“Mossad” rəhbəri ABŞ yə getdi İranla bağlı danışıqlar aparacaq
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
İsrailin “Mossad” xarici kəşfiyyat xidmətinin direktoru Roman Qofman İranla davam edən münaqişəni Vaşinqton administrasiyasının rəsmiləri ilə müzakirə etmək üçün Vaşinqtona gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portal mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Qofmanın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retklifflə görüşdüyü bildirilir.
Onun həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla məsləhətləşmələr aparmaq üçün Florida ştatının Mayami şəhərinə səfər edəcəyi gözlənilir.
Portalın qeyd etdiyi kimi, İsrail Baş naziri Benyamin Netanyahunun ən etibarlı köməkçilərindən biri olan Roman Qoffmanın səfəri İsrail Baş nazirinin ABŞ Prezidenti Donald Trampa İrana qarşı hərbi əməliyyatları bərpa etmək üçün təzyiq göstərdiyi bir vaxta təsadüf edir.
Tramp isə cümə axşamı bildirib ki, Vaşinqton Səudiyyə Ərəbistanı da daxil olmaqla bir sıra Yaxın Şərq ölkələrinin xahişi ilə İranla münaqişədə daha sərt tədbirlər görməkdən çəkinir.
Bu mövzuda digər xəbərlər:MOSSAD rəhbəri vəzifədən getdi İranla bağlı çağırış
02 İyun 2026 21:46
İranla danışıqlar ərəfəsində Mossad rəhbəri ilə görüş
18 Aprel 2025 12:52
MOSSAD rəhbəri ABŞ da: İranla müharibə başlayır?
13 Noyabr 2026 20:46
Mossad rəhbəri İranla bağlı məsləhətləşmələr üçün ABŞ a səfər edib
16 Yanvar 2026 15:49
“Mossad” rəhbəri İrana görə ABŞ yə getdi
13 Noyabr 2026 19:36
Baxış sayı:77
Bu xəbər 13 Noyabr 2026 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















