Icma.az
close
up
RU
Mövcud olmayan problem üçün qalan qurum ləğv edildi AÇIQLAMA

Mövcud olmayan problem üçün qalan qurum ləğv edildi AÇIQLAMA

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.

Mövzu ilə bağlı “Unikal”a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirib ki, Minsk qrupu 1992-ci ildə ATƏT tərəfindən Azərbaycan və Ermənistan arasında baş verən müharibə ilə bağlı yaradılmışdı:

"Bunun məqsədi o idi ki, Dağlıq Qarabağ problemi həll edilsin. Hazırda isə belə bir problem yoxdur. Azərbaycan öz suveren hüquqlarından istifadə edərək torpaqlarını işğaldan azad edib. Bu gün Azərbaycan Ermənistanla şərti sərhədə qədər olan ərazini nəzarətdə saxlayır. 

Buna görə də, beynəlxalq təşkilatın nəzdində Azərbaycana aid olmayan bir qurumun saxlanılması düzgün hesab edilmirdi. Azərbaycan dəfələrlə onun buraxılması məsələsini qaldırıb", - deyə o qeyd edib.

A.Mirzəzadə xatırladıb ki, 8 avqustda Vaşinqton görüşü zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Nazirlər Şurasına müraciət edərək Minsk qrupunun buraxılmasını xahiş etdilər: "Qurum müəyyən məsləhətləşmələr həyata keçirdi və qrupun buraxılması qərarına gəldi. Əslində, Minsk qrupunun qalması hər hansı bir rol oynamırdı, çünki problem mövcud deyildi. Problem yox idisə, deməli qurumun qalmasına da ehtiyac yox idi.

İş burasındadır ki, bunun formal olaraq qalması gələcəkdə hansısa bir məsələdə erməni millətçilərinin və ya Azərbaycanı sevməyən müəyyən xarici dairələrin Azərbaycana qarşı siyasi həmlələri üçün bir söykənək yeri ola bilər. Bu baxımdan, mövcud olmayan problem üçün qalan qurum ləğv edildi. Bununla da Azərbaycan öz suveren hüquqlarını bir daha təsdiqlədi.

Vurğulamaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi artıq paraflanıb. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını götürdükdən sonra sülh müqaviləsi imzalanacaq və hər iki tərəf arasında normal münasibətlər bərpa ediləcək".

Murad İbrahimli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri