Həmin videodakı təyyarə MN in balansında mövcud deyil Rəsmi açıqlama
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bəzi media resurslarında həlak olan Azərbaycan ordusunun hərbçisi Quliyev Ələkbər Rizvan oğlunun paraşütdən yerə yıxılması anını əks etdirdiyi idda olunan görüntülər yayılıb.
Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, paylaşılan videonun araşdırılması nəticəsində müəyyən olunub ki, görüntülər bir neçə ay əvvəl xarici ölkələrdən birində baş vermiş hadisəyə aiddir.
Qeyd olunub ki, ayrı-ayrı media resursları və sosial şəbəkə istifadəçiləri həssas hərbi mövzulardan istifadə edərək daha çox baxış sayı və reytinq əldə etmək məqsədilə həmin köhnə görüntüləri yanlış təqdim etmiş, onları Azərbaycan Ordusu ilə əlaqələndirərək həqiqəti əks etdirməyən məlumatlar yayıblar.
Videoda əks olunan hərbi nəqliyyat təyyarəsi C-130 tipli turbopərvanəli təyyarədir. Azərbaycan Müdafiə Nazirliyinin balansında bu tip hərbi nəqliyyat təyyarəsi mövcud deyil. Həmçinin videoda görünən paraşüt sistemi də Azərbaycan Ordusunun silahlanmasında istifadə olunan paraşüt növlərinə aid deyil.
Bu səbəbdən videonun Azərbaycan Ordusuna aid olduğu barədə iddialar həqiqəti əks etdirmir. Bu cür dezinformasiya cəmiyyətdə yanlış təsəvvür formalaşdırır, ictimai narahatlığa səbəb olur və informasiya təhlükəsizliyinə mənfi təsir göstərir. Media subyektləri və sosial media istifadəçiləri hərbi mövzularla bağlı məlumatları yayarkən yalnız rəsmi və etibarlı mənbələrə istinad etməli, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 18 İyul 2026 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















