən deyil, Rusiya–Ermənistan münasibətlərinin dəyişən siyasi modelindən gedir. Moskva tədbirləri rəsmi olaraq sanitar və fitosanitar tələblərlə əsaslandırır. Lakin Aleksey Çepanın açıqlaması göstərir ki, Rusiya siyasi elitasında Ermənistanın xarici siyasət kursu ilə iqtisadi münasibətlər arasında birbaşa əlaqə qurulur. Onun “sürprizlər” ifadəsi bu baxımdan təsadüfi deyil və İrəvana kifayət qədər açıq siyasi xəbərdarlıqdır.

Ermənistan Qərblə yaxınlaşmasını və Avropa istiqamətində inteqrasiyasını davam etdirdikcə, Moskvanın əvvəlki iqtisadi güzəştləri qorumaq marağı zəifləyəcək. Bu güzəştlərin gələcəkdə yalnız kənd təsərrüfatı məhsullarına deyil, enerji, ticarət, investisiya və digər sahələrə də şamil olunması mümkündür. Burada Rusiyanın iqtisadi çəkisi də Ermənistan üçün mühüm amildir. İki ölkə arasındakı iqtisadi asılılığın simmetrik olmaması Moskvanın əlində daha ciddi təsir imkanlarının olduğunu göstərir.

Ona görə də bugünkü fitosanitar məhdudiyyətlərə yalnız texniki problem kimi baxmaq doğru olmaz. Əsas məsələ Ermənistanın hansı siyasi və iqtisadi istiqaməti seçəcəyidir. Moskvanın son mesajları göstərir ki, İrəvan Qərbə doğru irəlilədikcə, bunun Rusiya ilə münasibətlərdə müəyyən iqtisadi nəticələri olacaq. Əslində, Çepanın açıqlaması Ermənistan üçün məhz bu nəticələr barədə əvvəlcədən verilmiş siyasi siqnaldır.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2026 02:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri