Moskvaya getmək istəyən Vuçiçə SİYASİ ƏNGƏL İki ölkə hava məkanını bağladı
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Latviya və Litva mayın 9-da Rusiya paytaxtına səfər etmək niyyətində olan Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsi üçün öz hava məkanını bağlayıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə “Veçerne Novosti” məlumat yayıb.
Qeyd olunub ki, Riqa və Vilnüsdə bu qərar Serbiya liderinin Moskvaya uçuş məqsədinin siyasi həssaslığı ilə əlaqələndirilib. Ancaq qadağanın hansı müddətə qüvvəyə minəcəyi məlum deyil.
Mayın 6-da Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə keçiriləcək paradda 29 xarici dövlət başçısının iştirak edəcəyini bildirib. Tədbirdə iştirakını təsdiqləyənlər arasında Aleksandr Vuçiç və Slovakiyanın Baş naziri Robert Fiko da var. Serbiya liderinin rusiyalı həmkarı Vladimir Putinlə də ikitərəfli danışıqlar aparacağı gözlənilir .
Slovakiya hökumətinin sədri Moskvaya gözlənilən səfəri ilə bağlı təhdidlər almağa başladığını bildirib. Fikonun sözlərinə görə, onun Rusiya paytaxtına səfəri Avropa İttifaqının (Aİ) hazırkı siyasəti ilə razılaşmadığının nümayişidir.(Publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 07 May 2025 06:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















