Mövcud məhdudiyyətlərlə bağlı növbəti Açıqlama
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Məlum olduğu kimi, bir neçə saatdır yerli saytların işində bir sıra problemlər yaranıb.
“Qafqazinfo” xəbər veriri ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti problemlə bağlı açıqlama yayıb:
“Cloudflare” antiddos xidmətindən istifadə edən bəzi informasiya ehtiyatlarının fəaliyyətində yaranmış fasilə ilə bağlı bildiririk ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılmış monitorinq nəticələrinə əsasən, sözügedən dayanmanın AzStateNet şəbəkəsinə və GOV.AZ zonası domenlərinə hər hansı təsiri qeydə alınmayıb”.
Bildirilib ki, təhlükəsizliyi XRİTDX tərəfindən təmin olunan dövlət informasiya ehtiyatları və AzstateNet şəbəkəsi lokal mühafizə sistemləri ilə təmin edilərək 24/7 monitorinq olunur:
“Cloudflare” kimi xarici xidmət operatorlarından istifadə edən və trafiki xaricə yönəldilmiş informasiya ehtiyatları sahiblərinə trafik axının ölkə xaricinə daşınmasının təhlükəli tərəfləri və mümkün risklərinin nəzərə alınması tövsiyə edilir”.
Baxış sayı:86
Bu xəbər 18 Noyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















