Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Müasir Azərbaycan gəncliyi: konstitusion hüquqlar və vəzifələr

Müasir Azərbaycan gəncliyi: konstitusion hüquqlar və vəzifələr

Icma.az, 525.az saytına istinadən bildirir.

Zakir BAYRAMLI
​​​​​​​Şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

Ölkəmizin müstəqilliyini, qanunun aliliyini, hüquqi, dünyəvi və müstəqil dövlət quruculuğunu, eləcə də digər prinsipləri özündə əks etdirən yeni milli Konstitusiyamız 1995-ci ilin 12 noyabrında Ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi altında, ümumxalq referendumu əsasında qəbul edilib və həmin il noyabrın 27-də hüquqi qüvvəyə minib. Bu Əsas Qanun Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra qəbul olunan ilk Konstitusiyadır. Konstitusiyamız 5 bölmə, 12 fəsil və 158 (164) maddədən ibarətdir. Qəbul olunan vaxtdan bu günə kimi Azərbaycan Respublikası Konstitusiyasına ümumxalq referendumu (səsvermə) yolu ilə bir neçə dəfə əlavə və dəyişikliklər edilib. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan olunub.

"Konstitusiya" sözü latın mənşəlidir. Azərbaycan dilinə tərcümədə "quruluş, təsisat" mənalarını verir. Müasir anlayış kimi dövlətin ali və yüksək hüquqi qüvvəyə malik olan Əsas Qanunu deməkdir. Yəni dövlətin ictimai və dövlət quruluşunu, seçki sistemini, dövlət orqanlarının fəaliyyət və təşkilatı prinsiplərini tənzimləyən, vətəndaşların hüquq və vəzifələrini müəyyən edən Əsas Qanun kimi izah olunur. Ölkənin siyasi, hüquqi və iqtisadi sisteminin əsasları bu qanunla müəyyən edilir.

lll

Tarixin müxtəlif dövrlərində kənar müdaxilələrə igidliklə sinə gərən xalqımız, hər nə qədər çətin olsa da, öz kimliyini, dilini, dinini, milli qürurunu qoruyub saxlaya bilib. Azərbaycan xalqı lap əzəldən milli əxlaqını, adət və ənənələrini ən dəyərli sərvət kimi gənc nəsillərə ötürməyə müvəffəq olub. Ata-babalarımız müstəqil, suveren dövlət qurmaq, kimsədən asılı olmadan, heç kimdən yardım almadan azad və təhlükəsiz şəraitdə yaşamağı hər şeydən üstün tutmuşlar. Milli özünüdərki, milli mənlik şüurunu düzgün formalaşdırmaq və inkişaf etdirmək haqqında cəsarətlə qərarlar vermişlər.

1918-1920-ci illərdə cəmi 23 ay hakimiyyətdə olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətin Əsas Qanunu olan Konstitusiyanı qəbul etmək mümkün olmamışdı. SSRİ-nin tərkibində 15 müttəfiq respublikadan biri kimi fəaliyyət göstərən Azərbaycan SSR-in ilk Konstitusiyası 1921-ci ildə, son Konstitusiyası isə 1978-ci ildə qəbul edilmişdi. Həmin Əsas Qanunlar ictimai və dövlət quruculuğunu, seçki sistemini, vətəndaşların hüquq və vəzifələrini, eləcə də digər prinsipləri özündə geniş əks etdirirdi. Azərbaycan SSR-in son Konstitusiyası ilk müstəqil respublikanın Əsas Qanunu qəbul olunan vaxtadək, yəni 1995-ci ilədək (bəzi dəyişikliklərlə) qüvvədə qaldı.

Hər zaman müstəqil və suveren dövlət quruculuğuna can atan Azərbaycan xalqı artıq 30 ildən çoxdur ki, haqq-ədalət və humanizm prinsiplərinə, qanunun aliliyinə, zəngin milli dəyərlərə, yüksək əxlaqa, mütərəqqi adət və ənənələrə, milli həmrəylik təcrübəsinə əsaslanan, dünyada qabaqcıl elmə və inkişaf etmiş texnologiyaya sahib hüquqi-dünyəvi dövlətini qurub. Çox sevindirici haldır ki, indi bizim müstəqilik və suverenlik çeşməsindən qidalanan və bütün respublika qanunlarının əsasını təşkil edən, dünyanın azad və demokratik ideyalarından qaynaqlanan Konstitusiyamız vardır və bu il Əsas Qanunumuzun qəbulunun 30 illiyi tamam olacaq.

Azərbaycan Respublikasında Konstitusiya Qanunun yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilir.

Müasir Azərbaycan dövlətçiliyinin banisi olan Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimizin ilk dövründə və hələ çox kövrək olduğu məqamda milli dövlət quruluşunu müəyyən edən yeni Əsas Qanunumuzun hazırlanması ideyasını irəli sürdü və bu nəhəng işi uğurla həyata keçirdi. Ulu öndərin Konstitusiya layihəsinin hazırlanmasında və ümumxalq referendumu yolu ilə qəbul olmasında böyük və müstəsna rolu oldu. Əsas Qanun layihəsi hazırlanarkən iti ağıla, zəngin təfəkkürə, fenomenal yaddaşa, geniş dünyagörüşünə, ümumdünya təcrübəsinə malik, milli-mənəvi və dövlətçilik dəyərlərimizə dərindən bələd olan Ümummilli liderimizin bütün göstəriş, məsləhət və tövsiyələri bu ali sənədin hazırlanmasında nəzərə alındı. Ulu öndər 1995-ci ilin 3 oktyabrında Azərbaycan Respublikasının yeni Konstitusiyasını hazırlayan Komissiyanın iclasında çıxışı zamanı belə demişdi: "...İndiyə qədər Azərbaycan Respublikası 1978-ci ildə qəbul olunmuş konstitusiya ilə yaşayır, işləyir. Doğrudur, bu müddətdə konstitusiyaya bir çox əlavələr, dəyişikliklər edilibdir. Xüsusən qeyd etmək lazımdır ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra - 1991-ci il oktyabrın 18-də Konstitusiya Aktı qəbul edibdir. Doğrudur, o vaxt bu sahədə müəyyən anlaşılmayan hallar da olubdur. Xatirinizdədir ki, 1991-ci il avqustun 30-da Azərbaycan parlamenti müstəqillik haqqında bəyanat qəbul etdi. Ancaq görünür ki, Azərbaycan Respublikasının o vaxtkı rəhbərləri müstəqilliyi nədənsə istəmirdilər. Çünki bu aktları, şübhəsiz, vaxtında keçirmək olardı..."

Müstəqil dövlət quruculuğunu təmin edəcək yeni milli Konstitusiya müstəqil və suveren dövlətimizin zəngin mənəvi dayağı, möhkəm hüquqi və dünyəvi əsası-dayaqları demək idi.

Ulu öndər yeni Konstitusiyanın layihəsinin hazırlanmasını və ümumxalq referendumu ilə qəbul olunmasını ölkəmizin müstəqillik tarixinin böyük uğuru hesab edərək: "Biz elə bir layihə hazırlamalı və nəhayət elə bir Konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır" - demişdi.

Bu gün Azərbaycan Respublikası ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu rəhbərliyi ilə özünün ən parlaq inkişaf dövrünü yaşayır, dünyada suveren dövlət mövqeyini layiqincə qoruyub saxlayır və müstəqil siyasətini müvəffəqiyyətlə davam etdirir.

Əsas Qanunumuzun ölkə həyatında və cəmiyyətin inkişafında müstəsna rolu vardır. Ona görə də hər bir Azərbaycan vətəndaşı, xüsusən gənclər Konstitusiyamızı diqqətlə öyrənməli, öz hüquqlarını aydın bilməli, onlardan düzgün və səmərəli istifadə etmək yolunu mənimsəməlidirlər. Bütün vətəndaşlar kimi, gənclər də dövlətimizin Əsas Qanununda əksini tapmış vəzifələrini vaxtında və düzgün yerinə yetirməyə borcludurlar. Çünki hər bir vətəndaş Konstitusiyamızın qarşıya qoyduğu, ona aid olan vəzifələrin icrasına cavabdehdir və onu pozmağa görə qanun qarşısında ciddi məsuliyyət daşıyır.

Gənclər can-başla dövlətin özəyi olan ailəyə, dövlət dili hesab edilən Azərbaycan dilinə, dövlət rəmzlərimiz olan bayrağımıza, gerbimizə və himnimizə hörmət etməlidirlər. Konstitusiyamızda əksini tapan bütün insan və vətəndaş hüquqları, eləcə də azadlıqları qanunla ciddi şəkildə qorunur və gənclər də bu hüquqların himayəsi altındadırlar. Bütün insanların, o cümlədən hər bir gəncin ləyaqəti qorunur və ona hörmət edilir. Azərbaycan cəmiyyətində yaşayan bütün insanlar kimi gənclərin toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqları vardır. Gənclərimiz bilməlidirlər ki, heç kimə bu hüquqlardan sui-istifadəyə icazə verilmir. Respublikada yaşayan bütün əhali, xüsusilə gənclər qanun və məhkəmə qarşısında bərabərdirlər. Kişinin və qadının hüquqları və azadlıqları eynidir. Dövlətimiz irqindən, etnik mənsubiyyətindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqına, başqa ictimai birliklərə daxil olmasından asılı olmayaraq hər bir şəxsin, o cümlədən gəncin hüquq və azadlıqlarının bərabər olmasına təminat verir.

Konstitusiyamıza əsasən, ölkə gənclərinin yaşamaq, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, nikah, əmək, tətil, istirahət, sosial təminat, sağlam ətraf mühitdə yaşamaq, mədəniyyət, sağlamlığın qorunması, təhsil, mənzil, milli mənsubiyyət, ana dilindən istifadə, şərəf və ləyaqətin müdafiəsi, seçki, fikir və söz, vicdan, sərbəst toplaşmaq, siyasi sığınacaq, məlumat almaq, yaradıcılıq azadlıqları, vətəndaşlıq, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak, dövlətin idarə olunmasında iştirak etmək, məhkəməyə təkrar müraciət etmək, hüquqi yardım almaq, şikayət və təkliflərlə müraciət etmək, birləşmək, azad sahibkarlıq və sair hüquqları, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı vardır. Bundan əlavə, özbaşınalıqdan müdafiə, vicdanlı davranış hüquqları, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları da dövlət tərəfindən müdafiə olunur. İnsan və vətəndaş, xüsusən gənclərin hüquqlarının və azadlıqlarının qorunması və müdafiəsi dövlət tərəfindən təmin edilir.

Əsas Qanunda ölkəmizdə yaşayan insanların, eləcə də gələcəyimiz olan gənclərin Konstitusiya hüquqları ilə yanaşı, bu sənəddən irəli gələn vəzifələri də geniş əksini tapıb. Həmin vəzifələrə: hər bir şəxsin, o cümlədən gəncin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, digər şəxslərin hüquq və azadlıqlarına hörmət etməsi tələb olunur. Qanunları bilməmək heç bir kəsi, o cümlədən gənci məsuliyyətdən azad edə bilməz. Vətənə sədaqətli olmalı, seçilmək və ya təyinat yolu ilə gəldiyi və daşıdığı vəzifəyə məsuliyyətlə yanaşmalı, onu düzgün icra etməlidir. Vətəni müdafiə etmək, qanunla müəyyən edilmiş icbari hərbi xidməti yerinə yetirmək, hər kəsin, o cümlədən, bütün gənclərin müqəddəs borcudur. Ölkəmizin ərazisində yerləşən tarix və mədəniyyət abidələrini və ətraf mühiti qorumaq hər kəsin borcudur. Qanuna zidd olan hər hansı vəzifənin icrasına yol vermək olmaz. Azərbaycan Respublikası Konstitusiyasına və ölkə qanunlara zidd olan hərəkət, iş, əməl və ya vəzifənin icrasına heç kəs məcbur edilə bilməz. Kim Azərbaycan Respublikası Konstitusiyasında və ya digər qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə edərsə, bu həmin şəxsin qanun qarşısında cavab verməsi və məsuliyyətə cəlb olunması ilə nəticələnəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://525.az
archiveBu xəbər 14 May 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri