Moskvaya gələn xarici nümayəndə heyətlərinin təyyarələri Sankt Peterburq, Nijni Novqorod və Kaluqa aerodromlarına yönləndiriləcək
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
PUA hücumu təhlükəsi ilə əlaqədar Moskva hava limanlarında uçuş və enişlə bağlı məhdudiyyətlər səbəbindən xarici nümayəndə heyətlərinin təyyarələri Sankt-Peterburq, Nijni Novqorod və Kaluqa aerodromlarına yönləndiriləcək.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "Еж" məlumat yayıb.
"Protokol təcili olaraq dəyişdirilir. Nümayəndə heyətlərinin başçılarına Rusiyanın regionlarından birinə səfər etmək, sonra isə dəmir yolu və ya avtomobil yolu ilə Moskvaya getmək təklif olunur", - mənbə "Еж"a bildirib.
Qeyd edək ki, son günlər Ukraynanın Moskvanı PUA hücumuna tutması inyensivləşib. Rusiya Müdafiə Nazirliyi dünən axşamdan bu gün səhərə qədər Moskva istiqamətində Ukraynanın 19 PUA-sının vurulduğunu açıqlayıb.
Bu gün axşam saatlarından başllayaraq Moskvaya PUA hücumu başlayıb. Moskva meri Sergey Sobyanin paytaxt istiqamətində uçan 3 PUA-nın vuruldağını açıqlayıb.
Xatırladaq ki, Kremlin açıqladığı məlumata görə, faşizm üzərində qələbənin 80 illiyi ilə əlaqədar Moskvada keçiriləcək təntənəli bayram tədbirlərinə 29 xarici ölkə başçısının gəlməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 06 May 2025 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















